Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari http://karaoke.musigi-dunya.az/images/azsayli_title.jpg Bu toplunu Ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar" sözləri ilə açmağımız xüsusi məna kəsb edir. Həqiqətən də, görün, Azərbaycanda ölkənin köklü əhalisi olan azərbaycanlılarla yanaşı, nə qədər xalqlar, millətlər yaşayır: talış, avar, ləzgi, ingiloy, udin, rus, rutul..... Onlar əsrlər boyu

Bu konu 1507 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari 1507 Reviews

    Konuyu değerlendir: Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1507 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari

    Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari




    Bu toplunu Ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar" sözləri ilə açmağımız xüsusi məna kəsb edir. Həqiqətən də, görün, Azərbaycanda ölkənin köklü əhalisi olan azərbaycanlılarla yanaşı, nə qədər xalqlar, millətlər yaşayır: talış, avar, ləzgi, ingiloy, udin, rus, rutul.....

    Onlar əsrlər boyu azərbaycanlılarla qaynayıb-qarışmış, bir süfrə arxasında çörək kəsmiş, toy-üyünlərində, hüznlü günlərində bir olmuş, sevinclərini-kədərlərini bölüşmüşlər.

    Bütün dövrlərdə olduğu kimi, bu gün də Azərbaycanda müxtəlif xalqların, milli azlıqların yaşaması üçün hər bir şərait var. Onlar burada ölkənin tamhüquqlu vətəndaşı kimi yaşayıb-yaradırlar, təhsil alırlar, müxtəlif sahələrdə çalışırlar. Azərbaycanda azsaylı xalqların öz dillərində məktəbləri fəaliyyət göstərir.

    Müstəqil dövlətimizin gündən-günə çiçəklənməsində onların da əməyi var. Bu da Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin bəhrələridir.

    Bunun sayəsində müstəqil Azərbaycan Respublikası dünyanın ən tolerant ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda yaşayan hər bir xalq öz qan yaddaşı ilə nəsildən-nəslə ötürdükləri mədəniyyətlərini, folklor musiqisini bu gün də yaşadır, inkişaf etdirir. Öz dillərində danışır, öz adət-ənənələrini canlandırır, öz mahnılarını oxuyur.

    Bu mahnılar xalqın igid oğul və qızlarını, bərəkətli torpağı, Vətənimiz Azərbaycanı tərənnüm edir. Bu mahnılardan biz də zövq alırıq, bizim də həmin mahnıları oxumaq həvəsimiz oyanır.

    Bu nəşr həm də mənəvi, estetik, etik mahiyyət daşıyaraq, respublikada maarifçiliyin genişləndirilməsinə, gənc nəslin təlim- tərbiyəsinə, mənəviyyatının zənginləşməsinə, onların vətənpərvərlik ruhunun yüksəldilməsinə istiqamətlənmişdir.

    Professor, Fərhad BƏDƏLBƏYLİ


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan.da yasayan az sayili xalqların Mahnilari

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1507

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş