Kullanıcı Tag Listesi

Ələddin Sultanov Ələddin Sultanov 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə başlamışdır. Həmin ildən Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı ildən Bakı şəhəri Voroşılov (Səbail) rayonunun müstəntiqi, 1959-cu ildən Bakı şəhəri prokurorluğunun baş müstəntiqi, 1963-cü ildən Bakı şəhər Oktyabr rayon prokurorunun müavini, 1966-cı ildən Bakı şəhəri 26 Bakı

Bu konu 815 kez görüntülendi 0 yorum aldı ...
Ələddin Sultanov 815 Reviews

    Konuyu değerlendir: Ələddin Sultanov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 815 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ələddin Sultanov


    Ələddin Sultanov


    Ələddin Sultanov 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

    Əmək fəaliyyətinə 1952-ci ildə başlamışdır. Həmin ildən Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı ildən Bakı şəhəri Voroşılov (Səbail) rayonunun müstəntiqi,

    1959-cu ildən Bakı şəhəri prokurorluğunun baş müstəntiqi, 1963-cü ildən Bakı şəhər Oktyabr rayon prokurorunun müavini,

    1966-cı ildən Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun prokurorunun müavini, 1967-ci ildən Mingəçevir şəhər prokuroru, 1970-ci ildən Lənkəran rayon prokuroru, 1977-ci ildən Bakı şəhəri Sabunçu rayonun prokuroru,

    1979-cu ildən Bakı şəhər prokurorunun müavini, 1980-ci ildən Naxçıvan MSSR Prokuroru, 1981-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 1987-ci ildən Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin prokuroru vəzifələrində çalışmışdır.

    Bundan sonra 1987-1998-ci illərdə Azərbaycan Respublikası ədliyyə işçilərinin respublika ixtisasartırma kursunda tədris hissəsinin müdiri, Ədliyyə Nazirliyi Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun tədris hissəsinin prorektoru, Naxçıvan MSSR prokurorunun müavini, Azərbaycan Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi,

    Baki Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri və başçının müavini vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

    14 iyul 1998-ci ildə Respublika Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

    SSRİ Baş prokurorunun sərəncamı ilə 1956 və 1978-ci illərdə Xarkov şəhərində prokuror işçilərinin təkmilləşdirmə institutunda təhsil almışdır. 1980-cı ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə layiq ğörülmüş,

    1982-ci ildə Xalqlar Dostluğu Ordeni ilə təltif edilmiş, 1972-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri adına layiq ğörülmüşdür.

    2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

    Ailəlidir, dörd övladı var.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ələddin Sultanov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 815


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş