Kullanıcı Tag Listesi

Məkki Bərdəi (X əsr) X əsri Qarabağın mədəni və siyasi mərkəzi olan Bərdədə elmi intibah dövrü adlandırsaq, səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Əbubəkr Məhəmməd ibn Abdullah Bərdəinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəinin, Əbu Səid Əhməd ibn Hüseyn Bərdəinin, Səid ibn Qasım Bərdəinin, Məhəmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çəkmək olar. O dövrün sadaladığımız alimləri

Bu konu 643 kez görüntülendi 0 yorum aldı ...
Məkki Bərdəi (X əsr) 643 Reviews

    Konuyu değerlendir: Məkki Bərdəi (X əsr)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 643 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Məkki Bərdəi (X əsr)

    Məkki Bərdəi (X əsr)

    X əsri Qarabağın mədəni və siyasi mərkəzi olan Bərdədə elmi intibah dövrü adlandırsaq, səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Əbubəkr Məhəmməd ibn Abdullah Bərdəinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəinin, Əbu Səid Əhməd ibn Hüseyn Bərdəinin, Səid ibn Qasım Bərdəinin, Məhəmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çəkmək olar.
    O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, biliyi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əhməd ibn Sadəvə əl-Bərdəi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu - X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur.
    Məkki Bərdəi ilk təhsilini də o Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada getmişdir.
    Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanunundan bəhs edən elm daha çox cəlb edirdi. O, astronomiya və nücum elmlərini dərindən öyrənir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı.
    Özünün səyahətləri zamanı o, Şərqin bir çox ölkələrini - İranı, İraqı, Orta Asiya və bir çox ölkələri gəzmişdir. Elm və mədəniyyət mərkəzi olan Bağdad, Dəməşq, Nişapur, Xorasan və digər şəhərlərində xeyli yaşamışdır. Bu ölkə və şəhərlərdə Məkki Bərdəi yerli xalqların adəti, ənənəsi və sənətkarlığı, tarixi və etnoqrafiyası haqqında çoxlu məlumatlar toplamışdır.
    Məkki Bərdəi həm də dövrünün görkəmli yazıçısı idi. O çox da uzun olmayan ömrü boyu bir çox kitablar yazmışdır. XIII əsrdə yaşamış görkəmli ərəb tarix və coğrafiya alimi Yaqud Həməvi yazırdı: “Məkki ibn Əhməd əl-Bərdəi ağılasığmaz dərəcədə çoxlu kitablar yazmışdı”. Salnaməçiyə görə, bu əsərlər elmin müxtəlif sahələrini əhatə edirdi.
    Çox mənalı ömür keçirən Məkki 965-ci ildə vəfat edib. Onun əsərləri üzərində müəyyən qədər iş görülür və şübhəsiz ki, o öz səmərəsini gələcəkdə verəcək.
    Alimin elmi və ədəbi-fəaliyyəti haqqında görkəmli tarixçilər, coğrafiya alimləri, şəqşünaslar qismən iş aparmışlar. Belə alimlərdən mərhum tarixçi Z.İ.İbrahimi, coğrafiya alimi N.K.Kərəmovu göstərmək olar. Şərqşünas-filosof Z.C.Məmmədov, arxeoloq Q.M.Əhmədov da yeri gəldikcə Məkki haqqında öz qiymətli mülahizələrini söyləmişlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Məkki Bərdəi (X əsr)

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 643

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş