Qarabağlı şair Musa Kəlimullah Qarabağlı şair Musa Kəlimullah (XVIII əsr) “Qarabağ içrə bir şair Kəlimullah Musadır” Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşa qalası özünün parlaq bir dövrundə - çiçəklənmə, tərəqqi, mədəniyyat dövründə başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişmişdi.

Bu konu 1292 kez görüntülendi 0 yorum aldı ...
Qarabağlı şair Musa Kəlimullah 1292 Reviews

    Konuyu değerlendir: Qarabağlı şair Musa Kəlimullah

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1292 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qarabağlı şair Musa Kəlimullah

    Qarabağlı şair Musa Kəlimullah




    Qarabağlı şair Musa Kəlimullah
    (XVIII əsr)
    “Qarabağ içrə bir şair Kəlimullah Musadır”
    Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşa qalası özünün parlaq bir dövrundə - çiçəklənmə, tərəqqi, mədəniyyat dövründə başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişmişdi.
    Şuşa həm də poeziya mərkəzi kimi formalaşmağa başlamış, Molla Pənah Vaqif başda olmaqla Qarabağ ədəbi mühiti yaranmışdı. Molla Əli Xəlifə, Molla Zeynalabdin və bir çox başqa şairlər Vaqif ədəbi məktəbinin davamçıları kimi hələ o dövrdə tanınırdılar.
    Böyük şair Molla Pənah Vaqif 1759-cu ildə Şuşanı özünə vətən çəkərkən İbrahimxəlil xana yazdığı bir fəxriyyədə deyirdi:
    Qarabağ içrə bir şair Kəlimullah Musadır,
    Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.
    Bu misralardan mə`lum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbinin ilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək özünün ən yüksək pilləsinə qalxmışdır.
    Musa Kəlimullahın həyat və yaradıcılığı haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Yalnız şuşalı müəllim, 1910-cu ildən “Molla Nəsrəddin” jurnalının Qarabağ üzrə fəal müxbirlərindən biri Həsən İxfa Əlizadənin (1893-1972) “Qarabağ tarixi” əsərində onun barəsində azacıq da olsa məlumata rast gəlirik. Həsən İxfa Əlizadə bu əsərində şairin yaddaşlarda hifz olunub saxlanılan bir şeirini nümunə gətirir. Elə bu poeziya nümunəsi onun yaradıcılığı haqqıda fikir söyləmək imkanı verir.
    Şeirin məzmunundan göründüyü kimi, şairin yaşadığı keşməkeşli dövrün ağır anları uzun müddət ona böyük təsir bağışlamışdır. O, baş vermiş şahidi olduğu hadisələrə biganə qalmamış, ən mühümlərini, yaddaqalanlari olduqça real və aydın şəkildə əks etdirmişdir.
    Şair yadelli qəsbkarların bəlasız başları daim qalmaqalda olan Qarabağ camaatının başına gətirdikləri müsibətləri canlı lövhələrlə, elə təsirli bədii səhnələrlə canlandırır ki, şeiri oxuyan hər bir kəsdə istər-istəməz Şuşaya göz dikən, qarabağlıların toy-düyünlərini yasa döndərən bütün yağıları nifrət hissi ilə yada salır. Oxucu Hacı Çələbi xan, Məhəmmədhəsən xan Qaçar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qaçarın Qarabağın iqtisadi və mədəni həyatına vurduqları yaralara, ümumiyyətlə, bu müqəddəs torpaqda törədilən vəhşiliklərə dərin nifrət və qəzəblə lənətlər yağdırır və müəllifin Qarabağın faciəli həyatına nə qədər acıdığını hiss edir.
    Vasif Quliyev, yazıçı-jurnalist


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağlı şair Musa Kəlimullah

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1292

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş