Tərlan bəy Əliyarbəyov Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın 28-də Şamaxı şəhərində zadəgan ailəsində anadan olub. 1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirmiş Tərlan bəy ordu sıralarına könüllü olaraq piyada kimi yollanmışdır. 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əliyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy

Bu konu 1730 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Tərlan bəy Əliyarbəyov 1730 Reviews

    Konuyu değerlendir: Hərb işi - Tərlan bəy Əliyarbəyov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1730 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Tərlan bəy Əliyarbəyov


    Tərlan bəy Əliyarbəyov


    Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın 28-də Şamaxı şəhərində zadəgan ailəsində anadan olub.

    1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirmiş Tərlan bəy ordu sıralarına könüllü olaraq piyada kimi yollanmışdır. 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əliyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirdi.

    Qafqaz hərbi dairəsinin tərkibində olan 205-ci piyada alayında tağım komandiri vəzifəsində xidmətə başladı. 1914-cü ildə 1 Dünya müharibəsi başlayanda Əliyarbəyovun xidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilir. Əzmkarlığı yüksək qiymətləndirilən bölük komandiri Əliyarbəyova ştabs-kapitan rütbəsi verilir və o, piyada tabor komandiri kimi məsul vəzifəyə təyin edilir.

    Həmin döyüşlərin gedişində Tərlan bəy dəfələrlə orden və medallarla təltif edilmiş və üç dəfə yaralanmışdı. 1916-cı ilin yayında alayı ilə məşhur Brusilov həmləsində iştirak edən Əliyarbəyov qızğın döyüşlərdə sinəsindən ağır yaralanır. Həkimlər onun tam sağalacağına əmin deyildilər. Bir müddət Brest hərbi hospitalında müalicə olunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndərirlər.

    Yarasının ağırlığına, müharibə qanunları ilə yaşayan Bakıda lazımi dava-dərmanların çətinliklə tapılmasına baxmayaraq Əliyarbəyov ayağa qalxır və yenidən hərbi xidmət barədə düşünməyə başlayır. Rusiya imperiyasının parçalandığı, Azərbaycanın müstəqillik qazandığı bir vaxtda Əliyarbəyov bu hadisələrdən kənarda qala bilməzdi.

    O bilirdi ki, yenicə ordu yaratmağa başlayan Azərbaycanda milli zabit kadrlarına böyük ehtiyac var. Elə buna görə də 1918-ci ilin avqustunda Tərlan bəy könüllü olaraq Milli Orduya gəlir və 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyin edilir. Onun alayı ölkədə sabitliyi bərpa etməklə, döyüş hazırlığını artırmaqla məşğul olur.

    1919-cu ilin yayında Rusiyanın ağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsi yarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusarda yerləşdirilir. T.Əliyarbəyov tabeliyində olanları qələbə ruhunda tərbiyə edir.

    Lakin ölkənin siyasi və hərbi rəhbərliyinin gördüyü tədbirlər nəticəsində Denikin Azərbaycana hücum fikrindən vaz keçir. Xidmətlərinə görə Əliyarbəyova rotmistr rütbəsi verilmiş və o, Bakı Hərbi İdarəsinin rəis müavini təyin edilmişdir.

    1920-ci ilin yazında Sovet Rusiyası qoşunları Azərbaycana daxil olanda o həmin vəzifədə idi. Sovetlər onu bir neçə ay həbsdə saxlasalar da, heç bir ittiham irəli sürə bilməmiş və hərbi kadrlara olan tələbatı nəzərə alaraq yeni yaradılan Azərbaycan Qızıl Ordusu sıralarına daxil etmişlər.

    Azərbaycan hissələrini daim yüksək döyüş hazırlığı səviyyəsində saxlamağa müvəffəq olan Əliyarbəyov Moskvaya - M.V.Frunze adına Hərbi Akademiyada ali komanda heyəti kurslarına göndərilmişdir.

    1927-ci ildə kursları bitirdikdən sonra o, Bakıya qayıtmış və mayor rütbəsində Azərbaycan dağatıcı diviziyasında xidmətini davam etdirmişdir. Azərbaycan diviziyasının komandiri Cəmşid xan Naxçıvanski və hərbi komissar Hüseyn Rəhmanov ona verdikləri attestasiyada yazırdılar: "Ali komanda heyəti kursunu bitirən Tərlan bəy Əliyarbəyov biliyi və bacarığı ilə diviziyanın hərbi məşq və manevrlərində yüksək komandirlik məharəti ilə iştirak edir".

    Pedaqoji keyfiyyətləri ilə seçilən Əliyarbəyova Azərbaycan Neft İnstitutunda (indiki Neft Akademiyası) tələbələri hərbi işə hazırlamaq tapşırılmış və o bu işi can-başla yerinə yetirmişdir.

    1937-ci ilin təlatümlü hadisələri başlayanda Əliyarbəyovun da başının üstünü qara buludlar almış, o, vəzifədən-vəzifəyə köçürülmüşdür. Zadəgan ailəsinə mənsub olması ona "xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya - M.V.Frunze adına Ali Hərbi Akademiyaya göndərilməsi onu yerli cəlladların əlindən xilas edir.

    1941-ci ildə Tərlan bəy akademiyanı bitirəndə artıq Böyük Vətən müharibəsi başlamışdı. Cəbhəyə səfərbər olunan polkovnik ilk döyüşlərdəcə fərqlənir.

    1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün azərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. T.Əliyarbəyov 416-cı milli Azərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiri təyin edilir.

    Məharətlə idarə olunan diviziya 1942-ci ilin noyabrında ilk hərbi əməliyyatlara başlayır və 44-cü ordunun tərkibində az bir vaxtda Şimali Qafqazda 350 km-lik döyüş yolu keçir, onlarca şəhər və kəndi düşməndən azad edir. Daha sonra T.Əliyarbəyov İrana yeridilən 402-ci milli atıcı diviziyaya komandir təyin edilir.

    Diviziya həm də cəbhələrdə vuruşan milli Azərbaycan diviziyaları üçün zabit və əsgər kadrlarını hazırlayırdı. Tərlan bəyin yetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirdi. Onlar öz sərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlanbəyə təşəkkürlərini bildirirdilər.

    1944-cü ildə 58-ci korpusun komandir müavini kimi məsul vəzifədə çalışan Tərlan bəy Əliyarbəyova general-mayor rütbəsi verilmişdir. O özünün komandirlik bacarığını bütün vəzifələrində parlaq şəkildə nümayiş etdirib, xidmət etdiyi hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.

    Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov hərb işinin yenilikləri ilə daim maraqlanır, yeni-yeni hərbi fəndlər təklif edirdi. Onların bəziləri cəbhələrdə tətbiq olunurdu. Xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilmişdir. Çar Rusiyasının "Müqəddəs Anna" ordeninin 4-cü və "Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar məşhur sərkərdənin sinəsini bəzəyirdi.

    Cəmi altmış dörd il ömür sürmüş, I və II Dünya müharibələrində iştirak etmiş, Azərbaycan Milli Ordusunun təşkilində əməli fəaliyyət göstərmiş general Tərlan bəy Əliyarbəyov respublikada tanınmış şəxslərdən olub.

    Əsl mənada eli, obası və doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən general Tərlan bəy Əliyarbəyov müharibədən sonra da məsul vəzifələrdə çalışmış, öz biliyi, bacarığı və kristal təmizliyi ilə seçilmişdir.

    General-mayor Tərlan bəy Əliyarbəyov 1956-cı ildə Bakıda vəfat etmişdir.

    Benzer Konular

    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Tərlan bəy Əliyarbəyov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1730


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş