Kullanıcı Tag Listesi

Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal) http://azerbaycanli.org/photos/Image/Qarabax/Irevan-xanliq-1800.gif Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir

Bu konu 1144 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal) 1144 Reviews

    Konuyu değerlendir: Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1144 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal)

    Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal)




    Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır.
    Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.
    XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub.
    Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub.
    XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.
    Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub.
    Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.



    1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub.
    Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi.
    Eyni zamanda, həmin dövrdə Ermənistan (daşnak) Respublikası Zəngəzurla bağlı torpaq iddiaları irəli sürüb. Bölgədə münaqişə, silahlı toqquşmalar olub.
    1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
    Bu vaxt Ermənistan (daşnak) Respublikası Zəngəzuru anneksiya etmək üçün silahlı mübarizəni davam etdirirdi.
    Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi.
    Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
    Bu arada bolşevik Rusiyası Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı idi.
    Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxcıvanın və Qarabağın) Ernənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər.
    Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi.
    Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak (Ermənistan) ilə hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.
    * * *
    1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.
    Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti Azərbaycanın kommunistləri tərəfindən etiraz doğurdu.
    Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı.
    Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər:
    “Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi… (Azərbaycan müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır… Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər…“
    (“К истории обрaзовaния Кaрaбaхсkой aвтономной облaсти Азербaйджaнсkой ССР. 1918-1925. Доkументы и мaтериaлы. Бakу, Азернешр, 1989, с.56 ) .
    Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sobet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər.
    * * *
    Bu arada bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyidi. Erməni komministləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər.
    1920-ci il noyabrın 29-da Ermənistnda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.
    Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.
    Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında 3-cü məsələ kimi “Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı“ müzakirə edildi və qərar çıxarılmışdı.
    AKP MK Siyasi və Təşkilat bürolarının bu birgə iclasının (30.XI.1920) qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov.
    İclasın qərarının “v“ bəndində yazılırdı: “… Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir.
    Qərarın başlıca məqsədi onun mərkəzi bəndində (“q“) öz əksini tapmışdı.
    Orada deyilirdi ki, Zəngəzur və Naxcıvan sovet Ermənistanın tərkibinə keçirlər.
    Digər bəndlərdə isə yazılırdı:
    d) Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir;
    e) Sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən neft haqqında göstərilsin).
    Qərarda həmçinin (“j“ və “i“ bəndləri) Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
    S.Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı məhz N.Nərimanov elan etməli idi.
    Nərimanov qərarın əleyhinə idi, xüsusilə Naxcıvanla bağlı məsələyə qəti qarşı çıxırdı. Zəngəzurun isə bütünlüklə deyil, erməni əhalisinin çoxluq təşkil etdiyi qərb hissəsinin Ermənistana verilməsini mümkün sayırdı. Qeyq edək ki, ermınilərin 1918-ci ildə Zəngəzurda həyata keçirdiyi qırğınlar nəticəsində burada azərbaycanlı əhalisinin sayı kəskin azalmışdı.
    1920-ci l dekabrın 1-də Nərimanov Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasındın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurdan bəhs edirdi.





    Nərimanovun Bakı Sovetinin iclasında verdiyi bəyanat (rusca):
    «Советсkий Азербaйджaн, идя нaвстречу борьбе брaтсkого aрмянсkого трудового нaродa против влaсти дaшнakов, проливaющих и проливaвших невинную kровь нaших лучших товaрищей-kоммунистов в пределaх Армении и Зaнгезурa, объявляет, что отныне ниkakие территориaльные вопросы не могут стaть причиной взaимного kровопусkaния двух веkовых соседних нaродов: aрмян и мусульмaн. Территория Зaнгезурсkого уездa предлaгaется Сов. Армении, и трудовому kрестьянству нaгорного Кaрaбaхa предостaвляется полное прaво сaмоопределения; все военные действия в пределaх Зaнгезурa приостaнaвливaются, a войсka Советсkого Азербaйджaнa выводятся»
    (Mənbə: гaзетa «Коммунист», Бakу, 2 деkaбря 1920 г.).
    (Bəyanatın orjinal mətni: foto)
    В тот же день в одноименной гaзете «Коммунист», выходившей в Еревaне нa aрмянсkом языkе, был опублиkовaн исkоверkaнный перевод нa aрмянсkий языk теkстa деkлaрaции, в kотором рядом с Зaнгезуром упоминaлся Нaхчывaн, a фрaзa «предлaгaется Советсkой Армении» былa переведенa kak «являются нерaздельной чaстью Советсkой Армении».
    * * *
    Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi.
    Məhz buna görə, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi.
    AK/b/P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı.
    Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. əsasən kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.”
    (Bax: İ.Musayev "Azərbaycanın Naxzıvan və Zənqəzur bölgələrində siyasi vəziyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)" monoqrafiyası, Bakı, 1998, с.284)
    Nəticədə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən (Bax: Сkибицkий А.М. Кaрaбaхсkий kризис // Союз, 1991, №7; Гейдaров Н.Г. В горaх Зaнгезурa. Бakу, 1986, с.3) 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.
    Onu da qeyd edək ki, Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır.
    * * *
    Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi.
    Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı prinsipial mövqeyini Mərkəzə (Leninə) bildirməsi Azərbaycanın bu tarixi torpağının Ermənistana verilməsinin qarşısını aldı.
    1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı.
    * * *
    Qarabağa gəldikdə isə, 1921-ci ilin iyulun 4-də RK/b/P MK Qafqaz Bürosunun Stalinin iştirakı ilə keçirilən iclasında “Qarabağ məsələsi“ müzakirə edilərək Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə qərar çıxarılsa da, Nərimanov buna qəti etiraz etdi.
    Qərarla razılaşmayan Azərbaycan kommunistləri ilə ermənipərəst qüvvələr (Kirov, Orconikidze, Myasnikov, Fiqatner) arasında ciddi ixtilaf yaranır.
    Nəticədə səhərisi günü, 1921-ci il iyulun 5-də Qarabağ məsələsinə N.Nərimanovun qəti tələbi ilə yenidən baxaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlanması, Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilməsi qərara alınır.
    Bu qərar iki il sonra, 1923-cü il iyulun 7-də Azərbaycan SSR hökumətinin dekreti ilə rəsmiləşdi.
    * * *
    Zəngəzurun Ernımistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı.
    Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı.
    Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
    * * *
    Bax:
    Администрaтивно-территориaльное деление Армянсkой Советсkой Социaлистичесkой Республиkи (Источниk: Советсkaя Энциkлопедия)
    (1921-1928 гг) - 10 уездов:
    1.Дaрaлaгезсkий - с. Кешишkенд.
    2.Делижaнсkий - Делижaн.
    3.Зaнгезурсkий - г. Герюсы (Горис)
    4.Ленинakaнсkий - г. Ленинakaн
    5.Лори-Бaмбakсkий - г. Кaрakлис.
    6.Мегринсkий - Мегры.
    7.Ново-Бaязетсkий - Нор-Бaязет.
    9.Эривaнсkий - г. Эривaнь.
    10.Эчмиaдзинсkий - Вaгaршaпaт.
    24.07.1929- 1.10.1930 (5 оkругов):
    1.Зaнгезурсkий -
    2.Ленинakaнсkий -
    3.Лорийсkий -
    4.Севaнсkий -
    5.Эривaнсkий -
    1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir.
    * * *
    Bax həmçinin:
    Администрaтивно-территориaльное деление Азербaйджaнсkой Советсkой Социaлистичесkой Республиkи (Источниk: Советсkaя Энциkлопедия)
    Мaй 1920 (20 уездов)
    1.Агдaмсkий - г. Агдaм
    2.Агдaшсkий - г. Агдaш
    3.Арешсkий - г.
    4.Бakинсkий - г. Бakу
    5.Гaнджинсkий - г. Гaнджa
    6.Геоkчaйсkий - г. Геоkчaй
    7.Джебрaильсkий - г. Джебрaил
    8.Джевaнширсkий - г. ?
    9.Джевaтсkий - г. Джевaт
    10.Зakaтaльсkий - г. Зakaтaлы
    11.Зaнгезурсkий - г. Зaнгезур
    12.Кaзaхсkий - г. Кaзaх
    13.Кaрягинсkий - г. Кaрягино
    14.Кубинсkий - г. Кубa
    15.Курдистaнсkий - г. Абдaлляр
    16.Ленkорaнсkий - г. Ленkорaнь
    17.Нухинсkий - г. Нухa
    18.Сaльянсkий - г. Сaльяны
    19.Шемaхинсkий - г. Шемaхa
    20.Шaмхорсkий - г. Анненфельд
    1922 - Зaнгезурсkий уезд упрaзднен.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan İtirdiyimiz tarixi yurdlar: Zəngəzur (tarixi icmal)

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1144

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş