Kullanıcı Tag Listesi

Günel Almazın nağılları http://www.educult.az/images/stories/foto/Gunel_Almaz.jpg Gülümsəyən çiçəklər Balaca Jalə anasının qucağına oturmuşdu. Avtobusla harasa gedirdilər. Jalənin gözləri pəncərədə idi, gülümsünürdü. Arabir kiməsə əl eləyirdi.

Bu konu 1135 kez görüntülendi 0 yorum aldı ...
Günel Almazın nağılları 1135 Reviews

    Konuyu değerlendir: Günel Almazın nağılları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1135 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Beğendikleri
    0
    Beğenileri
    8
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Günel Almazın nağılları

    Günel Almazın nağılları





    Gülümsəyən çiçəklər

    Balaca Jalə anasının qucağına oturmuşdu. Avtobusla harasa gedirdilər. Jalənin gözləri pəncərədə idi, gülümsünürdü. Arabir kiməsə əl eləyirdi.

    Anası əyilib onun üzündən öpdü:

    - Kim var orda? Kimə əl eləyirsən?

    - Çiçəklərə, anacan...Onlar məni salamlayır.

    Anası pəncərədən baxdı. Yolun kənarı çiçəklərlə dolu idi. Külək əsir, onları sağa- sola yellədirdi.



    Yarpaq

    Yazın nəfəsi hiss olunurdu. Günay bacısından soruşdu:

    - Bacı, yarpaqlar hardadır?

    - Onlar uçub gediblər.

    - Hara?

    - İsti ölkələrə...

    - Bəs onlar nə vaxt qayıdacaqlar?

    - Quşlar qayıdanda...



    Nağıl və quş

    - Babacan, al bu kitabı, mənə burdan bir nağıl seçib oxu- deyə balaca Gülnar babasının əlindən tutub bağa tərəf dartdı.

    - Gedək- babası onun bu istəyini təbəssümlə qarşıladı.

    Onlar bağa düşdülər. Bir ağacının kölgəsində oturdular. Baba bir nağıl seçib oxudu. Gülnara elə gəldi ki, bu onun indiyə kimi eşitdiyi ən maraqlı nağıldır:

    - Babacan, nə maraqlı nağıldır. Xahiş edirəm, mən yatanda yenə bu nağılı oxuyarsan.

    Elə bu vaxt külək kitabın vərəqini yerindən oynatdı. Vərəq havada uçub ağacın yarpaqlarına qondu. Gülnar hirsləndi:

    - Küləyə bax eeee - hirslə vərəqi götürmək üçün yuxarı dartındı. Birdən gördü ki, vərəqin düşdüyü yerdə bir quş yuva qurub. Bunu görən Gülnar nə fikirləşdisə geri çəkildi:

    - Babacan, vərəqi götürməyək. O nağılı onsuz da mən bilirəm. Qoy ana quş onu balalarına oxusun...



    Payız

    Payız gəlmişdi. Yağış çiskinləyirdi. Balaca Aydan pəncərədən baxdı. Yağış damlaları asfalt küçələrdə, avtomobillərin üstündə bərq vururdu.

    - Anacan, yay nə vaxt gələcək?

    - Qızım, məgər payızı istəmirdin?

    - İstəyirdim, amma görürsən, anacan, asfaltın gözləri dolub. Bir azdan yağış ağladacaq küçələrimizi. Yay gəlsəydi günəş asfaltın göz yaşını qurudardı.



    Səbət

    Payız idi. Bağda meyvələr göz oxşayırdı. Nərgizin babası meyvələri səbətlərə yığırdı. Nərgiz həvəslə babasına yanaşdı:

    - Səbətin birini mənə ver, babacan, sənə kömək edim.

    - Yox, mənim balam, səbətlər çox iridir, sənə ağır olar.

    Nərgiz ağlamsındı. Babası onun qəlbinə dəyməmək üçün nisbətən kiçik səbəti qıza uzatdı:

    - Yaxşı, al bunu. Yorulanda deyərsən.

    - Yorulmayacağam, babacan.

    Onlar evə tərəf bir xeyli getdilər. Nərgiz arabir dayanır, səbəti yerə qoyur, nəfəsini dərirdi. Babası gülümsündü:

    - Mənim balam, bəs deyirdin yorulmaram?

    - Yorulmamışam, babacan. Sadəcə səbətlər getdikcə ağırlaşır.



    Şeh

    Bir gün kəpənək çiçəyin üstündəki şehi içmək istəyirdi ki, qarışqa otların arasından boylanıb dedi:

    - Ey, zərli qanad, sən neyləyirsən? Bu şeh mənimdir.

    - Yox, mən şehi səndən əvvəl gördüm.

    Onlar mübahisə eləyəndə şeh damlası ləçəkdən sürüşüb torpağa düşdü. Qarışqa ilə kəpənək peşman- peşman bir- birilərinə baxdılar. Şeh damlası onların gözünə köçmüşdü.



    Karandaş

    Qələm qabında çoxlu karandaş var idi. Onların içində biri köhnə və çox balaca idi. Qəşəng, rəngli, istifadə olunmamış karandaşlar həmişə bu balaca, köhnə karandaşa gülürdülər:

    - Ey, xəbərin var, sən çox köhnəlmisən? Səni o qədər yonublar ki, bapbalaca qalmısan. Bir də baxacaqsan ki, zibil yeşiyindəsən. Sən heç kimə lazım deyilsən.

    Balaca karandaş ağlamsındı, gözləri doldu, qələm qabından çıxdı. Diyirlənib stolun kənarındakı kitabın bir küncünə qısıldı.

    Elə bu vaxt qapı açıldı. Karandaşlar tez səslərini kəsdilər. Otağa gələn Aysel və babası idi. Babası məşhur rəssam idi. Aysel babasının emalatxanasına girib onun çəkdiyi şəkillərə baxmağı çox sevərdi. Aysel indi də şəkillərə heyranlıqla baxır, ona maraqlı gələn şeylərin hamısını birnəfəsə soruşurdu.

    - Mənim balam, mən bütün bu tablolarımı, gözəl rəsmlərimi bu karandaşla çəkmişəm, ona görə mənə hamısından qiymətli və doğma budur- deyərək həmin o kiçik, yonulmuş karandaşı göstərdi. Sonra karandaşı əlinə götürüb otağın ən gözəl yerinə qoydu.

    Bir azdan Aysel babası ilə çıxıb getdilər. Karandaşlar isə susmuşdular...



    Yuva

    Fidan babası ilə bağda gəzirdi. Ağacdakı yuvaları göstərib soruşdu:

    - Baba, o yuva quşlar üçün darıxır?

    - Əlbəttə, bala...

    - Quşlar da yuvalar üçün darıxır?

    - Yəqin ki...

    - Bəs onda quşlar isti ölkələrə gedəndə niyə yuvalarını özləri ilə aparmırlar?

    Fidan ağaca yaxınlaşıb yuvaya tərəf dartındı. Yuvanın içində balaca bir armud var idi. Güman ki, dünənki külək ağacdakı armudu budağından üzüb bura atmışdı.

    - Baba, bax...Bu yuva quşların meyvə payını saxlayıb...

    Baba gülümsündü. Fidan əlavə etdi:

    - Bəlkə meyvə özü gəlib ki, quşlar gələnə qədər yuva boş qalıb üşüməsin?



    Buğda

    Bir gün sərçə ilə qarışqa buğda dənəsi tapırlar. Sərçə deyir:

    - Gəl, yarı bölək, böyük hissəsi mənim, kiçik hissəsi sənin olsun.

    Qarışqa razılaşmadı:

    - Yox, böyük hissəsi mənim olsun!

    Başladılar mübahisə etməyə. Dovşan onların söhbətini eşitdi:

    - Dəni torpağa basdırın.

    Elə də etdilər. Yazda sünbül bitdi. Qarışqa torbasını buğda ilə doldurdu, sərçə də yedi- yedi qurtarmadı.



    Ay və Ayı

    Gecə idi. İki ayı balası gölün kənarında oturmuşdu. Ay və ulduzların əksi gölə düşmüşdü. Biri o birisinə dedi:

    - Gəl, ulduzların yarısını evə aparaq. Evimiz gecələr qaranlıq olmasın.

    Vedrəni gölə atdılar ki, ordakı ulduzları yığsınlar. Baxdılar ki, ay da vedrədədir. Sevindilər. Ay və ulduzların əksi vedrədəki suyun üzündə titrəyirdi. Ayı balası o birisinə dedi:

    - Ehtiyatlı apar vedrəni. Su dağılar, ay vedrədən sürüşüb düşər.



    Su

    Balaca qız pəncərəyə yanaşdı. Əlində su ilə dolu stəkan var idi. Bir az içdi. Həyətə baxdı, hava çox isti idi. Pəncərəni açdı. Sudan bir az dibçəyə tökdü. Çiçəyin yarpaqlarını barmaqları ilə oxşadı.

    Axşam yatmağa hazırlaşırdı. Örtmək üçün pəncərəyə yaxınlaşanda orada stəkanı gördü. Amma stəkan boş idi.

    - Anacan, burdakı suyu sən boşaltmısan?

    - Yox, qızım.

    - Qəribədir. Axı mən stəkanı bura qoyanda içində su var idi.

    - Yəqin, hava isti olduğundan buxarlanıb.

    Qız gülümsündü:

    - Deməli mənim suyumu günəş içib...



    Qar dənəsi

    Qar dənəsi darıxırdı. Qərara gəldi ki, bir az uçsun. Uçdu, uçdu...Bir ağacın budağına qondu. Budaqda bir yarpaq qalmışdı, külək bir azdan onu qoparıb torpağa atdı. Qar dənəsi həmin budağa qonub dedi:

    - İstəyirsən sənin yarpağın olum?

    Budaq eşitmədi, çünki çoxdan qış yuxusuna getmişdi. Yuxuda yaşıl yarpaqları və çəmənlikləri görürdü. Görürdü ki, zərif meh yarpaqların üstündə yeriyir. Yarpaqlar sevinc içində xışıldayır.

    Qar dənəsi gördü ki, budaqdan səs çıxmır, bir budaq da aşağı endi.

    - İstəyirsən sənin çiçəyin olum?

    Bu budaq da cavab vermədi. Çünki o, yuxarıdakı budağın yuxusunda idi.

    Qar dənəsi torpağa endi. Dedi:

    - İstəyirsən sənin çiçəyin olum?

    Torpaq razılaşdı, qar dənəsinin üzündən öpdü. Beləliklə, qar dənəsi bütün qışı orda qaldı. Yaz gələndə onun yerində qarçiçəyi bitdi...


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Günel Almazın nağılları

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1135

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş