Kullanıcı Tag Listesi

Ağalar bəy Əliverdibəyov geri Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. Uşaqlığı Şuşa şəhərində keçmişdi. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası

Bu konu 1031 kez görüntülendi 0 yorum aldı ...
Ağalar bəy Əliverdibəyov 1031 Reviews

    Konuyu değerlendir: Ağalar bəy Əliverdibəyov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1031 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ağalar bəy Əliverdibəyov


    Ağalar bəy Əliverdibəyov
    geri

    Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu.

    Uşaqlığı Şuşa şəhərində keçmişdi.

    O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi.

    Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər.

    Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu.Ağalarbəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub.

    O, 1901-ci ildə Peterburq Texnoloji Institutunu, sonra isə Varşava Inşaat Institutunu bitirmişdi. Gənc mütəxxəssis 1813-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdi.

    O, həmçinin gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.

    Ağalar bəy Məhbubə xanım Abbas bəy qızı Uğurlubəyova ilə həyat qurmuşdu. Nazim bəy, Rasim bəy, Kazım bəy adlı oğulları, Nüşabə xanım adlı qızı vardı.

    Ağalar bəy 7 iyun1953-cü ildə vəfat etmişdir.

    Mənbə: Ağalar bəy Əliverdibəyov, Rəsmli musiqi tarixi, Bakı, “Şuşa” , 2001. 2 Azərbaycan xalq mahnıları. I-II cild, Bakı, 1956-1958


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağalar bəy Əliverdibəyov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1031


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş