Kullanıcı Tag Listesi

Gülarə Qədirbəyova Qədirbəyova Gülarə İbrahim Xəlil qızı 1905-ci ildə Şəkinin Baş Köynük kəndində anadan olub. 1920-ci ildə Şəkidə açılmış pedaqoji kursu bitirmiş, müəllimlik hüququ almışdır. Əmək fəaliyyətinə Şəki Partiya Komitəsində başlayıb. Sonra partiyanın göstərişi ilə Şamxor və Quba rayonlarında işləyib. 1925-ci ildə Moskvada Şərq qadınlarının Üçüncü Ümumittifaq Müşavirəsində iştirak edib. 1927-ci ildə Gülarə xanım Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında qadınların həyat

Bu konu 2406 kez görüntülendi 0 yorum aldı ...
Gülarə Qədirbəyova 2406 Reviews

    Konuyu değerlendir: Gülarə Qədirbəyova

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2406 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Gülarə Qədirbəyova


    Gülarə Qədirbəyova


    Qədirbəyova Gülarə İbrahim Xəlil qızı 1905-ci ildə Şəkinin Baş Köynük kəndində anadan olub.

    1920-ci ildə Şəkidə açılmış pedaqoji kursu bitirmiş, müəllimlik hüququ almışdır. Əmək fəaliyyətinə Şəki Partiya Komitəsində başlayıb. Sonra partiyanın göstərişi ilə Şamxor və Quba rayonlarında işləyib. 1925-ci ildə Moskvada Şərq qadınlarının Üçüncü Ümumittifaq Müşavirəsində iştirak edib.

    1927-ci ildə Gülarə xanım Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında qadınların həyat və məişətini yaxşılaşdıran komitənin müdiri seçilmişdir.

    1936-cı il yanvarın 7-də «Pravda» qəzetində Gülarə xanımın ictimai və siyasi həyatını əks etdirən böyük bir oçerk dərc edilmişdir. O, qısa müddət ərzində Əli Bayramov adına Qadınlar klubunun direktoru, «Şərq qadını» jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni - maarif işlər şöbəsinin rəhbəri kimi məsul vəzifələrə seçilmişdir.

    Gülarə xanım 1938-ci il iyulun 26-da antisovet təşkilatın nümayəndəsi kimi həbs edilmişdir.

    1938-ci il noyabrın 21-nə kimi 4 dəfə dindirilmiş və 1939-ci il yanvarın 20-də Qədirbəyovanın işi haqda istintağın bitməsi ilə əlaqədar protokol tərtib olunub.

    Həmin gün Gülarə xanımın işi üzrə ittihamnamə tərtib olunub. Orada göstərilir: «Qədirbəyova Gülarə xanım İbrahim Xəlil qızı müqəssirdir. O, əksinqilabi-millətçi təşkilatın fəal üzvü olaraq həmin təşkilatın üzvləri ilə əlaqə saxlayırdı. O, Azərbaycan KPMK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı.

    Ona gorə də Azərbaycan SSR CM-nin 72 və 73 maddələri ilə cinayət məsuliyyəti daşıyır. Qədirbəyova özünü müqəssir bilmir.

    Qədirbəyova təqdim olunan ittihamın sübüt olunmasını nəzərə alaraq, həmin işin baxılması SSRİ Xalq Daxili İşlər Komissarı yanında olan Xüsusi Müşavirəyə verilsin...» Xüsusi Müşavirənin 1939-cu il 9 iyun tarixli qərarına əsasən Qədirbəyova Gülarə İbrahim Xəlil qızı 5 il müddətinə həbs düşərgəsinə göndərilmişdir.

    Gülarə xanımın sonrakı taleyi məlum deyil. 30 oktyabr 1957-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası Gülarə xanım haqqında 1939-cu il tarixli qərarı ləğv etmiş, onun işində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

    Mənbə: Azərbaycan gender informasiya mərkəzi



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gülarə Qədirbəyova

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2406


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş