Kullanıcı Tag Listesi

Fariz Səfərov Səfərov Fariz Məcid oğlu - Sovet İttifaqı Qəhrəmanı. Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddətKürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri

Bu konu 536 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Fariz Səfərov 536 Reviews

    Konuyu değerlendir: Hərb işi - Fariz Səfərov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 536 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Fariz Səfərov

    Fariz Səfərov


    Səfərov Fariz Məcid oğlu - Sovet İttifaqı Qəhrəmanı.

    Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuşdur.

    Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddətKürdəmir rayonunda rus dili müəllimi işləmişdir.

    1939-cu ildə hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.

    On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz Səfərov sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.

    1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır.

    Düşmən sahilə yaxınlaşmağa 10-15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər.

    Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır.

    Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.

    19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır (medal № 3452).Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir.

    O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Fariz Səfərov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 536


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş