Kullanıcı Tag Listesi

Abbasəli Əsədi Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə

Bu konu 630 kez görüntülendi 0 yorum aldı ...
Abbasəli Əsədi 630 Reviews

    Konuyu değerlendir: Abbasəli Əsədi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 630 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Abbasəli Əsədi

    Abbasəli Əsədi


    Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb.

    Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb. Təbrizdə yaşayan Mirzə Cəlil orada "Ölülər" tragikomediyasını tamaşaya hazırlamaq istədiyini bildirib. Abbasəli Əsədi dramaturqla Təbrizə gəlib və "Ölülər" tamaşasında Mirbağır ağa rolunu oynayıb. Aktyor bu əsərdə Şeyx Nəsrullanın da dəyərli ifaçılarından sayılır.

    Bir qədər sonra teatr xadimi Mehdi xan Şəfizadənin yaratdığı "Azərbaycan artistləri dəstəsi"nə üzv olub. Elə buradan da onunCənubi Azərbaycan teatrında şöhrətli yaradıcılıq yolu başlayıb. Dəstədə ilk rolu Böyük xan Naxçıvaninin quruluş verdiyi, bir neçə dəfə oynanılmışÜzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasında Vəli obrazı olub.

    Abbasəli Əsədi Vəli obrazını uzun illər bir neçə quruluşda ifa edib. Bundan əlavə Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad". Məşədi İbad), "Əsli və Kərəm" (Keşiş), "Leyli və Məcnun" (Leylinin atası), özünün yazdığı "Əyyaşlıq" ("Ay can-ay can". Əhməd), "Mirzə bacı məktəbi" (Mirzə) pyeslərinin tamaşalarında uğurlar qazanıb.

    1944-cü ildə "Azərbaycan" cəmiyyəti yanındakı Təbriz teatrı yenidən qurulanda, SSRİ-İran dostluq cəmiyyətinin truppası yaradılanda dəstənin başında duranlardan biri də Abbasəli Əsədi olub.

    Mənbə: Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Abbasəli Əsədi

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 630

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş