Azerbaycan Bayram adətləri Bayramda bayramaxşamı edərlər. *** Bayramı xoş üzlə qarşılayarlar *** Bayrama hazırlıq görərlər. *** Bayramda dost - tanışa qonaq gedərlər.

Bu konu 2675 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Bayram adətləri 2675 Reviews

    Konuyu değerlendir: Azerbaycan Bayram adətləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2675 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Bayram adətləri

    Azerbaycan Bayram adətləri


    Bayramda bayramaxşamı edərlər.
    ***
    Bayramı xoş üzlə qarşılayarlar
    ***
    Bayrama hazırlıq görərlər.
    ***
    Bayramda dost - tanışa qonaq gedərlər.
    ***
    Bayramda bayram süfrəsi açarlar.
    ***
    Bayramda qonşunun dalınca danışmazlar.
    ***
    Bayramda səfərə çıxmazlar.
    ***
    Bayramda alver eləməzlər.
    ***
    Bayram günü elçi getməzlər.
    ***
    Bayram günü baş qırxdırmazlar.

    ***
    Qurban bayramında qurban kəsərlər.
    ***
    Orucluqda oruc tutarlar.
    ***
    Şum bayramında qazan asarlar.
    ***
    Güləkən bayramında gül əkərlər

    ***
    ”Xıdır Nəbi” bayramında ; tər halva bişirərlər.
    ***
    “Xıdır Nəbi” bayramında ağ at minərlər.
    ***
    “Xıdır Nəbi” bayramında şam yandırıb dağa gedərlər.

    ***
    Axır çərşənbədə heyva çubuöundan gözmuncuğu düzəldərlər..
    ***
    Axır çərşənbədə uşağa beşik düzəldərlər.
    ***
    Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
    ***
    Axır çərşənbədətonqal yandırarlar.
    ***
    Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
    ***
    Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
    ***
    Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
    ***
    Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
    ***
    Axır çərşənbədə çimərlər.
    ***
    Axır çərşənbədə evdən pul verməzlər.
    ***
    Axır çərşənbədə qonşuya ələk verməzlər.
    ***
    Axır çərşənbə günü borc un verməzlər.
    ***
    Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
    ***
    Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
    ***
    Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
    ***
    Axır çərşənbə günü evdən ağartı verməzlər.
    ***
    Axır çərşənbə günü zahı üstünə getməzlər.
    ***
    Axır çərşənbə günü evdən çörək verməzlər.
    ***
    Axır çərşənbə gecəsi tez yatmazlar.
    ***
    Axır çərşənbə gecəsi evdə qazan asarlar.
    ***
    Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
    ***
    Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
    ***
    Axır çərşənbə günü ertədən lampa yandırarlar.

    ***
    Novruza hazırlıq görərlər.
    ***
    Novruzda həyət - bacanı təmizləyərlər.
    ***
    Novruzda evləri şirələyər, paltar - palazı təmiz suya çəkərlər.
    ***
    Novruza qədər ağacların dibini bellərlər.
    ***
    Novruza qədər bağların xəzəlini yığıb yandırırlar.
    ***
    Novruzaqədər ağacların quru budaqlarını kəsib atarlar.
    ***
    Novruza qədər səməni göyərdərlər.
    ***
    Novruzda səməni bişirərlər.
    ***
    Novruzda niyyət eləyərlər.
    ***
    Novruzda Novruz süfrəsi açarlar.
    ***
    Novruzda tonqal yandırarlar..
    ***
    Novruzda üzərrik yandırıb tüstüsünü mal - qaraya, oğul - uşağa, ev - eşiyə verərlər.
    ***
    Novruzda təzə paltar geyərlər.
    ***
    Novruzda qız - gəlini dəzə donla sevindirərlər.
    ***
    Novruzda at çapmağa tədarük görərlər.
    ***
    Novruzda şənlik edərlər.
    ***
    Novruzda Novruz xonçası bəzəyərlər.
    ***
    Novruzda yumurta boyayarlar.
    ***
    Novruzda qız - gəlinin, uşaqların üstündən gözmenceğe düzəldərlər.
    ***
    Novruzda qəmgin oturmazlar.
    ***
    Novruzda Novruz süfrəsi hazırlayarlar.
    ***
    Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.
    ***
    Novruzda səməni göyürtmük düşməyən evə səməni apararlar.
    ***
    Novruzda at çaparlar.
    ***
    Novruzda damlarda çalğı düzəldərlər.
    ***
    Novruzda qız seçməyə çıxarlar.
    ***
    Novruzda qıza mətləb açarlar.
    ***
    Novruzda təzə paltar geyinərlər.
    ***
    Novruzda küsülü qalmazlar.
    ***
    Novruzda qohum - qardaşa qonaq gedərlər
    ***
    Novruzda nişanlı qıza Novruz payı apararlar
    ***
    Novruzda söyüş söyməzlar.
    ***
    Novruz axşamı qarğış etməzlər.
    ***
    Novruz axşamını ata evində keçirərlər.
    ***
    Novruz axşamı ata - ananın qəbrini ziyarət edirlər.
    ***
    Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
    ***
    Novruzda qiybət qırmazlar.
    ***
    Novruzda qohum - qardaşa, tanış - bilişə mehribanlıq eləyərlər.
    ***
    Novruz günü alver eləməzlər.
    ***
    Novruz günü başqası barədə pis söz danışmazlar.
    ***
    Novruzda şirni paylayarlar.
    ***
    Novruzda atı, iti vurmazlar.
    ***
    Novruz günü işləməzlər.
    ***
    Novruz günü dua yazdırmazlar.
    ***
    Novruz günü evə nərgiz gətirməzlər.
    ***
    Novruz günü təzə yarpız yığarlar.
    ***
    Novruz günü ilanı vurmazlar.
    ***
    Novruz günü Novruz gülü dərərlər.
    ***
    Novruz günü qızlar qırmızı geyinər.
    ***
    Novruz günü evin sahibi evdə olar.
    ***
    Novruz günü dalaşmazlar.
    ***
    Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
    ***
    Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
    ***
    Novruz günü xəstə yatanlara pay göndərərlər.
    ***
    Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.
    ***
    Novruzqabağı qovurğa qovurarlar.
    ***
    Novruzqabağı xonça tutarlar.
    ***
    Novruzqabağı balıq bişirərlər.
    ***
    Novruzqabağı tüfəngləri silib təmizləyərlər.
    ***
    Novruzqabağı Novruz şənlikləri düzəldərlər.
    ***
    Novruzda şənliklər keçirərlər.

    ***
    Çəltik bayramında aş bişirərlər.
    ***
    Çəltik bayramında elin ağsaqqallarına, qocalara, xəstələrə çəltik payı göndərərlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Bayram adətləri

          Kategori: Azerbaycan Önemli Günleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2675

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş