Kullanıcı Tag Listesi

Molla Əli Qarabaği (1811-1893) Şair, xəttat, müəllim Molla Əli Molla Kəlbəli oğlu Qarabaği 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı. Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı.

Bu konu 681 kez görüntülendi 0 yorum aldı ...
Molla Əli Qarabaği (1811-1893) 681 Reviews

    Konuyu değerlendir: Molla Əli Qarabaği (1811-1893)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 681 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Molla Əli Qarabaği (1811-1893)

    Molla Əli Qarabaği
    (1811-1893)


    Şair, xəttat, müəllim Molla Əli Molla Kəlbəli oğlu Qarabaği 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
    İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi.
    Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı.
    Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsn-xətt örnəyi kimi öyrədilirdi.
    Molla Əli Qarabaği muğamat həvəskarı idi. Kar xəlifə kimi tanınan bu ünlü ruhani XIX yüzilin ortasında yeni musiqi məktəbi açmışdı. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.
    Molla Əli 1875-ci ildə Şuşa şəhərindəki Merdinli məscidinin axundu idi.
    Molla Əli Qarabaği farsca şeirlər yazırdı.
    O, 1893-cü ildə vəfat edib. Mirzə Əlinin Salah, Süleyman adlı oğulları vardı.
    * * *
    Yaradıcılığı

    O, bir sərv ki, sərbüləndi aləm olmuş,
    Gör ki, fəxri cəmi bəni-adəm olmuş,
    Qoca fələk qəddin əymiş hilal kimi,
    Bu qaş kimi halıma halimə gözüm nəm olmuş
    (sətri tərcümə)
    * * *
    Mənbə:
    Ənvər Çingizoğlu. Adlı kişinin övladları. "Soy" dərgisi, 1 (19) 2008.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Molla Əli Qarabaği (1811-1893)

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 681

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş