ARI VƏ EŞŞƏK
Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyırdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.
Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı:
-Ey, nankor heyvan, otları, çiçəkləri nə üçün əzirsən, axı, onlar sənə can verir, qan verir, qarnını doyurur. Sabah onlar sənə lazım olmayacaqmı? Bir də biz arılar o ətirli çiçəklərdən bal və mum çəkirik. Doğru sözdür: “Eşşək qanmaz olur. Qanmaz isə özünə də ziyan verir, özgəsinə yox də”.