Kullanıcı Tag Listesi

Mirzə Sadıq Piran (1822-1893) Şair, xanəndə Mirzə Sadıq İmanxan oğlu Piran 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir (indiki Füzuli rayonu). İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu. Mirzə Sadıq Piran 1893-cü ildə vəfat edib. * * *

Bu konu 765 kez görüntülendi 0 yorum aldı ...
Mirzə Sadıq Piran (1822-1893) 765 Reviews

    Konuyu değerlendir: Mirzə Sadıq Piran (1822-1893)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 765 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Mirzə Sadıq Piran (1822-1893)

    Mirzə Sadıq Piran
    (1822-1893)




    Şair, xanəndə Mirzə Sadıq İmanxan oğlu Piran 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir (indiki Füzuli rayonu).
    İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi.
    Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu.
    Mirzə Sadıq Piran 1893-cü ildə vəfat edib.
    * * *
    Mirzə Sadıq şair idi. Piran təxəllüsü ilə şeirlər qələmə alırdi. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Bu məclisin üzvləri təxəllüs seçərkən onun qabağında təntənəli surətdə and içirdilər.
    Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.
    Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mirzə Sadıq İmanxan oğlu Qarabağın Şuşa şəhərindəndir. Farsca savadı var. Cavanlığının əvvəlində xanandə olub. İndi mərhum Mehdiqulu xanın qızı Xurşidbanu bəyimin dərgahında, onun səxavəti sayəsində güzəran keçirir".
    * * *
    Yaradıcılığı

    Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,
    Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.

    İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan,
    Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər.

    Sanasan məst hindudur, girib yaya kaman eylər,
    Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər.

    Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti,
    Biri xəncər çəkər, ol biri pünhani qara gözlər.

    Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq,
    Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər.
    * * *
    Mənbə:
    Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: 1998, 560 səh.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mirzə Sadıq Piran (1822-1893)

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 765

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş