Kullanıcı Tag Listesi

Güllü Yoloğlu Filologiya elmləri namizədi, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi əslən Qazağın Canallı kəndindən olan Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası

Bu konu 605 kez görüntülendi 0 yorum aldı ...
Güllü Yoloğlu 605 Reviews

    Konuyu değerlendir: Güllü Yoloğlu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 605 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Güllü Yoloğlu


    Güllü Yoloğlu


    Filologiya elmləri namizədi, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi əslən Qazağın Canallı kəndindən olan Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.

    Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı burada təyinatla işləmişlər.

    Güllü üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, atasının doğma yurduna qayıdıblar. Burada 8 illik məktəbi bitirən Güllü Yoloğlu 9-10-cu sinifləri Qazax şəhər S.Vurğun adına 2 saylı məktəbdə oxumuşdur.

    1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən (qızıl medal verməmək üçün Azərbaycan dilindən «yaxşı» yazmışdılar) Güllü Yoloğlu elə həmin ili də iki imtahan verərək eksperiment yolu ilə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İntitutuna qəbul olunmuş, oxuduğu ilk ildən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, çoxlu sayda diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür.

    1983-1984-cü tədris ilini daha 5 azərbaycanlı tələbə ilə birgə Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir. Bu illərdə o, dəfələrlə Moldovanın, Həştərxanın bir sıra tələbə elmi konfranslarında iştirak etmiş, «Komsomolets Kaspiya» qəzeti (Həştərxan), «Sovetskaya Moldaviya» qəzeti və «Kodrı» dərgisi (Kişinyov), «Müxbir», «Russkiy yazık», «Literaturnıy Azerbaydjan», «Molodyoj Azerbaydjana», «Azərbaycan gəncləri» qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.

    1985-ci ildə İnstitutu bitirdikdən sonra İnstitutun rektoru mərhum Fəridə xanım Sultanzadənin təqdimatı ilə bu tədris ocağında laborant kimi qalaraq tanınmış lüğətşünas M.Tağıyevin rəhbərliyi altında Lüğət bölümündə, daha sonra istedadlı alim M.Qocayevin rəhbəri olduğu XIX əsr rus ədəbiyyatı kafedrasında baş laborant kimi çalışmışdır.

    G.Yoloğlu tələbəlik illərindən Moldovaya səfərlər edir, qaqauzlarla bağlı araşdırmalar aparırdı. Azərbaycan-Moldova ədəbi əlaqələrinə həsr etdiyi diplom işinin 2-ci fəslində «Azərbaycan-qaqauz ədəbi əlaqələri»ndən bəhs edirdi.

    1992-ci ildə müdafiə etdiyi «Azərbaycan-Moldova ədəbi əlaqələri (1940-1980-ci illər)» adlı namizədlik dissertasiyasının 2-ci fəsli yenə də qaqauzlara həsr olunmuşdur. 1990-cı illərin əvvəllərində Moldovada «Ana sözü» günlərində və qaqauzların etnogenezinə həsr olunmuş elmi simpoziumda iştirak etmişdir.

    1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazarlar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müzbir üzvü seçilmişdir. Diplomunu Süleyman Dəmirəl TİKA-nın toplantı salonunda vermişdir. 1998-ci ildə Azərbaycan Yazıçılarının X Qurultayındakı çıxışından sonra Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərdi təqaüdçüsü olmuşdur.

    2001-ci ildə «Simurq» Beynəlxalq mükafat fondu tərəfindən «İlin ən çalışkan alimi» elan edilmişdir. 2003-cü ildə KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Araşdırmaları Qurumu) vakfı tərəfindən «2002 yılı hizmet ödülü»nə layiq görülmüşdür. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyən Güllü Yoloğlu «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətində «Soyumuz, soykökümüz», «Yurd yeri» kimi radio, «Minilliklərin işığında» televiziya verilişləri var.

    5 kitabı, 400-dən çox elmi və elmi-publisistik məqalələri var. Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır. Xakasiya, Tıva, Altay, Qarakalpakstan, Qazaxstan, Türkmənistan, İran, İraq, Makedoniya, Türkiyə, KKTC, Rumıniya, Moldova və digər ölkələrdə əllidən çox elmi simpoziumlarda, qurultay və konfranslarda olmuşdur.

    Uzun illərdir dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı konfranslar vermək (mühazirələr oxumaq üçün) Türk Dünyasının çeşidli yerlərindəki universitetlərə dəvət olunur. Onun məqalə və kitablarının böyük əksəriyyəti Türk Dünyası coğrafiyasında «Ana sözü» (Kişinyov), «Kardaş edebiyatlar» (İzmir), «Sovet Başkortostanı» (Ufa), «Xakas çiri», «Xakasiya» (Abakan), «Tıvanın anıyaktarı» (Kızıl), «Bilge», «Milli folklor» (Ankara), «Türkoloqiya» (Türkistan) və digər qəzet və dərgilərdə məqalələri, Bişkekdə, Nukusda, Qazi Mağosada və digər yerlərdə iştirak etdiyi simpoziumların toplularında məruzələrinin mətnləri çapdan çıxmışdır.

    G.Yoloğlu mərkəzi Ankarada yerləşən Türk Dünyası Qadınlar Birliyinin keçirdiyi qurultayların nümayəndəsi, İraqın Erbil şəhərində keçirilən II Türkman Qurultayının iştirakçısı olmuşdur. Bütün bu səfərlərin nəticəsində G.Yoloğlu «Abşeron» rəsm qalereyasında «Türk Dünyası: Sibirdən Balkanlaradək» adlı tarixi və etnoqrafik materiallardan ibarət fotosərgi də keçirmişdir.

    O, Ankarada çıxan «Türk Dünyası Ədəbiyyatı» 30 cildliyində Sibir türkləri ilə bağlı materialları ilə müəlliflər sırasında yer alır. Onun Ankarada Atatürk Kültür Mərkəzi yayınları tərəfindən «Türklərin ailə mərasimləri» (1999) monoqrafiyası 3 min nisxə ilə işıq üzü görmüş, «Bilgə» dərgisinin səhifələrində müsbət rəy doğurmuşdur. Güllü Yoloğlu həm də «Kitab-i Dədə Qorqud» ensiklopediyası ikicildliyinin müəlliflərindən biridir.

    2006-cı ilin mayında «Türk xalqlarının mərasimləri (tıva, xakas və qaqauz türklərinin materialları əsasında tarixi-etnoqrafik tədqiqat)» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir).

    Ailəlidir. İki qızı var.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Güllü Yoloğlu

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 605


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş