Kullanıcı Tag Listesi

Əbülfət Vəli Milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar aktyor Əbülfət Vəlidir (Vəliyev). Həyatı haqqında məlumat çox az olan Əbülfət Vəlinin yaşını Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən teatrşünas İnqilab Kərimovun qənaətləri inandırıcı və hələlik əlimizdə yeganə istinad dəlilidir. Əbülfət Vəli 1867-ci ildə anadan olmuşdur. Səhnəyə 1880-ci illərin ortalarında gəlib. Əsasən,

Bu konu 606 kez görüntülendi 0 yorum aldı ...
Əbülfət Vəli 606 Reviews

    Konuyu değerlendir: Əbülfət Vəli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 606 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əbülfət Vəli


    Əbülfət Vəli


    Milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar aktyor Əbülfət Vəlidir (Vəliyev).

    Həyatı haqqında məlumat çox az olan Əbülfət Vəlinin yaşını Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən teatrşünas İnqilab Kərimovun qənaətləri inandırıcı və hələlik əlimizdə yeganə istinad dəlilidir. Əbülfət Vəli 1867-ci ildə anadan olmuşdur.

    Səhnəyə 1880-ci illərin ortalarında gəlib. Əsasən, müəllimlər Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında həm kiçik, həm epizod, həm də əsas rollarda çıxış edib. Sonralar özünün, eləcə də sənətkar dostu Cahangir Zeynalovun quruluş verdikləri tamaşalarda da oynayıb. İyirminci əsrdə "Müsəlman Artistləri Cəmiyyəti", "Nicat", "Həmiyyət", "Səfa" teatr truppalarında aktyorluq və rejissorluq edib. Hüseyn Ərəblinskinin quruluş verdiyi əksər tamaşalarda məsul müdir Əbülfət Vəli olub.

    Onun qastrol təşkil etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə xüsusi bacarıq və səriştəsi vardı. Zəhmətkeş səhnə fədaisi Əbülfət Vəli Bakıda realni məktəbdə oxuyub. Bu təhsil ocağının altı sinifini bitirməsi səhnə yaradıcılığında ona kömək olub.

    1918-ci il rusca "Azərbaycan" qəzetində Kərim bəy Məlmovun yazdığı vida məqaləsindən aydın olur ki, Əbülfət Vəli noyabr ayının axırlarında Göyçay rayonunda acınacaqlı vəziyyətdə dünyasını dəyişib. Səhərisi gün azərbaycanca çıxan eyniadlı qəzet "X" imzası ilə aktyor barədə səmimi vida yazısı dərc edib.

    Azərbaycan aktyorlarının bir dəstəsi Əbülfət Vəlinin rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta şəhərlərində qastrolda olub. O, bir neçə dəfə Üzeyir bəylə, Süleyman Sani Axundovla, Mehdi bəy Hacınski ilə birgə "Nicat" cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilib.

    Əbülfət Vəli Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Murov, Xəlil yüzbaşı, "Müsyö Jordan və dərviş Məstəli şah" məsxərəsmdə Hatəmxan ağa, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy, Rüstəm bəy və Fəxrəddin, "Daldan atılan daş topuğa dəyər" məzhəkəsində Dəli Şirin, "Ev tərbiyəsinin bir şəkli" vodevilində Şahmar bəy, Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində Sərbaz, Şah Təhmas, Saleh bəy, Cavad xan, Ədhəm xan,Cahangir bəy, Əbdürrəhim bəy, "Bahadır və Sona", "Dilin bəlası" dramlarında Dayı, Niyaz bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Həkim, Heydər bəy və Hacı Səməd ağa, "Ağa Məhəmməd şah Qacar"da Mürtəzaqulu xan, Mustafa xan və İkinci İrakli, "Ac həriflər"də Tağı, "Dağılan tifaq"da Əbdül, Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə" pyesində Həsən bəy, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" didakük əsərində Sultan, Yusif Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" mistik dramında Ömər ibn As və Əbu Übeyd rollarında dəfələrlə səhnəyə çıxıb.

    Aktyorun rollar silsiləsində tərcümə əsərlərində canlandırdığı obrazlar ayrıca yer tutur. Onlardan Osmanlı ədibləri Şəmsəddin Saminin "Dəmirçi Gavə", Namiq Kamalın "Vətən", "Bəxtsiz bala", Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" faciələrində Gavə, Sidqi bəy, Xəlil bəy və Həkim, Əbu Diyab (Əbu Dəyyab da yazılır), Şillerin "Qaçaqlar", Yevgeni Çirkovun "Yəhudilər", Henrix Heynenin "Əl Mənsur", Botşaldım "Qafqaz çiçəkləri", Matterinin "Yaddaş kitabçası", təbdil olunmuş "Qaranlıqda işıq" dramlarında Qoca Moor, Ata, Ömər ibn As və Həsən, Dağıstan qəhrəmanı, Potap rollarını göstərmək olar. O dövrün mətbuatı Əbülfət Vəlinin tərcümə və təbdil komediyalarında məharətlə oynadığı Potap ("Əvvəlinci şərabçı", Lev Tolstoy), Cənnətəli ("Zorən təbib", Jan Batist Molyer), Dobçinski ("Müfəttiş", Nikolay Qoqol), Məşədi Kərim ("Pulsuzluq", İvan Turgenev), Tağı ("Aktyorların məişəti", Lentovski) rollarına yüksək qiymət verib.

    Həmin tamaşalarda, aktyorun təbii oyunu, səhnə ciddiliyi və sözləri aydın tələffüzlə çatdırmaq bacarığı qeyd olunub. Rejissor kimi də ciddi fəaliyyət göstərən Əbülfət Vəli dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir şah", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan tifaq", Qulamrza Şərifzadənin "Molla Nəsrəddin", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı", Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib.

    1911-ci ildə müvəqqəti olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılmış Əbülfət Vəli "Mirat" (Güzgü) dram dərnəyi yaradıb. O, burada da müxtəlif əsərləri, əsasən kiçik həcmli pyesləri tamaşaya hazırlayıb.

    Həmin il Əbülfət Vəli güzəranının çətinliyindən səhnəni atıb Daşkəndə getmək istəyib, ancaq bu cəhdi alınmadığına görə dəstə bağlayıb və Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxıb.

    Əbülfət Vəli 1918-ci ildə dünyasını dəyişmişdir.

    Mənbə: İlham Rəhimli "Azərbaycan teatr tarixi"


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əbülfət Vəli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 606


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş