Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri. 26 avqust 1949-cu ildə Azərbaycanın Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, "Təzə-pir məscidi"nin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə

Bu konu 3145 kez görüntülendi 11 yorum aldı ...
Qafqaz Şeyxülislamları imamlari Hocalari 3145 Reviews

    Konuyu değerlendir: Qafqaz Şeyxülislamları imamlari Hocalari

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3145 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Qafqaz Şeyxülislamları imamlari Hocalari


    Şeyxülislam Hacı Allahşükür Paşazadə


    Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri. 26 avqust 1949-cu ildə Azərbaycanın Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur.

    İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir.

    1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, "Təzə-pir məscidi"nin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir.

    1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

    1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardin-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.

    Ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri seçilmişdir.

    Elmi məqalələri:

    "Qafqazda İslam", "İslamda şəhidlik", "Milli münasibətlər və din", "İslamda xalq və cəmiyyət" və s.

    Mükafatları:

    "Xalqlar arasında dostluq" ordeni (1988), (SSRİ), "Əl elm va əməl" ordeni (1992), (Misir), "Şöhrət"(1994) ordeni, (Misir), "İstiqlal" (1999) ordeni, (Azərbaycan), I Dərəcə Müqəddəs Vladimir ordeni (2001), (Rusiya-Rus Pravoslav Kilsəsi), "Şərəf" ordeni(2001) ilə təltif edilmişdir. (Gürcüstan)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qafqaz Şeyxülislamları imamlari Hocalari

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 11

          Görüntüleme: 3145

    Konu Emine tarafından (18.03.2013 Saat 15:02 ) değiş;tirilmiş;tir.

  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Mirqəzənfər İbrahimov


    Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olmuşdur.

    Qeyd edək ki, ruhani idarəsinin tarixində Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır. Mirqəzənfər İbrahimov seyid nəslindən olmasına baxmayaraq, daha çox dünyəvi elmlərə meyl etmiş, gənc yaşlarında bir müddət polis orqanlarında çalışmışdır. Tale ahıl yaşlarında Mirqəzənfəri ruhani yolu tutmağa sövq etmişdi.

    Şeyxülislam Əliağa Süleymanzadənin qəbulunda olmuş, onun yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq etmiş, sonralar isə Gəncə məscidinə axund göndərilmişdir.

    Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini işləmişdir.

    1976-cı ildə Şüyxülislam Əliağa Süleymanzadə vəfat etdikdən sonra 2 il sədri olmayan İdarənin müvininin namizədliyi irəli sürülür və 1978-ci ildə Axund Mirqəzənfər İbrahimov Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir.

    Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1979-cu ildə qəflətən vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir.

  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Əliağa Süleymanzadə


    Şeyxülislam Axund Əliağa Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Bakının Novxanı kəndində dindar ailəsində anadan olmuşdur.

    İlk təhsilini öz kəndindəki dinin mədrəsədə almışdır. Daha sonra təhsilini davam etdirmək üçün İran və İraqa göndərilir.

    1902-ci ildə İranda Xorasan vilayətində təhsil aldıqdan sonra öz təsilini davam etdirmək üçün Nəcəfül-Əşrəfə gedir. Mədineyi-Münəvvərədə imtahan verərək ali ruhanilik təhsilini 12 il müddətində başa vurur.

    12 illik təhsilini başa vurduqdan sonra Əliağa Süleymanzadə bakıya qayıdır və Bakının bir çox məscidlərində axundluq edir.

    1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayı çağrılır. 20 ilə yaxın Təzəpir məscidinin axundu işləyən Əliağa Sülüymanzadə 83 yaşında ikən ruhani idarəsinin sədri seçilir.

    Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968-1978-ci illərdə bir çox konfranlarda, simpoziumlardaŞ beynəlxalq təşkilatların tədbirlərində ölkəni təmsil edirdi.

    1970-ci ilin oktyabrında Daşkənddə “Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti”adlı Ümumittifaq Konfransı təşkil edilir və Şeyxülislam Süleymanzadə həmin tədbirdə iştirak edir və nitq söyləyir.

    1977-ci ilin iyununda Moskvada “Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda” Ümumsünya Konfransı keçirilir.Dünyanın 107 ölkəsindən gəlmiş 650-yə qədər nümayəndə iştirak edirdi. Qafqaz müsəlmanlarının Şeyxülislamı Əliağa Süleymanzadənin məktubu gurultulu alqışlarla qarşılandı.

    Şeyxülislam Axund Əliağa Süleymanzadə 1978-ci ildə 93 yaşında vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir.

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Mirmöhsün Həkimzadə


    Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində, mötəbər din xadimi Şeyx əlinin müqəddəs ocağında dünyaya gəlmişdir.

    İlk ibtidai təhsilini ecdə atasının yanında almışdır. Daha sonra təhslini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür.

    1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir.

    Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin “İmamlı” məscidinin axundu təyin edilir.

    1918-ci ilin mart ayında Stepan Şaumyanın başçılığı ilə Stepan Lalayanın dəstəsi Şamaxıda misli görünməmiş qırğınlar törətdilər. Minlərlə insanlar yandırıldı, uşaqların, oqcaların başları kəsildi.Təkcə şamaxıda rəsmi məlumata görə 8min, qeyri-rəsmi məlumata görə 30 min adam soyqrıma məruz qaldı.Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalağayına gedir.

    1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır.Zinət əşyaları müsadirə edilir,özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır. 6 ay Bakıda həbsxanada saxlanılır. Nəhayət 6 aydan sonra günahsız bilib azad edirlər, əsərlərini isə yandırırlar. Bu hadisədən sonra Mirmöhsün həkimzadə həmişəlik Bakıya köçür, repressiyadan qurtarmaq üçün müəyyən yerlərdə fəhlə işləməyə başlayır.

    1943-cü ildə dini idarə təşkil olunandan sonra 1937-ci il repressiyalarından yaxasını qurtara bilən axundlar bura dəvət olundular. Axund Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanlar Ruhani İdarəsinin sədrinin müavini seçilir.

    1954-cü ildə Şeyxülislam Axund Ağa Əlizadə vəfat etdikdən donra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin qurultayı çağrılır və böyük səs çoxluğu ilə Axund Şyx Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir.

    Şexülislam Axund Mirmöhsün Həkimzadə 12 illik Zaqafqaziya Musəlmanları Ruhani İdarəsinin sədri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Şeyxülislam həkimzadə yeni məscidlərin açılmasına, bir çox məscidlərdə azanların minarələrdən verilməsinə, yeni mədrəsələrin tikilməsinə nail olmuşdur.

    Şexülislam Axund Mirmöhsün Həkimzadə 1967-ci ildə 85 yaşında dünyasını dəyişmişdir.

  5. #5
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Ağa Əlizadə


    Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci oktyabrın 22-də Bakının Pirşağı kəndində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur.

    Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir.

    1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub “Axund” rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır.

    1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir.

    1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçilir.

    1907-ci ilin yayında Ağa Əlizadə Bakıda “Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaratdı və onunsədri seçildi. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, miliyonçular İsa bəy Aşurbəyov, Zeynalabidin Tağıyev və başqa elm,mədəniyyət və din xadimləri də fəal iştirak edirdilər.

    1907-ci ilin sentyabrında Bakıda “Mədrəseyi-Səadət” məktəbi açılır. Görkəmli filosof,şair, jurnalist,siyasətşi, Demokratik Cümhuriyyətin yaradıcılarında biri olan Əli bəy Hüseynzadə məktəbə direktor təyin edilir.

    1918-ci il mayın 28-də Azərbaycanda Xalq Cümhuriyyəti quruldu. Elə həmin il Axund Ağa Əlizadə Bakı qəzasına seçilmiş,geniş fəaliyyəə başlamışdır.

    1918-ci ildə Milli Hökümətin dini etiqadı və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Məşixətə Şeyxülislam təyin edilir. O vaxt atası Hacı Cavad Əlizadə Bakı quberniya dini məclisinin sədri idi.

    Şeyxülislam 1918-ci ildə Məşixət sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayının 15 nəfərə çatdırılmasını tələb edirdi.

    1920-ci ilin aprelində Qırmızı Ordu Azərbaycanı işğal edir, 23 aylıq hakimiyyətdən sonra Azərbaycan Demokratik Respublikası süqut edir. Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışır.

    Bolşeviklər K.Marksın “din xalq üçün tiryəkdir” ifadəsini əsas tutaraq bütün respublikada sindarları təqib edir, onları “sinfi düşmən” kimi qələmə verərək Sibirə sürgün edir, güllələyirdilər. Yüzlərlə din xadimləri məhv edilir, canlarını qurtaranlar isə vətəni tərk edir, repressiya təhlükəsi altında xaricdə yaşamağa məcbur oludular. Bütün məscidlər dağıdılır, mədrəsələr ləğv edilərək anbarlara, klublara çevrilir, müxtəlif idarənin ixtiyarına verildi.

    1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edilir. 25 il ev tustağı olan Ağa Əlizadə İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürüldü.

    1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağrıldı.

    1944-cü il mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçildi.

    Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranlarda iştirakçısı olur və Sovet müəlmanları adından nitq söyləyirdi. 1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülh müdafiə məsələlərinə həsr edilmiş konfrans,1952-ci ilin mayında Vyanada keçirilən Sülhü Müdafiə Konqresində təşkil olunmuş konfransının iştirakçısı olmuşdur.

    Ağa Əlizadə 1954-cü ilin dekabrında, 84 yaşında Bakıda vəfat etmişdir.

  6. #6
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Məhəmmədəli Pişnamazzadə

    Axund Məhəmmədəli Fərəculla oğlu Pişnamazzadə 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur.

    İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır.

    1890-cı ilin dekabr ayında Axund Məhəmmədəlinin yaşadığı evdı polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökümətləri ilə əlaqə saxladığına və hər iki hökümətin ziyalıları ünsiyyətinə görə günahlandırılır. Axund Məhəmmədəli və 37 nəfər azərbaycanlı həbs olunur. Türküstana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar.

    1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır.

    1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir.

    1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.

    1906-cı ildə Məhəmmədəli Pişnamazzadənin evindı təkrar axtarış aparılır.Onun otağında “Difai” Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə alınıb Kazana sürgün edilir.

    1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o,Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri şeçilir.

    1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, Həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.

    1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmmədəli Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir.

    1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan höküməti suverən dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.

    1918-ci ilin oktyabrında Pişnamzzadənin təşəbbüsü ilə həm şiə, həm sünni cərəyan başçılarının yığıncağı çağrılır. Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdir. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edurdi.

    1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökümətə 367 N-li təkliflər məktubu ünvanlanır.

    1918-ci il dekabrın 10-da Qafqaz Müəlmanları İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən istefa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirdi.

    1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Məhəmmədəli Pişnamazzadə bu dəfə “Şura” adıyla gələn rusların növbəti təqibinə məruz qalır və az keçmir ki, həbs olunur. N.Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.

    N.Nərimanovun ölümündən sonra Axund yenə sorğuya tutulur və haqqsız yerə incidilirdi.

    Axund Məhəmmədəli Pişnamazzadə 1937-ci ildə 84 yaşında vəfat edir. Gəncədə İmamzadə qəbristanlığında dəfn olunmuşdur.


  7. #7
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Məhəmmədhəsən Şəkuvi


    Məhəmmədhəsən Mövlazadə 1853-cü ildə Şəkinin Gəncəli məhləsində anadan olmuşdur.M.Mövlazadə əvvəlcə Şəkidə fəaliyyət göstərən mədrəsədə, sonra isə Gəncə mədrəsəsinda dini və dünyəvi təhsil almış, İraqda ali dini təhsilini davam etdirmişdir.

    Məhəmmədhəsən Mövlazadə çox dərin savada malik olmuşdur.Rus, ərəb,fars və türk dillərini mükəmməl öyrənmişdir. “Qurani-Kərim”-in surələrini avazla oxumaqla hamını heyran etmişdir.

    İraqda ali dini təhsil aldıqdan sonra Tiflisə qayıtmiş,oradakı Şeyxülislam məktəbində şəriət və fiqhdən dərs demişdir. Qısa müddət ərzində Mövlazadə Qafqaz Müsəlmanları Şiə Ruhani idarəsinin Heyətinə üzv seçilir. 2 il sonra isə O, Tiflis və Kutasi şəhərlərinin qazısı olur.

    Məhəmmədhəsən İraqa,İrana və Səudiyyə Ərəbistanına səfərlər etmiş,biliyini daha da təkmilləşdirmişdir. Bundan sonra isə bir sıra ali ruhani vəzifələrində işləmişdir. Axund rütbəsi alan Haci Məhəmmədhəsəb bir müddət qazı, 1907-1909-cu ilədək şeyxüilislamın əvəzləyicisi olmuşdur.

    1907-ci ildə Axund məhəmədhəsən Mövlazadə Qafqazın Şeyxülislamı seçilmişdir. Onun seçilməsi Nikolay hökümətini və Qafqaz canişinliyini qətiyyən qane etmirdi.

    1909-cu ildə Qafqaz Canişinin təqdimatı ilə Məhəmmədhəsən Mövlazadə tutduğu vəzifədən azad edildi və dini məsələlərdən uzaqlaşdırıldı

    Məhəmmədhəsən Mövlazadənin sünni cərəyanının Hənəfi məzhəbində olduğu iddia edirdilər. Aydındır ki, bütün Şeyxülislamlar şiə məzhəbində olmuşlar. Onlar vəzufələrinə görə də Qafqaz şiə müsəlmanlarına rəhbərlik edirdilər. Qafqazın sünni müsəlmanlarına rəhbərlik etmək üçün isə 1823-cü ildə müftilik vəzifəsi təsis edilmiş və müftinin özü də sünni təriqətində olmuşdur.

    Məhəmmədhəsən Mövlazadə elmi, bədii yaraıcılıqla da məşğul olmuşdur.Ərəb, fars, türk dillərini mükəmməl bildiyinə görə bu dillərdə çoxlu kitablar yazmışdır. Əsərləri qısa müddət ərzində dünyanın bir çox ölkələrində yayılmış və geniş oxucu kütləsinə malik olmuşdur.

    Mövlazadə qırmızı Sovet imperiyasının fiziki reqressiyası ilə üz-üzə gəlmişdir. İmperiya nökərləri onun zəngin kitabxanasını və əlyazmalarını müsdirə edib, yandırmiışdılar.

    Qafqazda 2 illik Şeyxülislam olan Axund Məhəmməhəsən Mövlazadə 1932-ci ildə 79 yaşında vəfat etmişdir. Tiflisin müsəlman qəbristanlığında dəfn edilmişdir.

  8. #8
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Əbdüssəlam Axundzadə


    Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyan şəhərində ruhani ailəsində anadan olmuşdur. Əbdüssəlam ərəb,fars, və türk dillərini atasından öyrənmişdir. On iki yaşında olarkən atası vəfat etmişdir.

    Əbdüssəlam Axundzadə 18 yaşa çatdıqda artıq bir neçə elmə mükəmməl yiyələnmiş və yaxşı savad almışdır.Anasının məsləhəti ilə o, 1861-ci ildə Tiflisə gedərək Qafqaz müsəlmanlarına rəhbərlik edən əslən Salyan şəhərindən olan Şeyxülislam Əhməd hüseynzadənin qəbulunda olur. Şeyx onun savadına heyran olur və Əbdüssəlamı idarənin nəzdindəki mədrəsədə müəllimlik işləməyi məsləhət görür

    Rus ordusunun məşhur Azərbaycan generalları M.K.Talışinski, Ə.Talışxanov, Ə.Şıxlınski onun ən yaxın dostları idilər. Əbdüssəlam onlarla hərb elminə dair çox maraqlı söhbətlər aparır, hətta maraqlı mübahisələrə belə qoşulurdu.

    Dövrün görkəmli ədib və ziyalıları M.F.Axundov, N.Ə.Qayıbov, F.Köçərli, S.M.Qənizadə və başqaları ilə tez-tez görüşər, müsəlman və rus ziyalıları arasında körpü rolunu oynayırdı.

    1895-ci ildə Axund Əbdüssəlam Axunzadə Qafqaz Müsəlmanlarının Ruhani İdarəsinə sədr təyin olunur.

    1896-cı ildə Zaqafqaziyanın sünni və şiə müsəlmanlarının siyasi vəziyyəti, dini ibadətlərinin səviyyəsi, xristian dindarlarına münasibət və gələcək dövrlərdə ruhaniliyin təşkili ilə bağlı böyük həcmli “Tövsiyənamə” adlanan hesabat Qafqaz Baş İdarəsinə təqdim olunur.

    1896-cı ildə Şeyxülislam Axunzadə Moskavaya dəvət olunur.Çarın rəsmi tacqoyma mərasimində iştirak edərək çıxış edir və çara ölkədə İslamında çiçəklənməsindən ötrü xeyir-dua verir.

    Əbdüssəlam Axunzadə elmi, bədii yaradıcılıqla da məşğul olmuşdur. O, elmin müxtəlif sahələrinə aid 20-yə qədər əsərin müəllifidir.

    “Fars dilinin açarı”
    “Müqəddəs peyğəmbərlərin tarixi”
    “Qısa qramatika”
    “Xətti-təliq və nəstəliq”
    “Vəz və nəsihət”
    “Ən gözəl fikirlər kitabı”
    “Hökümlərin başlıcası”
    “Tərbiyə kitabı”

    Rus dilində yazdığı “Müxtəsər sərf” və “Müsibət-Xosrovbəy” adlı əsərləri Əlyazmalar İnstitutunda qorunur.

    Şeyxülislam Axund Əbdüssəlam Axunzadə 1907-ci ildə 64 yaşında Tiflisdə vəfat etmiş və oradakı müsəlman qəbristanliğında dəfn edilmişdir.

  9. #9
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları


    Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə


    Axund Mirzə Həsən 1837-ci ildə Şuşa şəhərində anadan olmuşdur.İlk təhsilini ailədə, sonra isə Şuşa qəza məktəbində almışdır. Elm və maarif həvəskarı olan Mirzə Həsən ruhani təhsil almaq üçün İrana göndərilmiş, Təbriz şəhərində təhsilini davam etdirmişdir. “Molla” rütbəsi alan Mirzə Həsən ərəb,fars və türk dillərini mükəmməl öyrənmiş, ixtisasına dair yüksək biliklərə yiyələnmişdir.

    Rus dilini, rus ədəbiyyatını və Rusiyadan daha yaxşı görünən Avropa mədəniyyətini əxz etmək üçün 1878-ci ilin mart ayının 31-də Mirzə Həsən Peterburq Universiteti rektorunun adına ərizə ilə müraciət edir və səs çoxluğu ilə Şərq fakultəsinin fars dili və ədəbiyyatı kafedrasına fars dili miəllimi vəzifəsinə seçilir.

    1879-cu ilin avqust ayında Mirzə Həsən xəstələnir və Peterburq Universitetini tərk edib Şuşa şəhərinə qayıdır. Dərin savada,təbiət, humanitar elm sahələrinə dərindən bələd olmasına, rus,fransız, ərəb, fars dillərini mükəmməl bilməsi ilə yanaşı İslam aləmində “axund” vəzifəsi daşıdığına və ən əsası Rusiyada yaşayıb yaratdığına,bu ölkəyə xoş münasibətinə görə Axund Mirzə Həsən Tiflisdə olan Qafqaz müsəlmanları Ruhani İdarəsinə yüksək vəzifəyə götürülü.

    1880-cı ildə Gəncə quberniyasının Şuşa, Zəngəzur, Cavanşir qəzalarının qazısı və Şuşa məclisinin sədri seçilir.

    1885-ci ildə Axund Mirzə Həsən Qafqaz Şeyxülislamı və Şiə Ruhani İdarəsinin sədri təyin edilir.

    1887-ci ildə Azərbaycan dilini təbliğ etmək, eyni zamanda bu dili öyrənmək istəyən ruslara yardım niyyəti ilə “Samouçitel tatarskoqo yazıka, ili rukavodstvo” adlı dərslik hazırlayır.

    1890-cı ilin iyunun 12-də Tiflis şəhərinin baş senzoru həmin kitabı çap olunmaq üçün imzalamışdır.

    Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə 1893-cü ilin iyunun 21-də vəfat etmişdir.Tiflis müsəlman qəbristanlığında dəfn olunmuşdur.

  10. #10
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Qafqaz Şeyxülislamları

    Şeyxülislam Axund Əhməd Hüseynzadə
    geri

    Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz müsəlman ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrələ qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur.

    1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təstiq edir.

    1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları ruhani idarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadə fəaliyyəti genişləndi və vəzifə səlahiyyətləri bir qədər artırıldı.

    1881-ci ildə Şeyxülislam Axund Əhməd Hüseynzadə 3-cü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilmişdir.

    Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmliislamşunas alimi olmaqla yanaşı, dünyəvi elmləri yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur.

    “Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal”
    “Bəsaül nas-fi-məmləkətül Qafqaz”
    “Tarixi-ədəbiyyati-türk”
    “Tərbiətül-ətfal”
    “Dilguşə”

    Şeyxülislam Axund Əhməd Hüseynzadə 1887-ci ildə Tiflisdə vəfat etmiş

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş