Kullanıcı Tag Listesi

İbrahim bəy Aslanbəyov İbrahim bəy Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakı şəhərində zadəgan ailəsində doğulmuşdur. Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy Bakı xanları nəslinə mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi bəy onu Peterburqa aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir. Bu məktəbdə Rusiya imperiyasının ən mötəbər ailələrinin uşaqları, o cümlədən imperator nəslindən olanlar təhsil alırdı. İbrahim bəy 1837-ci ildə adı korpusun "qırmızı

Bu konu 823 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - İbrahim bəy Aslanbəyov 823 Reviews

    Konuyu değerlendir: Hərb işi - İbrahim bəy Aslanbəyov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 823 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.676
    Beğendikleri
    0
    Beğenileri
    3
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - İbrahim bəy Aslanbəyov


    İbrahim bəy Aslanbəyov


    İbrahim bəy Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakı şəhərində zadəgan ailəsində doğulmuşdur.

    Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy Bakı xanları nəslinə mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi bəy onu Peterburqa aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir.

    Bu məktəbdə Rusiya imperiyasının ən mötəbər ailələrinin uşaqları, o cümlədən imperator nəslindən olanlar təhsil alırdı.

    İbrahim bəy 1837-ci ildə adı korpusun "qırmızı lövhə"sinə yazılmaqla oranı bitirir. Peterburq şəraitində müsəlman gəncin-"Qafqaz tatarı" adlandırılan Azərbaycanlının kurs müdavimlərini qabaqlayaraq hərbi məktəbi fərqlənmə ilə bitirməsi onun istedad və qabiliyyətindən xəbər verir. Təyinatını Baltik donanmasına alan Aslanbəyov freqat yelkənli, sürətli hərbi gəmilərdə zabit kimi xidmət etmişdir.

    1842-ci ildə o, donanmanın ən yaxşı zabitləri sırasında Dənizçilik Məktəbi zabit sinfinə göndərilir. Buranı da fərqlənmə ilə bitirən Aslanbəyov Qara dəniz hərbi donanmasında "Elbrus" hərbi gəmisinin kapitanı vəzifəsinə təyin edilir. Bilikli dənizçi Aslanbəyov donanmanın komandanı məşhur rus admiralı P.Naximovun diqqətini cəlb edir.

    1853-cü ildə Krım müharibəsi başlayanda Aslanbəyov öz gəmisi ilə vacib və təhlükəli tapşırıqları layiqincə yerinə yetirir. 1854-cü ildə biliyini və cəsurluğunu sübut etmiş kapitan-leytenant Aslanbəyov admiral Naximovun adyutantı təyin edilir. Narimovun ölümündən sonra da Sevastopolu tərk etməyən Aslanbəyov şəhərə edilən son hücumu dəf edərkən yaralanır və kontuziya alır.

    Buna baxmayaraq o, müharibənin son gününədək döyüşən donanmanın tərkibində qalır. Müharibədən sonra 1856-cı ildə Aslanbəyov Qara dəniz donanmasının Nikolayev limanındakı 36-cı donanma ekipajının komandiri təyin edilir.

    1861-ci ildə o, "Sokol" korvet gəmisinin kapitanı kimi Aralıq dənizində fəaliyyətə başlayır. Dəfələrlə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir. 1865-ci ildə Aslanbəyov "Retvizan" zirehli gəmisinə kapitan təyin edilir.

    O dövrdə zirehli gəmilər Rusiya donanmasının on ağır və möhtəşəm gəmiləri sayılırdı və donanmanın əsas zərbə qüvvəsi idi. Zirehli gəmiyə kapitanlıq etmək hər zabitə həvalə olunmurdu. Aslanbəyov bu vəzifədə özünü doğrultduğu və hərtərəfli bilik nümayiş etdirdiyi üçün məşhur rus sərkərdəsi vitse-admiral Butakovun zirehli eskadrasına qərargah rəisi vəzifəsinə təyin edilir. XIX əsrin 70-ci illərindən Rusiya ordusunun və hərbi dəniz qüvvələrinin inkişafında yeni mərhələ başlayır. Dövrlə ayaqlaşa bilən ordu və donanma yaratmaq üçün hərbi islahatlar keçirilir.

    1869-1872-ci illərdə İ.Aslanbəyov gəmiçilik məktəblərinin, eləcə də gəmiqayırma sənayesinin yenidən qurulması üzrə müxtəlif komitələrin üzvü kimi fəaliyyət göstərir. 1872-ci ildə Rusiyada I Pyotrun anadan olmasının 200 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Aslanbəyov dəniz paradında imperatorun avarlı gəmi dəstəsinin kapitanı kimi iştirak etmişdir.

    1878-ci ildə İbrahim bəy Aslanbəyov kontr-admiral rütbəsinə layiq görülür və 8-ci donanma ekipajına rəis təyin olunur. 1879-cu ildə isə o, beş kreyserdən ibarət eskadranın komandiri təyin edilir. "Minin", "Knyaz Pojarski", "Hersoq Edinburqski", "Asiya" və "Afrika" gəmilərindən ibarət bu eskadra

    1879-1882-ci illərdə dövr-aləm səyahətinə çıxır. Səyahət zamam Aslanbəyov təcrübədən yeni-yeni taktiki fəndlər keçirir və ilk dəfə olaraq "uçan eskadra" ideyasını irəli sürür. Bu ideyaya əsasən, Rusiya donanmasının tərkibində olan kreyser gəmiləri ənənəvi dəniz döyüşlərinə cəlb edilməməli, düşmən sahillərinə göndərilməli və onun dəniz ticarətini tamamilə məhv etməlidirlər.

    Səyahətdən qayıdandan sonra Aslanbəyov məşhur rus admiralı A.A.Popovun əmri ilə ideyasını nəzəri cəhətdən əsaslandırmışdır. Sonralar onun ideyası 1904-1905-ci illər rus - yapon müharibəsində tətbiq edilmişdir. Məlumdur ki, bu müharibədə ənənəvi fəndlər tətbiq edən rus hərbi donanması Port-Artur və Susima dəniz döyüşlərində məğlub edilmişdir. Bu müharibədə rus donanmasının yeganə uğurları Aslanbəyovun ideyasını tətbiq edən Vladivostok kreyserlər dəstəsi tərəfindən qazanılmışdır. Bu dəstə "2 uçan eskadra" ideyasını tətbiq etməklə Yaponiya iqtisadiyyatına ağır zərbə vurmuş və onun ticarətini iflic vəziyyətinə salmışdır.

    Müasir xəritələrdə belə onlar "Aslanbəyov yarımadası" və "Aslanbəyov körfəzi" kimi işarələndirilir. Donanmanın komandanlığı İbrahim bəy Aslanbəyovu 1884-cü ildə Baltik donanmasının kiçik flaqmanı təyin edir.

    Bu vəzifədə olarkən 1887-ci ildə ona vitse-admiral rütbəsi verilir və o, Baltik donanmasının flaqmanı təyin edilir. Ömrünün sonuna yaxın vitse-admiral Aslanbəyov Sevastopol dəmir yolunun çəkilməsi işlərinə başçılıq etmişdir.

    O həmçinin admiral Naximovun adyutantı işlədiyi vaxtları xatırlayaraq Kırım müharibəsi dövründə apardığı gündəliyi "Naximovun bioqrafiyası" adı ilə nəşr etdirir. Qeyd etmək lazımdır ki, Naximovun bioqrafiyasının Sevastopol dovrünün tədqiqatçıları məhz Aslanbəyovun qeydlərini on doğru məlumat hesab edirlər. Məşhur rus yazıçısı Lev Tolstoy Sevastopolun müdafiəsinə həsr olunmuş əsərlərini yazarkən Aslanbəyovla görüşmüş, onun xatirələrindən istifadə etmişdir.

    Tədqiqatçı V.Fridriks "Kontr-admiral Aslanbəyovun bayrağı altında üzən "Afrika" kreyseri" adlı əsərində Aslanbəyovun dövr-aləm səyahətini qələmə almışdır.

    1889-cu ildə Sankt-Peterburqda "Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı əsər çap edilmişdir. Aslanbəyovu xatırlayanlar bilik və bacarığından başqa, onun olduqca genişürəkli təbiətindən və Şərq əhvalatlarını söyləmək məharətindən xəbər verirlər. Onun danışdığı lətifələr tezliklə bütün donanmada yayılanmış fəaliyyətinə görə Aslanbəyov Rusiyanın "Ağ qartal", "Müqəddəs Anna", "Müqəddəs Vladimir", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, qızıl qılınc, həmçinin Serbiyanın "Takova", Yaponiyanın" Günəşin doğması", Havay dövlətinin "Kalakua" ordenləri ilə təltif olunmuşdur.

    İbrahim bəy Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - İbrahim bəy Aslanbəyov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 823


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş