Ülvi Rəcəb Milliyətcə acar olan Ülvi Rəcəb 1903- cü ildə Batumi yaxınlığında Canivri kəndində anadan olmuşdur. On altı yaşında atasını itirən Ülvi Rəcəb təhsil almağa erkən yaşlarından başlayıb. Bir müddət xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi ərəfəsində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. 1918-ci ildə yenidən Batumiyə qayıdıb. 1918-ci ildə aktyor Hüseyn Ərəblinski geniş repertuarla Batumidə olub. O zaman Hüseyn Ərəblinski Batumidə

Bu konu 1189 kez görüntülendi 0 yorum aldı ...
Ülvi Rəcəb 1189 Reviews

    Konuyu değerlendir: Ülvi Rəcəb

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1189 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ülvi Rəcəb

    Ülvi Rəcəb


    Milliyətcə acar olan Ülvi Rəcəb 1903- cü ildə Batumi yaxınlığında Canivri kəndində anadan olmuşdur. On altı yaşında atasını itirən Ülvi Rəcəb təhsil almağa erkən yaşlarından başlayıb. Bir müddət xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi ərəfəsində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. 1918-ci ildə yenidən Batumiyə qayıdıb. 1918-ci ildə aktyor Hüseyn Ərəblinski geniş repertuarla Batumidə olub. O zaman Hüseyn Ərəblinski Batumidə "Artistlər Cəmiyyəti"nin zalında "Otello" tamaşısı oynayarkən Ülvi onun tamaşasına baxır. Ərəblinskinin yaratdığı obraz Ülvini heyran edir və onlar orada yaxından tanış olurlar.

    Gənc teatr həvəkarı hətta "Arşın mal alan"operettasında Soltan bəy rolunda səhnəyə çıxıb. O vaxtdan Ülvi Rəcəb Batumidəki teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr Tiflisə qastrol səfərinə gəlib. Qastrol səfəri zaman Ülvi, İbrahim İsfahanlı ilə tanış olur. Bundan sonra gənc Ülvi Tiflisdə qalıb və "Zubalov evi"ndə fəaliyyət göstərən dram dərnəyinə daxil olub. O burada "Aydın", "Ölülər", "Dağılan tifaq" və başqa tamaşalarda çıxış edib.

    Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teartında çalışıb. 1924-cü ildə Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökümətin dəvətilə Bakıya, Milli Dram Teatrına dəvət olunub. 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Qısa zamanda Ülvi Rəcəb teatrın aparıcı aktyoru olan Abbasmirzə Şərifzadə ilə dublyr olub. Aktyor qəhrəman, faciə, dramatik, məhəbbət, mürəkkəb psixoloji personajlar, obrazlar yaradıb. Rejissoru Ədil İsgəndərov olan "Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəblinin teatrda son çıxışı olur. Bu tamaşanın premyerasından bir müddət sonra Ülvi Rəcəbli "vətən xaini" kimi tutulur və güllələnir. Güllələnmə 1938-ci ilə təsadüf edir. Oynadığı obrazlar: Mixail Yarovay ("Düşmənlər", Konstantin Trenyov) Yaşar ("Yaşar", Cəfər Cabbarlı) Qüdrət Arslan ("Dönüş") Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk) Səyavuş ("Səyavuş ", Hüseyn Cavid) Faciə qəhrəmanı kimi Şekspirin eyni adlı əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlilin "Ölülər"ində İsgəndər, Cəfə Cabbarlının "Od gəlini"ndə Elxan. Akşin ("Od gəlini", Cəfər Cabbarlı), Süleyman ("Həyat" Mirzə İbrahimov), Satin ("Həyatın dibində", Maksim Qorki), Balaş ("Sevil" Cəfər Cabbarlı), Ninkir Sin ("Zaqmuq", Anatoli Qlebov), Eldəniz ("Yanar dərə", Cabbar Məcnunbəyov), Borodin ("Qorxu", Aleksandr Afinogenov), Jak ("İki yetimə"), Huinplen ("Günən adam" Viktor Hüqo), Voronov ("İntervensiya", Lev Slavin) Mənbə: İlham Rəhimov. Azərbaycan Teatrı - Səhnəmizin fədailəri. Ədəbiyyat: Ədilə Əliyeva. Ülvi Rəcəb - Bakı, Azərnəşr 1962-ci il.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ülvi Rəcəb

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1189

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş