Kullanıcı Tag Listesi

Bədəlov Elman Kərim oğlu (04.06.1929, Ağdam r-nu - 25.06.1991, Bakı) - kamança ifaçısı. Azərbaycan əməkdar artisti (1982). Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamança alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, konsertlərdə çıxış etmiş, Azərbaycan gənclərinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı, Ağdam Pedaqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951). Professional musiqi

Bu konu 804 kez görüntülendi 0 yorum aldı ...
Bədəlov Elman Kərim oğlu 804 Reviews

    Konuyu değerlendir: Bədəlov Elman Kərim oğlu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 804 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Bədəlov Elman Kərim oğlu

    Bədəlov Elman Kərim oğlu (04.06.1929, Ağdam r-nu - 25.06.1991, Bakı)

    - kamança ifaçısı. Azərbaycan əməkdar artisti (1982). Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamança alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, konsertlərdə çıxış etmiş, Azərbaycan gənclərinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı, Ağdam Pedaqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951).

    Professional musiqi təhsilini A.Zeynallı ad. ADMM-da (1957-1961) və ADK-da (1975-1980) almışdır. 1958 ildən ömrünün sonuna kimi AzRTV QSC S.Rüstəmov ad. X.Ç.A. orkestrinin solisti və kamança qrupunun konsertmeysteri olmuşdur. E.Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və s.) qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında olmuşdur.

    E.Bədəlovun ifasında “Şur”, “Segah”, “Şüştər”, “Rəhab”, “Nümayun”, “Bayatı-Şiraz”, “Rast” və b. instrumental muğamlar AzRT Fondunda saxlanılır. Sənətkarın ifasında bu muğamlar həzinliyi, emosionallığı, dərinliyi, improvizasiya ustalığı ilə seçilir. E.Bədəlov pedaqoji fəaliyyətlə məşğul olmuş, Bülbül ad. OİMM-də və ADK-da dərs demişdir. Yetirdiyi çoxsaylı tələbələri - Ədalət Vəzirov, Ağacəbrayıl Abasəliyev, Yaqut Seyidova və b. onun ifaçılıq ənənələrinin davamçılarıdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bədəlov Elman Kərim oğlu

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 804

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş