Səməd bəy Mehmandarov Görkəmli sərkərdə Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış Səməd Sadıqbəy oğlu Mehmandarov, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor,

Bu konu 1115 kez görüntülendi 0 yorum aldı ...
Səməd bəy Mehmandarov 1115 Reviews

    Konuyu değerlendir: Səməd bəy Mehmandarov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1115 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Səməd bəy Mehmandarov

    Səməd bəy Mehmandarov


    Görkəmli sərkərdə Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış Səməd Sadıqbəy oğlu Mehmandarov, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur.

    1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.

    1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış və bir müddət Vladiqafqaz şəhərində yaşamışdır.

    I Dünya müharbəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında xdmət edirdi.Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində dörd alay var idi:81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı, Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

    Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-c diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. 1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi.1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə,eləcə də İngiltərə, Fransa, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

    1917-ci il fevral inqilabından sonra S.Mehmandarov Rusiyada hərbi xidmətdən çıxaraq Azərbaycana gəldi.

    General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsində olmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar.

    Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi. Müstəqi Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən zəbt edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə olmayaraq, Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəəlimlik etmişdir.Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı:”Mehmandarov nadir artileriyaçıdır”.

    General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.

    1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.

    General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur.O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Səməd bəy Mehmandarov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1115


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş