Ovdux-doğramac
Qatıq - 200q, su - 100 q, təzə xiyar - 100 q, göy soğan - 40 q, keşniş - 10 q, şüyüd - 10 q, reyhan - 5 q, yumurta - 1 əd., mal əti - 100 q, duz, sarımsaq.
Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.