Nəbi Xəzri Şiirleri Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin...

Bu konu 16489 kez görüntülendi 10 yorum aldı ...
Nəbi Xəzri Şiirleri 16489 Reviews

    Konuyu değerlendir: Nəbi Xəzri Şiirleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 16489 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Nəbi Xəzri Şiirleri

    Nəbi Xəzri Şiirleri



    Dənizi hədiyyə verirəm sənə...
    Mən dedim, sən baxdın, sən gülümsədin.
    Göylərin şəfəqi düşdü üzünə.
    - Mən isə... göyləri verirəm, - dedin...



    Ayrıldıq qəribə hədiyyələrlə,
    Göylər eşqim kimi mənə əzizdir.
    Ayrıldıq dənizlə, ağ ləpələrlə,
    Necə aparasan? Dəniz dənizdir.

    Dənizi verdim ki, sənə hədiyyə,
    Gəldiyim sahilə gələsən bir də.
    Məni görməyəndə o mənəm - deyə,
    Mənimlə danışıb, güləsən bir də.

    - Əgər görüşməsək, bizə dağ olar,
    Dedim, neçə dəfə belə dedim mən.
    Dəniz sahilinə qayıtmaq olar,
    Göylərin sahili varmı, gedim mən?!

    Düşündüm, ayrıldıq gələndən bəri,
    Sən mənim eşqimə çıraq olasan.
    Onunçün verdinmi mənə göyləri,
    Məndən göylər qədər uzaq olasan?!

    II
    Mən bir dənizəm ki, eşqim səhərdir,
    Səni düşünürəm, əzizim, yenə.
    Mənim dalğalarım xatirələrdir,
    Qoy çatsın qəlbinin
    sahillərinə.
    Əsl məhəbbət ki, böyük hünərdir,
    Coşar ümman kimi təzə arzular.
    Mənim dalğalarım
    xatirələrdir,
    Orda tufan da var, burulğan da var.
    Dənizəm, eşqimdən qaçmaq hədərdir,
    Mən ki, adlayıram çölü, çəməni.
    Mənim dalğalarım,
    xatirələrdir,
    Gecə də, gündüz də tapacaq səni.


    III

    İstəsən yuxuna gələrəm sənin,
    gələrəm dəniz kimi.
    Üzünə incilər çilərəm sənin,
    çilərəm dəniz kimi.
    Yoluna şəfəqlər səpərəm hərdən
    səpərəm dəniz kimi.
    İstəsən üzündən öpərəm hərdən,
    öpərəm dəniz kimi.
    Adını qəlbinin sahillərinə
    yazaram dəniz kimi,
    "Sevirəm" söyləsən bir axşam mənə,
    Susaram dəniz kimi,
    Susaram dəniz kimi.



    IV

    Dünyada sakitlik aramadım mən,
    Günəş kimi parla,
    səhər kimi gəl.
    Göylərtək yuxuma gəlmək istəsən,
    Sən aylı, ulduzlu göylər kimi gəl.

    Adla qucağından gur tufanların,
    Mən baxım axşamdan səhərə kimi.
    Adla ağ yoluyla kəhkaşanların,
    Parlasın hər ulduz xatirə kimi.

    Gəl, qış gecəsində,
    yaz səhərində,
    Dənizi göylərdən ayırmaq olmaz!
    Sonsuz kainatın üfüqlərində,
    Sən görüş vaxtını şimşəklərlə yaz!
    Mən gərək nəğmətək səni dinləyəm,
    Sən mənim eşqimlə, ürəyimləsən.

    Nə qədər göylər var, mən səninləyəm,
    Nə qədər dəniz var, sən mənimləsən.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nəbi Xəzri Şiirleri

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 10

          Görüntüleme: 16489

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Əzəldən heç belə bilməzdim səni,
    Qəlbimdə ilk arzu,ilk həvəs oldun.
    Qişda bahar kimi
    Çox gəzdim səni,
    Yaz gəldi,qar kimi
    Görünməz oldun.



    İllər ötüb keçdi arzular təki,
    İndi hər axşam-səhər axtar sən məni .
    Qışda bahar təki,
    Yazda qar təki,
    Axtar sən məni,
    Tapa bilməzsən, nə qədər axtarsan məni.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Titrəyən çiyinlər
    dağ cüssəliydi,
    Qaldırdı ucadan
    ucaya onu.
    Torpaq kədərliydi,
    göy qüssəliydi

    Alıb gətirdilər
    Şuşaya onu.
    Bakıda qan axdı
    bir sənə əvvəl,
    İgidlər mərd durdu,
    axır nəfəsdə.
    Çiynində şəhidlər
    daşıyan gözəl
    Bu gün özü getdi
    çiyinlər üstə,
    Bir haray qopduqca
    Yer kürəsindən
    Coşdu ürəklərin
    kini, nifrəti.
    Dedilər:
    - Qoy uca dağ zirvəsindən
    Görsün bəşər oğlu
    bu cinayəti.
    Üzlərdə, gözlərdə
    xalqın dərdi var,
    İnsan ümmanları
    axın-axındı.
    Onu övladətək
    öpdü analar:
    Həyat necə uzaq,
    ölüm yaxındı.
    İnsanlar gəldilər
    Vidaya min-min,
    Böyük bir millətin,
    dərdi də böyük...
    yanaşıb tabuta
    ağlar bir gəlin,
    Sərdi qızın üstə
    qırmızı örtük.
    Dərin meşələrdən
    əsdikcə külək,
    Ölümü qəzəblə
    həyat qovurdu.
    Qırmızı buluddan
    susan bir ürək
    Sanki al örtüklə
    təzədən vurdu.
    Qız keçib qoynundan
    dağlar qışının
    Qəlbini cahana
    açırdı indi.
    Sınmayıb qanadı
    humay quşunun
    Daha ucalara
    uçurdu indi.
    Uçurdu,
    uçurdu
    aşıb dağları
    Qaranlıq dünyadan
    günəşə sarı.
    Əlvida dedimi
    Doğma Qarabağ,
    Yox, o səcdə etdi
    ölməz qüdrətə
    Qırmızı örtüklə
    qanad çalaraq
    Qız, gəlin gedirdi əbədiyyətə.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Ana

    Yer üzünü gəz, ey külək,
    Uğultunu kəs, ey külək!
    Yatan qızım oyanmasın,
    Burda asta əs, ey külək!

    Külək

    Soyuq qəlbli bəyəm mənəm,
    Qansızları bəyənmənəm.
    Bu məbədə çatan kimi
    Həzin layla deyən mənəm.

    Ana

    Biz görmüşdük yenə, çinar
    Səslən dönə-dönə çinar.
    Tez pöhrələn, kölgə sal ki,
    O vurğundu, sənə çinar

    Çinar

    Dərin köklü bir çinaram,
    Sən yanarsan, mən yanaram.
    Səhər-axşam bu məzara
    Mən keşikçi dayanaram.

    Ana

    Sellər, sular axır, torpaq,
    Nə ağırsan, ağır torpaq.
    Qızım donar soyuqdan ki,
    Üstünə qar yağır torpaq!

    Torpaq

    Mən torpağam, sor nəyim var,
    Mərd kəslərdən diləyim var,
    Ağlama, anam, ağlama,
    Mənim isti ürəyim var.

    Ana

    Sənə ana dedim, dünya,
    Nə qədər qəm yedim, dünya.
    Söylə, mənim Ceyhunumu
    Niyə, qoydun yetim, dünya?

    Dünya

    Bəd ay oldu, bəd il oldu,
    Müqəddəslik batil oldu.
    Gül nəvəmi yetim qoyan
    Qatil oğlu qatil oldu.

    Ana

    Qəzəb səsim qoy ucalsın,
    Yerə, göyə səda salsın!
    Ey nəvəmi yetim qoyan
    Sənin nəslin yetim qalsın!
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Ağrıtdı mənim də
    bu dərd qəlbimi,
    Yenə qan qoxusu
    duydum havadan.
    O, gəldi dünyaya
    Salatın kimi,
    Burla Xatın kimi
    getdi dünyadan.
    Əzəldən yaraşar
    igidə şöhrət
    Azadlıq eşqinə
    O, şəhid oldu.
    Millət doğulanda
    doğulan qeyrət
    O, şəhid olanda
    bir də doğuldu.
    Yaxşı tanıyıram
    mən Əhriməni,
    Dənizdən dənizə
    xülyası vardır.
    O günəş qənimi,
    işıq düşməni,
    Sanır ki, basılmaz
    qalası vardır.
    Duymur ki, daşlara
    toxunur oxu,
    Özünü yuxuda
    böyük görənlər.
    Gülüncdür gündüzlər
    günəşdən qorxub
    Gecələr dirçəlib
    Aya hürənlər.
    Rəzillər “yaxşılıq” sanır
    pisliyi,
    Düşünür bu da bir
    gücdür, qüvvətdir.
    Torpaq iştahası -
    qan hərisliyi
    Dünyada ən böyük
    bir cinayətdir.
    Bizim nəsillərin
    müdrik sözü var:
    Qana yerikləyən
    qanda boğular.
    Mərdlər ayağının
    altını qazıb
    Onlar xəyanətdən
    yandı, közərdi.
    Günəş parçasıydı
    Salatın qızım
    Onu əhrimənlər
    göydə gəzərdi.
    Eniş-yoxuşludur
    ömrün yolları,
    Hər igid ürəyi
    nurdur, atəşdir.
    Axı Azərbaycan -
    Odlar Diyarı
    Tarix üfüqündə
    ulu günəşdir.
    Gücümüz oddandır,
    Eşqimiz yerdən,
    Bir ulduz solmaqla
    Günəş sönərmi!
    Qəlbimiz hərarət
    alıb göylərdən
    Səpilər dünyaya
    şəfəqlər kimi
    Eşidin, söyləyim
    Bir gerçək sözü:
    Bizə quyu qazan
    düşəcək özü!
    Arzumuz cahana
    aşikar oldu
    Biz sudan duruyuq,
    aydan arıyıq.
    Keçdiyimiz yollar
    bir ulu yoldur,
    Məğrur bir millətin
    övladlarıyıq!
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Neçin igid ömrü
    Tez yetdi sona?
    Uzaq bir sədaya
    Mən hay verirəm.
    Həyatda bir dəfə
    rast gəldin ona,
    İndi xəyallarda
    min yol görürəm.
    Xalqıyçin canından
    keçən o gözəl
    Ölməzlik ömrünə mərdanə çatdı.
    Şəhidlər qəbrinə
    and içən gözəl
    Bu gün şəhidlərlə yanaşı
    yatdı.
    Gəlib and içəcək -
    ötdükcə illər
    Onun məzarına bizim
    nəsillər.
    O qədər ağrılar
    keçir ürəkdən,
    O, yenə yanaşır
    gözlərində qəm.
    “ - Sizin şerlərlə
    böyümüşəm mən.
    Əyər istəsəniz əzbər deyərəm”.
    Necə də qövr edir
    könül qubarı,
    Duyğular niskilli,
    duyğular titrək.
    Kim əzbər deyəcək
    bu misraları
    Bəlkə də böyüyüb
    Ceyhun deyəcək.

    5 Fevral - 17 Fevral 1991 ci il
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    O, bir diləkdi ki, aylı, gündüzlü,
    Neçə min diləyin sözündə qaldı.
    O, bir ürəkdi ki, nəğməli, sözlü,
    Neçə min ürəyin özündə qaldı.

    O, bir kamaldı ki, qol-qanad açdı,
    İçdi saf suyundan gur bulaqların.
    O, bir qartaldı ki, bir dağdan uçdu,
    Qondu zirvəsinə min-min dağların.

    O, bir ümmandı ki, coşub-daşardı,
    Çağlardı ilhamdan çay gələn kimi,
    O, bir insandı ki, arzusu vardı,
    Sevildi Sevili sevilən kimi.

    O, bir mənadı ki, hikmətli, sirli,
    Əbədi bir ömrün girdi yazına,
    O, bir bənnadı ki, əli sehirli,
    Qoydu söz qalası “Qız qalası”na.

    O, bir atəşdi ki, yandırdı, yandı,
    Sənət göylərinə uçdu, tələsdi.
    O, bir günəşdi ki, ellər dolandı,
    Aydını aydınlıq eşqilə gəzdi.

    O, bir dünyadı ki, o, böyük insan,
    Almaza incidən zinət verdi o.
    O, bir dühadır ki, sadə, mehriban,
    “Yazıçı” desəydin, tər tökərdi o.

    O, bir vüqardır ki, yenə vüqardır,
    Duracaq xalqıma şah vüqar kimi.
    O, bir bahardır ki, yenə bahardır,
    Sabahda qalacaq bir bahar kimi.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Şəhid Azərbaycan qızı Salatın Əsgərovaya rəhmət oxuyuruq…

    Qonaqlıq…
    Mahnılar uçur göylərə
    Çıraqlar baş üstə,
    rəngin çətirdi.
    Bir kərə görüşdük,
    yalnız bir kərə,
    Özüylə bir dünya
    heyrət gətirdi.
    Yerişi elə bil
    xəyal uçuşu, Allah, saxla onu
    sən bədnəzərdən!
    Sanki məğrur-məğrur
    bir humay quşu
    Gəldi nağıllardan,
    əfsanələrdən.
    Hansı ilahəsən,
    sən belə söylə?
    Gözəl görməmişəm
    Bu gözəl kimi.
    Yanaşdı bir dünya
    təbəssümüylə,
    İsmətdən yoğrulmuş
    Şux heykəl kimi.
    Sanki yerdə niskil.
    göydə sükut var.
    Insan!
    gözəl gəlir -
    səcdəyə əyil!
    Elə tökülmüşdü
    çiyninə saçlar
    O qara haləli
    Aydı elə bil.
    Baxıram…
    Qəlbimi heyrət götürüb,
    O, zərrin şəfəqə
    dönüb gəlirdi.
    Yerdə günəş kimi
    yanmaqdan ötrü.
    Sanki buludlardan
    enib gəlirdi.
    Elə adi sözlər
    axdı dilindən.
    Dinlədim…
    Mənimlə dinlədi aləm.
    “ - Sizin şerlərlə
    böyümüşəm mən,
    Əyər istəsəniz… əzbər
    deyərəm!”
    Tutuldum…
    Müqəddəs an deyim buna!
    Sirli bir dünyaya
    yol gedirəm mən:
    “İndi altı yaşlı oğlum
    Ceyhuna
    Sizin şerləri öyrədirəm mən”
    Açılar xoş sözdən
    şairin kefi,
    Gözəldir
    gözəlin
    gözəl tərifi.
    Yoxsa birdən əsən
    küləkdimi o,
    Uçdu səmalara
    yer ağuşundan.
    Getdi yuxu kimi
    xəyal kimi o,
    Bir tel də qalmadı
    humay quşundan.
    Indi üz tuturam
    mən göyə, yerə,
    Qəlbim yanan ocaq,
    donan buz oldu.
    Görüşdük onunla
    yalnız bir kərə
    Niyə ani görüş
    bəs sonsuz oldu!
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Baxdı atasının
    tutqun üzünə,
    O, gördü mehriban
    baxışlarda qəm.
    “ - Ata, Qarabağa gedirəm yenə.
    Ceyhun əmanəti…
    əyər gəlməsəm…”
    “ - Sən nə danışırsan?
    Bu sözlər nədir?
    Belə bəd hisslərdən
    ay qızım, əl çək”

    Qızın ürəyindən
    axdı bir fikir:
    “Həmişə güllələr
    yan keçməyəcək!”
    Ata gözlərində
    yaş gilələndi,
    Öpərək qızını
    kədərlə dindi:
    “ - Mən oğul istədim
    ilk övladımı,
    Dedim Soltan qoyum
    onun adını.
    Sən gəldin, can qızım,
    mehriban qızım,
    Mənə ilahidən
    ərmağan qızım,
    Dedim ki, Soltana
    yaraşsın adın.
    Odur ki, çağırdım
    səni, Salatın!
    Mən oldum səninlə
    Bəxtəvər, qızım.
    Mənim yüz kişiyə
    Bərabər qızım!”
    Ata əl qaldırdı
    göylər tərəfə:
    “ - Gözləmək olsunmu
    ömürlük peşəm!”
    “ - Son dəfə getmişəm,
    ora hər dəfə,
    Sonra da görürsən
    Dönüb gəlmişəm”.
    “ - Daha buraxmaram
    ora mən səni!”
    “ - Əyər çağırırsa Vətənim
    məni!…”
    “ Nə çoxdur igidlər
    o yerdə bu gün”.
    “ - Məni igidlərə tay tutdun
    özün”.
    “ - Orda ölüm də var,
    orda qan da var”.
    “ - Getməsəm qələmim,
    qəlbim də sınar”.
    Bir qara buluda
    büründü aləm,
    Çökdü sükut ilə
    qəm kainata.
    “ - Mən ki, ölənlərdən
    artıq deyiləm.
    Sənə tapşırıram
    Ceyhunu, ata!”
    Kədər bulud-bulud,
    dərd kölgə-kölgə,
    Qondu gül yanağa
    son təbəssümü.
    …Ölüm axtarmayır
    insanı bəlkə
    Bəzən insan özü
    gəzir ölümü!
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  10. #10
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Nəbi Xəzri Şiirleri

    Ana layla deyir öz körpəsinə,
    Oturub bu axşam beşik başında.
    SakitcƏ göz qırpır ulduzlar yenə,
    Ay çıxıb dayanır dağlar qaşında.

    Ana layla deyir öz körpəsinə,
    Fikirli-fikirli harasa baxır.
    Çayda dərə boyu səslənir yenə
    Ana laylasıyla həmahəng axır.

    Ana layla deyir öz körpəsinə,
    Uyuyur göy meşə, yatır dağ təpə
    Ana nəğməsindən məst olub yenə
    Uyuyur təbiət, uyuyur körpə!

    Düşün, o nəğmədə nə mənalar var,
    O min-min arzumun qadir səsidir.
    Ana ürəyindən qopan laylalar
    Həyatın ən şirin təranəsidir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş