Kullanıcı Tag Listesi

Akif Əzizov Akif Həmid oğlu Əzizov 1923-cü ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan - Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və

Bu konu 557 kez görüntülendi 0 yorum aldı ...
Akif Əzizov 557 Reviews

    Konuyu değerlendir: Akif Əzizov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 557 kez incelendi.

Konu: Akif Əzizov

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Akif Əzizov

    Akif Əzizov


    Akif Həmid oğlu Əzizov 1923-cü ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan - Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor.

    1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir.

    1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi alıb.

    1970-1985-ci illərdə NKPİ-də gərgin elmi fəaliyyət göstərən bu gənc mütəxəssis üç il metalkompleks katalizatorlar laboratoriyasına rəhbərlik edir.
    1988-ci ildən NKPİ-nin elmi işlər üzrə direktor müavinidir. Eyni zamanda, 2003-cü ildə institutda yaradılmış neft-kimya proseslərində ion-mayeləri texnologiyaları şöbəsinə rəhbərlik edir, həm də NKPİ nəzdində yaradılmış kiçik elmi şuranın sədri və elmi seminarların rəhbəridir.

    Akif Əzizov həmçinin AMEA neft-kimya və yüksək molekullu birləşmələr kimyası üzrə elmi şuraların, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft emalı üzrə elmi-texniki şuranın, M.Nağıyev adına Kimya Problemləri İnstitutunun nəzdində ixtisaslaşdırılmış şuranın, "Azərbaycan kimya jurnalı"nın, "Neft-kimyası və neft emalı" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

    Beynəlxalq aləmdə yaxşı tanınan alim həmçinin Nyu-York Elmər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür. A.Əzizov dəfələrlə beynəlxalq forumlarda, konfranslarda Azərbaycanı təmsil etmişdir. Çoxillik elmi-tədqiqat işlərinin səmərəsinə görə o, 1986-cı ildə "Əmək rəşadəti" medalına layiq görülmüş, 1994-cü ildə isə Soros Fondunun fərdi qrantını almışdır.

    2010-cu ilin iyunuda akademik Akif Əzizov Rusiya Elmlər Akademiyası yer altından çıxarılan və bərpa olunan karbon tərkibli xammalların kimyası üzrə Elmi Şurasının üzvü seçilib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Akif Əzizov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 557

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş