Kullanıcı Tag Listesi

Torpaq, uğrunda ölən varsa, Vətəndir! http://azerbaycanli.org/photos/Image/Qarabax/Asger-Bilasuvar-1.jpg Qarabağda şəhid olan Mübariz İbrahimov valideynlərinə son məktubunda “Vətən sağ olsun!” deyib “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın.

Bu konu 3958 kez görüntülendi 0 yorum aldı ...
Torpaq, uğrunda ölən varsa, Vətəndir! 3958 Reviews

    Konuyu değerlendir: Torpaq, uğrunda ölən varsa, Vətəndir!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3958 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Torpaq, uğrunda ölən varsa, Vətəndir!

    Torpaq, uğrunda ölən varsa, Vətəndir!




    Qarabağda şəhid olan Mübariz İbrahimov valideynlərinə son məktubunda “Vətən sağ olsun!” deyib
    “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
    Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
    Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır. >>>
    * * *



    Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti
    və erməni iddialarının pərdəarxası
    Daşnak Ermənistanının 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsinə olan iddialarını sovetləşmədən sonra Ermənistan SSR davam etmişdir.
    Ermənistan SSR-in Azərbaycanın bu hissəsinə olan ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu qərar qəbul etmişdir ki:
    Müsəlmanlar ilə ermənilər arasında milli sülhün zərurətini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrinin vacibliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılsın və Şuşa şəhəri inzibati mərkəz olmaqla, Dağlıq Qarabağa geniş muxtariyyət verilsin.
    1923-cü il iyulun 7-də tarixində əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirildi. 1923-cü il oktyabrın 6-da şəhərin adı dəyişdirilərək, daşnak-bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
    DQMV-nin sərhədləri elə müəyyənləşdirilmişdi ki, erməni əhalisinin çoxluğu təmin edilsin. Bölgədə aparılmış son rəsmi statistikaya - 12 yanvar 1989-cu il tarixli əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətin əhalisinin sayı təxminən 189 min nəfər təşkil etmişdir. Onlardan təxminən 139 mini erməni (73,5 faiz), təxminən 48 mini azərbaycanlı (25,3 faiz) və təxminən 2 mini digər millətlərin nümayəndələri (1,2 faiz) idi.
    Ermənistanda isə o vaxt kompakt şəkildə yaşayan 200 mindən çox azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir.
    Erməni təbliğatı Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəblərindən biri kimi bölgədə guya erməni əhalisinə qarşı ayrı-seçkilik edilməsini göstərir. Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir.
    Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi.
    Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.
    DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi.
    Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi.
    1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl).
    Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi.
    DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir. Bu göstərici üzrə DQMV respublıika üzrə orta göstəricidən 1,6 dəfə irəlidə idi.
    Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi.
    Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü. Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi.
    Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi.
    Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu. 1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7 045 şagird) mövcud idi.
    Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 etməni (20 712 şagird) və 29 beynəlxalq (12 766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı.
    Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi. Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi.
    Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi. Bütün bunların fonunda ermənilərin 1988-ci ildə Dağlıq Qarabağda başladıqları aqressiv separatizm hərəkatı məhz Azərbaycan ərazilərinin qoparılmasına hədəflənmişdi.
    Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hələ 1940-cı illərdə SSRİ rəhbərliyinin razılığını almağa çalışmışdılar.
    SSRİ Xalq Komissarları Soveti sədrinin (İ.Stalin) müavini olan Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderlərinin bu yöndə cəhdlərinə xarici ölkələrdəki güclü erməni diasporu da dəstək verirdi. Xaricdəki erməni diasporu dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər.
    Lakin həmin dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmayan, əvzində 100 min azərbaycanlının Ermənistandan köçürülməsinə (1948-1953) nail olan ermənilər, nəhayət, 80-ci illərin sonunda bu iddianın həyata keçməsi üçün əlverişli imkan qazandılar.
    1987-ci ilin payızında ermənilər Qarabağ iddialarına SSRİ-nin rəhbəri Mixail Qorbaçovun şifahi razılığını ala bildilər. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Torpaq, uğrunda ölən varsa, Vətəndir!

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 3958

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş