Kullanıcı Tag Listesi

İlqar İbrahimoğlu İlqar İbrahimoğlu - DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktorudur. İ.İbrahimoğlu 5 noyabr 1973-cü ildə anadan olmuşdur. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" («Что? Где? Когдa?») komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi

Bu konu 761 kez görüntülendi 0 yorum aldı ...
Dini qurumlar - İlqar İbrahimoğlu 761 Reviews

    Konuyu değerlendir: Dini qurumlar - İlqar İbrahimoğlu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 761 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Dini qurumlar - İlqar İbrahimoğlu


    İlqar İbrahimoğlu


    İlqar İbrahimoğlu - DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktorudur.

    İ.İbrahimoğlu 5 noyabr 1973-cü ildə anadan olmuşdur. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" («Что? Где? Когдa?») komandasının kapitanı olmuşdur.

    Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmatçıdır.

    İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.

    İlqar İbrahimoğlu Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunudur. Bununla yanaşı, "Narkomaniya və alkoholizm üzrə beynəlxalq ekspert" sertifikatına malikdir.

    O, "Əsma-ül-Hüsna" (irsi qan xəstəlikli uşaqlara qayğı üzrə ixtisaslaşan), "Yetimsiz Vətən" (valideyin himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan) proqramlarının koordinatorudur.

    Bununla yanaşı, İbrahimoğlu "Hikmət evi" disput mərkəzinin və "İslam maarifi" proqramının elmi rəhbəridir. Həmçinin tolerantlığın, dözümlülüyün, mədəni inteqrasiyanın inkişafına yönəli "Mədəniyyətlərin dialoqu" proqramına rəhbərlik edir.

    İlqar İbrahimoğlu teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır.

    Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur.

    Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-a, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmişdir.

    Bir neçə xarici dil bilir.

    Asudə vaxtlarını eqzistensional mövzularda ədəbiyyatın mütaliəsinə, futbol və voleybol oynamağa sərf edir.

    Evlidir, üç övladı var


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Dini qurumlar - İlqar İbrahimoğlu

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 761


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş