Kullanıcı Tag Listesi

Sərdar Əsəd (1929-1975) http://azerbaycanli.org/photos/Image/Medeniyyet%20/Serdar-Esed-1929-1975.jpg Şair ürəyinin çırpıntıları Sərdar Əsəd qısa bir ömür yaşayıb. Erkən yaşlarından fitri istedadı ilə tay-tuşlarından fərqlənib. Ədəbi mühitdə çox tez tanınıb. Lakin ömür vəfa etməyib. Ömrünün kamillik çağında - 46 yaşında dünyasını dəyişib. Lakin o, bu qısa, ancaq mənalı ömründə özündən sonra gələcək nəsillərə çox dəyərli bir irs qoyub gedib. O, 1929-cu ilin iyununda Cəbrayıl

Bu konu 1644 kez görüntülendi 0 yorum aldı ...
Sərdar Əsəd (1929-1975) 1644 Reviews

    Konuyu değerlendir: Sərdar Əsəd (1929-1975)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1644 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Sərdar Əsəd (1929-1975)

    Sərdar Əsəd
    (1929-1975)






    Şair ürəyinin çırpıntıları
    Sərdar Əsəd qısa bir ömür yaşayıb. Erkən yaşlarından fitri istedadı ilə tay-tuşlarından fərqlənib. Ədəbi mühitdə çox tez tanınıb. Lakin ömür vəfa etməyib. Ömrünün kamillik çağında - 46 yaşında dünyasını dəyişib. Lakin o, bu qısa, ancaq mənalı ömründə özündən sonra gələcək nəsillərə çox dəyərli bir irs qoyub gedib.
    O, 1929-cu ilin iyununda Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Əvvəl Ağdam Müəllimlər İnstitutunda, sonra 1952-1955-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun (indiki Pedaqoji Universitet) filologiya fakültəsində təhsil alıb. Sərdar Əsəd ədəbiyyata ötən əsrin 50-ci illərində gələn Qulu Xəlilov, Əlfi Qasımov, Əli Kərim, Fikrət Sadıq, Tofiq Mütəllibov nəslinin nümayəndələrindən olub.
    Yaradıcılığı ilə tanış olduqca hiss edirsən ki, o, ədəbiyyata təsadüfən gəlməyib. “Ömür keçdi yarıdan” şeirində onun nə qədər çətin, ancaq maraqlı, mənalı bir həyat yolu keçdiyinin şahidi olursan. Onun yaradıcılığında həyata baxışı çox fərdidir. 1954-cü ildə qələmə aldığı “Şairin arzusu” şeirində yazır:
    Yerli-yerində hər söz
    Qiymətli bir incidir.
    Ürəkdən gəlməyənlər
    Ürəkləri incidir.
    Şair çox düzgün olaraq qeyd edir ki, şeir misraları şairin “ürək çırpıntıları”dır. Şeirdə hər bir söz yerli-yerində olmalı, qəlbdən gəlməlidir. Belə olmasa, oxucu şairdən inciyər və şeirdən uzaq düşər.
    Sərdar Əsədin poeziyasında həyata fəlsəfi-estetik baxış çox güclü olub. Bu ədəbi keyfiyyətlər onda erkən yaşlarından formalaşıb. Şairin əsərləri mətbuatda 1952-ci ildən dərc olunmağa başlayıb. “Gənclik illəri “ adlı ilk şeirlər kitabı 1957-ci ildə çap olunub. Bu kitaba müxtəlif illərdə yazılmış “Yanan memar“, “Cərrah ürəyi”, “ Simlərin tufanı” adlı əsərləri daxil edilib. Şair daha sonra “Gözəl”, “Meşədə qonaqlıq” və başqa seir kitablarını çap etdirib. “Cərrah ürəyi“, “Ağ saçlı Qafqaz“ , “Qız anası“ , “Yer ulduzu“ poemalarını yazıb. Ölümündən iki il sonra, 1977-ci ildə şeir və poemalardan ibarət “Dağları aşdı sellər“ kitabı çap olunub.
    Sərdar Əsədin zəngin yaradıcılığı var. O, həyat yeniliklərini ustalıq və böyük məhəbbətlə qələmə alıb. Həyatın gözəllikləri - istək və arzular, sevgi və məhəbbət onun yaradıcılığında geniş yer tutub. Xüsusilə ilk şeirləri gənclik illərinin sevgi aləmindən xəbər verir. Onun fərdi yaradıcılıq üslubu olub. Heç kəsi təqlid etməyib. Yaradıcılığında vətənin yalçın qayaları, zümrüd meşələri və tarixi memarlıq abidələri böyük məhəbbətlə tərənnüm olunub, qışın qarı, yazın yağışı xüsusi bir ustalıqla qələmə alınıb.
    “Yaylaqda yağış“ şeiri yaradıcılığında xüsusi yer tutur. Şeiri oxuduqca özünü sanki bir yaz yağışının altında hiss edirsən. Əsərdə fikrin obrazlı ifadəsi, doğrudan da bənzərsizdir:
    Bu dağ da səsləndi o dərə kimi,
    Yağış meydanını uzatdı keçdi.
    Uzatdı göylərdən yerlərə kimi!
    Yuxusuz buludlar səhərə kimi
    Dağların üstünə çox yatdı keçdi,
    Məhəbbət yükünü boşaltdı keçdi.
    Sərdar Əsəd yaradıcılığında insanı duyğulandıran, daha doğrusu ictimai məzmun daşıyan mövzular daha çox yer alıb. Onun həyata baxışlarına görə, insan yaratdıqlarını qorumalı, əkdiyini becərməli və yaşatmalıdır. Ata məhəbbəti qarşısında övlad sevgisi hər bir övladın valideynə borcunun ifadəsidir.
    Gözümlə dünyaya hey baxacaqsan,
    Mən sənin yanına gələnə kimi.
    (“Həmişəlik yuxu”)
    Sərdar dərin zəka sahibi olan şair, filoloq kimi kimi söz seçməyi, söz üzərində işləməyi çox yaxşı bacarıb. Ona görə də əsərlərində orijinal təşbeh və epitetlər parlaq şəkildə nəzərə çarpır:
    Çöküb qəlbi dağlar, təpələr kimi,
    Qayalar dağılıb qəlpələr kimi.
    (“Dağların dağı”)
    Şair “Uzaq səfər“ şeirində yazır:
    Gələcək günlərim hey əl eyləyir,
    Bəzən lal sulara durub baxıram,
    Bəzən qol atıram fırtınalarda.
    O, 1975-ci ildə, yaradıcılığının ən coşqun çağında - ömrünün 46-cı baharında dünyasını dəyişib. Bu qəfil köç o vaxt çox ürəkləri kövrəltmişdi. Sərdar Əsəd yaradıcılığı ilə yaxından tanış olan ziyalılar məclisində dəfələrlə onun necə hörmət və ehtiramla yad edildiyinin şahidi olmuşam. İnanıram ki, Sərdar Əsəd poeziyasına olan məhəbbət gələcəkdə də onu sevənlərin qəlbində daim yaşayacaq.

    Savalan Fərəcov,
    “Mədəniyyət” qəzeti, 02.07.2010
    * * *
    ►Mövzuya dair:
    Sərdar Əsəd kifayət qədər bədii irs qoyub gedib

    Sərdar Əsəd (Sərdar Heydər oğlu Əsədov) Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi. Heydər kişi cavanlığında igid bir oğlan olub.
    Başı üstə at çapar, çapa-çapa tullanıb atın belində ayaq üstə durarmış. İki qızı vardı. Böyük qızı mənim müəlliməm idi. İkinci sinifdə mənə dərs demişdi.
    Atasındakı güc, qüvvət Sərdara da keçmişdi. 1955-ci ildə - APİ-nin filologiya fakültəsinə daxil olduğum il Sərdar həmin fakültəni bitirmişdi. Sentyabrda biz dərsə başlayanda institutun divarlarına ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsədin birinci yeri tutduğu yazılıb vurulmuşdu. 25 yaşlarında sağlam, yaraşıqlı, iti baxışlı bir gənc idi.
    Heydər kişi bir müddət kənd dəyirmanında işlədi, elektrik dəyirmanı meydana çıxanda məktəbə köçdü. Biz oxuduğumuz məktəbin həyət-bacasına baxar, qarovulçuluq edərdi. Deyib-gülən, xeyirxah və mərd bir kişi idi. Sərdarın qəzetlərdə çıxan şeirlərini kəsib cibinə qoyar, savadı olanlara oxudar, öyünərdi.
    Dobrolyubov bir məqaləsində qeyd edirdi ki, Puşkinin vaxtsız vəfatına o qədər də kədərlənmək lazım deyil, çünki Puşkin nə yazmalı idisə, hamısını yazmışdı. Bizim istedadlı şairimiz Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi. Bu nəsil 60-cılar hərəkatının önündə gedirdi. Sərdar yaradıcılığa başlayanda tədricən ölkədə iqlim mülayimləşir, 30-cu illərdə ölümlə qarşılaşmış yaradıcı insanların müstəqillik arzuları yenidən qanadlanmağa başlayırdı.
    Sərdar Əsəd ədəbiyyata təsadüfi gəlməmişdi. "Hiss edirəm, şeirdə deməli bir sözüm var" - deyə özündə bu xalqa, insanlara söz demək istəyi və qüdrəti olduğunu görürdü. 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd edərək yazırdı:
    Hamar düzənlikdə uçan bir külək
    Sıldırım dağları qarşıda bilsin!..
    İndi yaşadığın bir ömür gərək
    Ömrünü sonra da yaşada bilsin!
    Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar. Şairin fikrincə, həqiqi şeir misraları şairin "ürək çırpıntıları"dır. Şeirdə hər bir söz "yerində" olmalı, "ürəkdən gəlməli", oxucunu incitməməli, narazı salmamalıdır. Bu cəhətdən həqiqətin dərki yolunda poeziyanın insana təsiri barədə reallığı aşağıdakı misralarla daha sərrast ifadə edib:
    Yerli-yerində hər söz
    Qiymətli bir incidir.
    Ürəkdən gəlməyənlər
    Ürəkləri incidir.
    Yeni şeir həyat həqiqətinin real təsviri ilə, həyatın nəfəsini poeziyaya gətirməklə yarana bilər, sehrkar kimi göz aldadan, baş qatan sözlərlə əylənmək vaxtı deyil, çünki indi həyatın tələbləri tamamilə başqadır:
    Söz var, sehrkar kimi
    Göz aldadır, baş qatır.
    Könül verib sevdiyim
    Coşub-daşan həyatın
    Tələbləri başqadır!
    Bunlar 24 yaşlı gənc şairin estetik düşüncələridir. Yaxşı bilirdi ki, həqiqi şeir üçün can qoymaq, ömrə qıymaq, sərt qayalara, sıldırımlara sinə gərmək lazımdır. "Ömrə çevrilən şeir bütöv bir ömür istər!" sözləri nəzəri prinsiplər baxımından həqiqəti əks etdirirdi. Bilirdi ki, şeirin təsir gücü təsvir obyektinə bələdlik dərəcəsindən asılıdır. Muğana həsr etdiyi şeirində oxucuya üz tutaraq yazırdı: "Sevə-sevə oxumaqçın onu sən, mən Muğanı oxuyuram maraqla". Poeziya sənətinə fəlsəfi-estetik baxışı çox erkən, onun hələ "Sərdar Əsəd" deyil, ilk şeirlərini yazdığı "Sərdar Əsədov" imzalı dövründən formalaşmış, o, poeziya aləminə ayıq baxışla gəlmişdi.
    "Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır.
    50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməmiş, seçmə şeirlərdən ibarət olmuşdu. Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilmişdi. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu. 1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub. 25 ildən az bir müddətdə yaradıcılıqla məşğul olmuş, Azərbaycan poetik fikrinin inkişafı sahəsində xeyli iş görmüşdü.
    Sərdarın mövzular aləmi çox zəngindir. Həyatın yeniliklərini məhəbbətlə qələmə alırdı. İctimai həyatın təsviri Sərdarın şeirlərində ön planda idi. Sevgi də, gəncliyin istək və arzuları da yaradıcılığında geniş yer tuturdu. Xüsusən ilk şeirləri öz gəncliyindən doğan sevgi motivləri ilə zəngin idi. Şeir texnikasına gözəl bələd idi. Lirik və lirik-epik şerin əksər formalarında qələmini sınamışdı. Üsubu orijinal idi. Heç kəsi təqlid etmir, heç kəsin yolu ilə getmirdi. Həqiqi xalq adamı idi. Xalqın arasına getməkdən, vətənin dağlarını, dərələrini, meşələrini, ovlaqlarını, tarixi abidələrini gəzib-dolanmaqdan və təsvir etməkdən zövq alırdı. Vətənin qədimliyi və gələcəyi naminə olanları vəsf etməkdən iftixar duyurdu.
    Təbiət gözəllikləri ömrü boyu Sərdarı özünə çəkib. Təbiətin çovğununu, boranını, ildırımını, tufanını, yağışını, dumanını, çənini, çiskinini sevirdi. Odur ki, bu mövzularda yazdığı şeirləri də ürəkdən gəlirdi. Bu silsilədən "Yaylaqda yağış" şeiri təkcə Sərdarın yaradıcılığında deyil, ümumən ədəbiyyatımızda xüsusi qiymətə layiq əsərdir. Şeiri oxuduqca özünü az qala yağış altında hiss edirsən: Yağış cığırları islatdı keçdi, Yağış pöhrələri ucaltdı keçdi, Yağış meydanını uzatdı keçdi, Ömrünü bir qədər yubatdı keçdi, Havalar üzünü bozartdı keçdi, Bulud - yanağını islatdı keçdi, Duman çadrasını çox atdı keçdi...
    Fikrin obrazlı ifadəsində "buludlar çalmasını çaldı", "yalmanını dartdı", "otlar yaşıl köynəyini yudu" və s. tipli metaforik ifadələrin mühüm rolu var:
    Yenə çalmasını çaldı buludlar,
    Yelli yalmanını ha dartdı keçdi.
    Yaşıl köynəyini yudu göy otlar,
    Ocaq yerlərində soyudu odlar,
    Kösövlər gözünü qaraltdı keçdi,
    Yağış ocaqları islatdı keçdi.
    Sərdar həyatın, insan ömrünün təzadlarını düşünən şair idi. "İki ömür" şeirində gəncliyin və qocalığın psixoloji aləmini ustalıqla qarşılaşdırıb. Şeir daxili aləmin xarici cizgilərlə həmahəng təsvirindən yaranıb. "Birisinin gözlərində nur yanır, Birisinin ağ saçları daranır " deyən şair həyat, əməl meydanına atılan gəncliklə artıq böyük yol keçib və gücü xatirələrinə çatan qocalığın təzadlarını əks etdirib. Ata-ana məhəbbəti, övlad sevgisi Sərdarın şeirlərində ictimai məzmunu ilə seçilir. Övlad atanın yaratdıqlarını qorumalı, əkdiklərini becərməli, dünyaya valideynlərin, uluların gözləri ilə baxmalıdır.
    Sərdarın şeirləri ona görə insan duyğu və düşüncələrinə təsir edir, insan duyğularını hərəkətə gətirir ki, məzmunu ilə yanaşı, ifadə tərzi də gözəldir. Azərbaycan dilinin təbiətinə yaxşı bələd olan şair onların üzərində çox işləyib, şeirlərinin obrazlılıq keyfiyyətlərinə xüsusi diqqət yetirib, yeri gəldikcə fikrini xalq hikmətləri gücündə təsirli aforizmlərlə ifadə edib: Mən də o çıraqla yanım sübhəcən, İşıq yanmayırsa, ölübdür demək! ("Söndürmə") Ayıq xoruz öz vaxtında banlayar, Səs eşidib banlamağa nə var ki! ("Xoruz banı") Qadınsız Yer kürəsi bir bağ xəzəlliyidir, Onsuz stol, iş yeri, döyünməsi azalmış xəstə ürək kimidir. ("Onsuz") İnsan düşüncəsinin deyirəm şeir adlı nə nadir övladı var! ("Şairin arzusu") Sənətkar qocalar, sənət qocalmaz. ("Səni")
    Əzəl gündən qaraya ağ deməzlər,
    Məhəbbətdə yaxın, uzaq deməzlər.
    Hər təpəyə vüqarlı dağ deməzlər,
    Yay zamanı soyuq qarı olmasa! ("Etibar")
    Bir filoloq kimi, sözün məcazilik imkanlarına yaxşı bələd idi, söz seçməyi, söz üzərində işləməyi, "sözün üstə əsməyi" bacaran sənətkar idi. Orijinal təşbih və epitetlər yaratmışdı. Klassik ədəbiyyata, müasirlərinin dilinə yaxşı bələd olduğundan təkrara yol verməmək üçün daim yeni tapıntılara meyl edib: Gecənin saçlarına yaşı ötmüş adam tək Yavaş-yavaş düşür dən. ("İki işıq") Üstündə külək əsir, Mən söz üstə əsən tək. ("Günəş şəhəri") Çöküb qəlbi dağlar təpələr kimi, Qayalar dağılıb qəlpələr kimi. ("Dağların dağı") Gördü ki, bir qaya qalxıb at kimi, Tökür dırnağından torpağı, daşı. ("Təpə"dən yıxılan") Qızaran dan yeri də Qırmızı yaylığıyla Silib atır gecənin Qalan qaranlığını. ("Günəş şəhəri") Dağların enməsi hələ dağ deyil ("Dağların dağı") və s.
    Təəssüf ki, bu ömür yolu qısa oldu. 1929-un avqustunda doğulub, 75-in avqustuna bir ay qalmış vəfat edib.
    Sərdarın məşhur bir misrası var: Aralanıb gözümdən fikrimdə yaşayırsan. ("Yuxuda həqiqət") Bu müddətdə Sərdar gözlərimdən aralanmış olsa da, daim fikrimdə yaşayıb. Bir mənim yox, ailəsinin, övladlarının, qohumlarının, oxucularının, sənət dostlarının fikrində yaşayıb. Düşünürəm ki, Sərdar elə həyatdan cavan getməliymiş. Mən onu qoca yaşlarında təsəvvür edə bilmirəm. Gözlərim önündə daim həyata iti gözlə baxan, ədəbiyyatımızda öz sözü olan, yaxşı bir insan kimi sevdiyim şair Sərdar Əsədi görürəm. Yaratdıqları qəlbimizdə xoş duyğular yaradır. Və - Sərdarı yaşadır.

    Qəzənfər Kazımov, professor,
    “Xalq Cəbhəsi” qəzeti
    * * *
    Yaradıcılığı
    İllər ayrısı

    Yenə eşidirəm həmin laylanı,
    Yenə saçlarımda yumşaq əl gəzir.
    Hanı keçirdiyim o günlər, hanı,
    Tutub dikəlməyə uşaq, əl gəzir.
    Ay illər, səninlə gəl qucaqlaşım,
    Məsum körpəliyi yenə anırıq.
    Nədənsə üstümdə durmayır başım,
    Yenəmi beşikdə yırğalanırıq?!
    Ana, nə deyirsən sən qulağıma,
    Bəlkə söyləyirdin yaman kürəm mən?..
    Mənə deyərdin ki, qaç qucağıma -
    Hələ də yanına yüyürürəm mən!

    Ağlayar

    Ala gözlər kölgələnsə,
    Qaş çatılar, göz ağlayar.
    Yaz yağışı yağsa yerə,
    Çəmən çimər, iz ağlayar!
    Yada vermə ürəyini,
    Dost gözləsin kürəyini!
    Namərd yesə çörəyini
    Ocaq sönər, köz ağlayar!
    Göyün hirsi çəkiləndə,
    Yerlərə nur töküləndə,
    Qış ötüşüb yaz gələndə,
    Don açılar, buz ağlayar.
    Sehirləyib məni masam,
    Gərək qəlbə qulaq asam.
    Hər gün onu oxşamasam,
    Qələm küsər, söz ağlayar!
    Könül, qəmə heç vermə can,
    Məhəbbətin odunda yan.
    Cavan getsək bu dünyadan,
    Qarı gülər, qız ağlayar.

    Gecədən nə qaldı

    Gün düşdü duyğular pəncərəsinə,
    Səhər müjdəsinə açıldı qapı -
    Qanadlı sorğular üstünü aldı!
    Yuxusuz gecədən mənə nə qaldı;
    Qızaran gözlərin rahat əzabı,
    Razı vərəqlərə boşalan sinə,
    Dolu külqabı.

    Şəlalə sevgisi

    Zirvədən zirvəyə aşan dağların,
    Üzü ömürlərə bozaran deyil!
    İldırım nərəsi daşan dağların,
    Şəlalə sevgisi qurtaran deyil!
    Zərrələr çilənir nur boyalara,
    İçib doyanacan gün işığından!
    Dərələr söykənib o qayalara,
    Asılıb şəlalə sarmaşığından!
    Kahalar qışqırır ehtiyacını,
    Bulaqlar durulub gözünü qırpır.
    Şəlalə bir gözəl yolub saçını,
    Zirvədən zirvəyə özünü çırpır.
    Çayları çevirir axtarışlara,
    Yoxdur şikayəti - su yoxluğundan.
    Qayçı qədəmlərə, buz baxışlara
    Daşır əsrlərin soyuqluğundan.
    Yaddaşdan yaddaşa oyanıb yatır,
    Sevinir - səsinə səs qoşanlara!
    Əksini görməyə aynalar tutur
    Sirli sıldırımı dırmaşanlara!
    Qaçır bənövşəyə, uçur laləyə,
    Çəmən cəhliminə toxuyur çələng!
    Qovuşmaq istəsən o şəlaləyə -
    Şəlalə qüvvəsi tapasan gərək!

    Başdaşında gözəl

    Yenə həmin gözəldimi,
    Sevməli yaşda ağlayır.
    Bəxti qayıtdı gəldimi,
    Cığır da qaşda ağlayır.
    Yorğun düşüb bölükləri,
    Uşaqlaşıb böyükləri.
    Uzaqlaşıb hörükləri,
    Saçları başda ağlayır.
    Yanağı gündən allanır,
    Bir xəzəllə sığallanır.
    Kirpiyindən şeh sallanır,
    Buzları qışda ağlayır.
    Donub görünməz qorxuya,
    Susuh cavabsız sorğuya,
    Ayılmaz, gedib yuxuya,
    Gözləri huşda ağlayır.
    Görmür özü gündüzünü,
    Döndərib dostdan izini.
    Əliylə örtüb üzünü
    Heykəli daşda ağlayır.
    * * *
    Mənbə:
    “Azərbaycan” jurnalı


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sərdar Əsəd (1929-1975)

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1644

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş