Gəl bizə yar
Ay dağlar səndə gözüm var,
Ay məndə dərdə dözüm var,
Xəbər verin yar gəlsin,
Ay ürəyimdə sözum var.
Gəl bizə, gəl bizə, gəl bizə yar,
Qurbanam o qaş-gözə yar.
Ay su gəlir arxa nə var,
Ay dolanır çarxa nə var,
Məndən öz yarim küsüb,
Heç bilmirem xalxa nə var.
Ay mən aşiqəm, Gəncə var,
Ay Şəki, Şirvan, Gəncə var,
Yar yardan ayrılsada,
Məhəbbət ölüncə var...