Kullanıcı Tag Listesi

Fərrux Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax rayonunun Qıraq Salahlı kəndində doğulmuşdu. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı.Atası cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur. Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur.

Bu konu 586 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Fərrux Qayıbov 586 Reviews

    Konuyu değerlendir: Hərb işi - Fərrux Qayıbov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 586 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Fərrux Qayıbov


    Fərrux Qayıbov


    Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax rayonunun Qıraq Salahlı kəndində doğulmuşdu.

    Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı.Atası cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur.

    Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur.

    1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.

    Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər.

    Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir… Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur…

    Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar…

    Mənbə: Qazax İnformasiya Mərkəzi



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Fərrux Qayıbov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 586


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş