Kullanıcı Tag Listesi

Xıdır Mustafayev Mustafayev Xıdır Həsən oğlu 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Müharibəyə motoatıcı batalyonun komandiri vəzifəsində başlamışdı.Stalinqrad Kiyev, Jitomir,Kazatin, Berdiçev, Prokursov, Ternopel uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin payızında Ukraynanın paytaxtı olan Kiyevin azad edilməsi uğrunda aparılan döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

Bu konu 647 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Xıdır Mustafayev 647 Reviews

    Konuyu değerlendir: Hərb işi - Xıdır Mustafayev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 647 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Xıdır Mustafayev


    Xıdır Mustafayev


    Mustafayev Xıdır Həsən oğlu 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə kəndində anadan olmuşdur.

    Müharibəyə motoatıcı batalyonun komandiri vəzifəsində başlamışdı.Stalinqrad Kiyev, Jitomir,Kazatin, Berdiçev, Prokursov, Ternopel uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

    1943-cü ilin payızında Ukraynanın paytaxtı olan Kiyevin azad edilməsi uğrunda aparılan döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

    1943-cü ilin 5 noyabrından 6-sına keçən gecə Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Batalyon qarşısında gözlənilmədən düşmənin qarşısına keçib, Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur.

    Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq, dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu Fastov şəhərindən tamamilə təmizlədi.

    Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşelon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ehtiyatını qoyaraq, qaçdılar.

    Fastov uğrunda döyüşlərə müdrikliklə komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

    Mənbə: 9may.az


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Xıdır Mustafayev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 647


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş