Kullanıcı Tag Listesi

Ağabəyim ağa Cavanşir Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir. Ağabəyim ağa (Ağabacı) - Azərbaycanın şairə-qadınlarından idi, Qarabağ xanı İbrahim xanın qızı, İran şahı Fətəli şahın arvadı olmuşdur. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah «hər iki tərəfin xatircəmliyi üçün» İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşud Banu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha qol

Bu konu 1025 kez görüntülendi 0 yorum aldı ...
Ağabəyim ağa Cavanşir 1025 Reviews

    Konuyu değerlendir: Ağabəyim ağa Cavanşir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1025 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ağabəyim ağa Cavanşir


    Ağabəyim ağa Cavanşir


    Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir. Ağabəyim ağa (Ağabacı) - Azərbaycanın şairə-qadınlarından idi, Qarabağ xanı İbrahim xanın qızı, İran şahı Fətəli şahın arvadı olmuşdur.

    Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır.

    Fətəli şah «hər iki tərəfin xatircəmliyi üçün» İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşud Banu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir.

    İbrahim xan bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir.Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.

    Maraqlı olan bu faktdan çıxış etsək və bu günün prizmasından dövrü gender müstəvisində təhlil etsək, Ağabəyim Ağa insan hüquqçusu qismində çıxış etməyibmi?!

    Bu, Azərbaycanın qadın tarixidir.Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrəqərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.

    1811-ci ildə o, Fransız imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya - İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim Ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim Ağaya göndərdiyi məktubunda yazırdı: «Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz».

    Ağabəyim Ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar.

    Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı «Sarı Aslan» ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağabəyim ağa Cavanşir

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1025


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş