Kullanıcı Tag Listesi

Behbudov Qaraxan İmran oğlu Behbudov Qaraxan İmran oğlu (1935, Ağdam rayonu, Əfətli kəndi) - xanəndə, əməkdar artist (2006). Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsidir. Əmisi Əfətli Əkbər Qarabağda məşhur xanəndə idi. Q.Behbudovun ilk muğam müəllimi əmisi olmuşdur. Bəstəkar 1963-1968 illərdə A.Zeynallı ad. ADMM-nin xanəndəlik sinfində oxumuş, görkəmli xanəndələr Əlibaba Məmmədov və Nəriman Əliyevin tələbəsi olmuş, muğam dəstgahlarını öyrənmişdir. Seyid Şuşinski, Xan

Bu konu 933 kez görüntülendi 0 yorum aldı ...
Behbudov Qaraxan İmran oğlu 933 Reviews

    Konuyu değerlendir: Behbudov Qaraxan İmran oğlu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 933 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Behbudov Qaraxan İmran oğlu

    Behbudov Qaraxan İmran oğlu


    Behbudov Qaraxan İmran oğlu (1935, Ağdam rayonu, Əfətli kəndi)

    - xanəndə, əməkdar artist (2006). Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsidir. Əmisi Əfətli Əkbər Qarabağda məşhur xanəndə idi. Q.Behbudovun ilk muğam müəllimi əmisi olmuşdur.

    Bəstəkar 1963-1968 illərdə A.Zeynallı ad. ADMM-nin xanəndəlik sinfində oxumuş, görkəmli xanəndələr Əlibaba Məmmədov və Nəriman Əliyevin tələbəsi olmuş, muğam dəstgahlarını öyrənmişdir. Seyid Şuşinski, Xan Şuşinski və başqa xanəndələrlə ünsiyyəti sayəsində o, öz sənətini təkmilləşdirir, onların ənənələrini öz yaradıcılığında davam və inkişaf etdirir.

    1964 ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı ilə çalışmışdır. Onun bir xanəndə kimi püxtələşməsində görkəmli tarzən Bəhram Mansurovun böyük rolu olmuşdur. Onun müşayiəti ilə Q.Behbudovun ifasında bir sıra muğamlar lentə yazılaraq, radionun fonduna daxil edilmişdir. Q.Behbudov zil səsli xanəndədir.

    O, «Bayatı-Şiraz» muğamının mahir, orijinal ifaçısı kimi tanınmışdır. Bundan başqa o, «Segah-Zabul», «Rahab», «Mirzə-Hüseyn Segahı», «Qatar», «Çahargah», «Rast» muğamlarını da xüsusi şövqlə oxumuşdur. Qaraxan Behbudov həmçinin, bir neçə mahnıların yaradıcısıdır. Onlardan «Necə dözüm», «Gözlərəm səni», «İstəyirəm», «Nədir» və s. mahnıları göstərmək olar. Hal-hazırda Qaraxan Behbudov pedaqoji fəaliyyətlə məşğul olur, onun yetişdirdiyi tələbələr müxtəlif müsabiqələrdə və festivallarda iştirak edir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Behbudov Qaraxan İmran oğlu

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 933

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş