Kullanıcı Tag Listesi

Eyvaz Məmmədov Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kasıb kəndli ailəsində anadan olub. Atası Əbdürəhman kişi əslən Borçalının Sarvan kəndindən olub, əsrin əvvəllərində həyatın çətinlikləri ilə üzləşərək, qədim dədə-baba yurdu Borçalıdan Şimali Qafqaza pənah gətirmişdir.

Bu konu 558 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Eyvaz Məmmədov 558 Reviews

    Konuyu değerlendir: Hərb işi - Eyvaz Məmmədov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 558 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Eyvaz Məmmədov


    Eyvaz Məmmədov

    Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kasıb kəndli ailəsində anadan olub.



    Atası Əbdürəhman kişi əslən Borçalının Sarvan kəndindən olub, əsrin əvvəllərində həyatın çətinlikləri ilə üzləşərək, qədim dədə-baba yurdu Borçalıdan Şimali Qafqaza pənah gətirmişdir.



    Orada ailə qurmuş və 3 övlad (2 qız, bir oğlan) böyütmüşdür.



    II dünya müharibəsi başlanan kimi 18 yaşlı Eyvaz ordu sıralarına çağırılmış və ilk gündən döyüşlərdə iştirak etmişdir.



    1944-cü ilin mart ayında baş leytenant Eyvaz Məmmədov I Ukrayna cəbhəsinin xüsusi - "Smerş" (çəsuslara ölüm) şöbəsinə cəlb edilir.



    "Smerş" şöbəsində Eyvaz Məmmədov özünü anadangəlmə əkskəşfiyyatçı kimi göstərirdi.



    Müharibədən sonrakı illərdə E.Məmmədov Pribalti-kada, Ukraynada, Şimali Qafqazda və Türkmənistanda işləmişdir.



    Qərbi Ukraynada benderlərin bandalarının və Pribaltikada özlərini poetik olaraq "Lesnıye bratya" adlandıran banditlərin ləğv olunmasına rəhbərlik edən E.Məmmədov yüksək qəhrəmanlıq və professionallıq nümayiş etdirmişdir.



    Dövlət təhlükəsizliyi orqanlarındakı işini davam etdirmək üçün Eyvaz Məmmədov Azərbaycana gəlir.



    O vaxt kapitan Məmmədovun hələ otuz yaşı da yox idi.

    Bakıya o, formalaşmış bir çekist kimi gəldi.



    Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında 15 il işlədi və respublika DTK-nın sədr müavini vəzifəsinədək şərəfli bir yol keçdi.



    Axırıncı vəzifəsində 5 il nöqsansız işləyən E.Məmmədov polkovnik rütbəsində istefaya çıxdı.



    Sonrakı illərdə o, respublikanın müxtəlif təşkilat və idarələrində, o cümlədən 1970-ci ildən 1982-ci ilədək respublika ədliyyə naziri vəzifəsində işlədi.



    Bu illərdə 3.Məmmədov respublika hüquq orqanlarının işinə çoxlu sayda yeniliklər gətirdi.



    Onun birbaşa təşəbbüsü ilə yeni qüquq təşkilatları yarandı. Bu işlərin görülməsində o, yüksək hüquqşünas professionallığı nümayiş etdirdi.



    Eyvaz Məmmədov son illərdə Azərbaycan Respublikası Nazirlər kabineti yanında Baş Arxiv İdarəsinin rəisi vəzifəsində çalışıb.



    Mənbə:Borçalıların saytı




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Eyvaz Məmmədov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 558


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş