Kullanıcı Tag Listesi

Paşa Tanrıverdi Paşa Tanrıverdi Əhməd oğlu 1950-ci ildə anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976-1979-cu illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1979-cu ildən həmin institutda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifəsində çalışmışdır, 1989-cu ildən institut Həmkarlar təşkilatının sədridir.

Bu konu 568 kez görüntülendi 0 yorum aldı ...
Paşa Tanrıverdi 568 Reviews

    Konuyu değerlendir: Paşa Tanrıverdi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 568 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Paşa Tanrıverdi

    Paşa Tanrıverdi


    Paşa Tanrıverdi Əhməd oğlu 1950-ci ildə anadan olmuşdur.

    1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

    1976-1979-cu illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

    1979-cu ildən həmin institutda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifəsində çalışmışdır, 1989-cu ildən institut Həmkarlar təşkilatının sədridir.

    2000-ci il yanvarın 2-dən isə həmin institutda şöbə müdiri vəzifəsindədir.

    2002-ci ildən “Maliyyə, pul tədavülü və kredit” şöbəsinin müdiri vəzifəsini icra etməklə, həm də şöbədə aparılan elmi tədqiqatlara rəhbərlik edir.

    Hazırda son 20 il ərzində apardığı elmi tədqiqatların və dərc etdirdiyi elmi məqalələrin ümumiləşdirilmiş yekunu kimi «İqtisadi sistemin transformasiyasında maliyyə-kredit mexanizmlərindən istifadənin təkmilləşdirilməsi »mövzusunda namizədlik dissertasiyasını tamamlamış və müzakirəyə təqdim etmişdir.

    İqtisadiyyatın müxtəlif sahələrinə - iqtisadi nəzəriyyə, sosial-demoqrafiya, makroiqtisadi siyasət, maliyyə-vergi və s. aid çoxsaylı monoqrafiya, məcmuə, tezis və məqalələrin, 1 dərsliyin (kollektiv), 2 rusca-azərbaycanca iqtisadiyyat terminləri lüğətinin, «Maliyyə-kredit terminləri» lüğətinin müəllifidir.

    Eyni zamanda institutda dərc olunan 36 monoqrafiya və məcmuənin elmi redaktoru olub. Respublika və beynəlxalq miqyasda keçirilən 40-dan artıq elmi-praktik konfransda məruzə ilə çıxış edib və bu çıxışlardan bir çoxu konfransların yekunlarına həsr olunmuş kitabçalarda çap edilmişdir.

    Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildində (2007) dərc olunan 6,5 çap vərəqi həcmində 4 irihəcmli məqalənin həm müəllifi, həm də həmin ensiklopediyanın redaktorudur.

    2000-ci ildə həmmüəllifi olduğu «Azərbaycan iqtisadiyyatının dünəni və bu günü» adlı elmi əsəri (kollektiv) Asiya Müsəlmanları təşkilatının I pul mükafatına layiq görülmüşdür.

    Azərbaycan Respublikasının bir sıra qanunların müxtəlif instansiyalarda müzakirələrində, Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına dair kompleks proqramların, konsepsiyaların hazırlanmasında iştirak etmişdir.

    Dövlət Statistika Komitəsi nəzdində yaradılan Statistika Şurasının və Metodoloji Şuranın üzvü, 1989-cu ildən AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının və onun nəzdindəki Elmi Seminarın üzvüdür. Rus, alman, türk, həmçinin slavyan və digər türkdilli xalqların elmi ədəbiyyatından sərbəst istifadə edə bilir.

    Tanrıverdi Paşanın hər kəsə nəsib olmayan zəka sahibi olmasını isə onun həmkəndliləri, eləcə də dostları, işlədiyi kollektiv, bir sözlə, onunla ünsiyyətdə olan hər kəs qeyd edir.

    O, ensiklopedik biliyə malik ziyalıdır. Bunun üçünsə, iki şərt lazımdır-mükəmməl təhsil və Tanrı tərəfindən verilən istedad.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Paşa Tanrıverdi

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 568

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş