Azərbaycanda Səhiyyə tarixi 1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi

Bu konu 1435 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanda Səhiyyə tarixi 1435 Reviews

    Konuyu değerlendir: Azərbaycanda Səhiyyə tarixi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1435 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycanda Səhiyyə tarixi

    Azərbaycanda Səhiyyə tarixi


    1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi.

    Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika,əczaçılıq,kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış,dərman anbarları,laboratoriya binaları tikilmiş,lazımı avadanlıqlar alınmışdı.

    Azərbaycan Xalq Cümhuriyyəti az müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının Milli şüurunun oyanmasında, milli özünüdərkində müstəsna rol oynamış, gələcəyə, ən başlıcası isə ölkəni müstəqil idarə edə biləcək rəhbərlərinin varlığına inamını artırmışdır.

    Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi.

    Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdur. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzinə çəkilmişdir.

    «Azərbaycan» qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı: «Şəhər tibb -sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb». Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına belə çətin şəraitdə başladı.

    Arxiv sənədlərinin verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərmişdir. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olmuşdur. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılmışdır. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdur.

    Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü.

    Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdır. Bu qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdur.

    Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınması öz əlində cəmləşdirmişdi. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdur. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdur. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdir.

    60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində,elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.

    90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu gün qüvvədə olan Əsasnaməsi məhz Heydər Əliyev tərəfindən 29 dekabr 1998-ci il tarixdə imzalanmış fərmanla təsdiq edilmişdir.


    Səhiyyə Nazirliyinin əsas vəzifələri

    Səhiyyə Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:

    Əhaliyə tibbi yardım göstərmək;
    Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
    Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;
    Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək;
    Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;
    Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;
    Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə - təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;
    Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;
    Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;
    Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;
    İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mütərəqqi idarəetmə formalarını tətbiq etmək;
    Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;
    Tabeliyində olan idarə və müəssisələrində çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək;
    Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək;
    Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq;
    Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq tədbirlər görmək.
    Səhiyyə Nazirliyinin əsas hüquqları

    Səhiyyə Nazirliyi onun funksiyasından irəli gələn aşağıdakı hüquqlara malikdir;

    Azərbaycan Respublikası əhalisinin sağlamlıq vəziyyətini öyrənmək və bununla əlaqədar respublikada səhiyyənin əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək, xəstəliklərin qarşısını almaq, xəstələnmə, əlillik, və ölüm hallarının azalması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirlər həyata keçirmək;
    Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, ana və uşaqlara müalicə- profilaktika yardımını təşkil etmək, əlaqədar nazirlik, baş idarə və təşkilatlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyena tərbiyəsi üzrə tədbirlər keçirmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər uşaq müəssisələrində uşaqların səhhətinə nəzarət etmək, uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;
    Azərbaycan Respublikasının kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;
    Məhkəmə təbabəti, məhkəmə - psixiatriya və məhkəmə-narkoloji ekspertizalarının qoyuluşuna rəhbərlik etmək və onların fəaliyyətini təşkil etmək;
    Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək və aparmaq, tibb sahəsində təşviqat və maarifləndirmə fəaliyyətini təşkil etmək;
    Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak malları idxalından sanitariya mühafizəsini təmin etmək;
    Məhsulların məişətdə, xalq təsərrüfatında istehsalı və istifadəsi nəticəsində insan sağlamlığı üçün potensial təhlükə yarada biləcək faktorların qarşısının alınması sahəsində gigiyenik sertifikasiya işini aparmaq;
    Qabaqcıl təcrübənin, tibb elmi və texnikasının nailiyyətlərinin Azərbaycan Respublikasının səhiyyə praktikasına tətbiqini təmin etmək, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi və Elmlər Akademiyası ilə birlikdə tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;
    Ali və orta tibb əczaçılıq təhsili mütəxəssislərə olan ehtiyacın qeydiyyatını aparmaq, bu mütəxəssislərin tədris müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək. Səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri həyata keçirmək;
    Səhiyyə müəssisələrinin və Azərbaycan Respublikası əhalisinin tibb təyinatlı məlumatlara, sanitar avtomobilləri və tibb texnikasına tələbatını öyrənmək və onları təmin etmək;
    Nazirlik sistemində planla görülən işin vəziyyətinə nəzarəti təşkil etmək; Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının şəhər və rayonları və ümumiyyətlə Respublika səhiyyə sistemi üzrə idarə və müəssisələrin perspektiv inkişaf planlarını, ali və orta tibb və əczaçı kadrların yetişdirilməsi, ixtisaslaşdırılması və təkmilləşdirilməsi planını işləyib hazırlamaq;
    Azərbaycan Respublikasının səhiyyə obyektlərinin cari əsaslı tikinti planlarını işləyib hAzıRlamaq və onların razılaşması və təsdiq edilməsi üçün təkliflər vermək;
    Nazirlik sistemində nəzarət-təftiş işini, ilkin qeydiyyat və hesabatı təşkil etmək, tabeliyində olan idarə və müəssisələrin hesabat balanslarını müzakirə və təsdiq etmək, mühasibatlıq işində qeydiyyatının və hesabatın düzgün aparılmasına nəzarəti həyata keçirmək, eləcə də qənaət, dövlət əmlakının qorunması rejiminə riayət və vurulmuş maddi zərərin vaxtında ödənilməsini təmin etmək;
    Dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və statistika orqanlarına vaxtında çatdırılmasını təşkil etmək;
    Azərbaycan Respublikasının səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;
    Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF və digər Beynəlxalq Dövlət və qeyri-dövlət təşkilatları ilə səhiyyənin vacib istiqamətlərində əməkdaşlıq etmək;
    Qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri fəxri fərmanlar və digər həvəsləndirici vasitələrlə müəyyənləşdirilmiş qaydada təltif etmək;
    Qəbul olunmuş qaydada səhiyyə müəssisələrinə aid Respublika Tibbi Konfrans və Qurultaylarının keçirilməsini təşkil etmək;
    Səhiyyəyə tibb elminə aid dövri mətbuat vasitələrinin nəşrini təşkil etmək;
    Öz səlahiyyətləri çərçivəsində və qüvvədə olan qanunvericilik əsasında normativ hüquqi aktlar qəbul etmək;
    Tabeliyində olan idarə və müəssisələrin əmr və sərəncamlarını ləğv etmək, tabeliyində olmayan təşkilatların və eləcə də yerli hakimiyyət orqanlarının Səhiyyə Nazirliyinin əsasnaməsinə uyğun gəlməyən, həmçinin əhalinin sağlamlığına zidd təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq.
    Səhiyyə islahatları

    Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 760 №-li Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradılmışdır. Onun tərkibinə iqtisadiyyat, maliyyə, ədliyyə nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları Konfederasiyasının, Dövlət Sığorta Nəzarətinin sədrləri, digər nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri və başqaları daxildir.

    Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 49 №-li Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olunmuşdur.

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunvericilik aktlarının və Dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işləyib hazırlanmış və təsdiq etmişdir.

    Sahənin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar aşağıdakı əsas istiqamətlər üzrə getməlidir.

    səhiyyənin və əhalinin sağlamlığının qorunmasının yeni sisteminin qanunvericilik və hüquqi bazasının yaradılması;
    səhiyyə sisteminin idarə olunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formalarının müəyyən edilməsi;
    ilkin tibbi-sanitariya yardımının üstünlüyü;
    tibb müəssisələri şəbəkəsinin və onların çarpayı fondunun səmərələşdirilməsi;
    sanitariya-epidemioloji xidmətində islahat aparılması;
    tibbi sığorta prinsiplərinə keçilməsi;
    pullu tibbi xidmətlərin inkişafı;
    farmasiya sistemində islahat;
    səhiyyədə özəlləşmə
    tibb müəssisələrinin, tibbi heyətin, dərman maddələrinin və qida məhsullarının akkreditəsi, sertifikatlaşdırılması və lisenziyalaşdırılması;
    tibb təhsilinin islahatı;
    analitik informasiya xidmətində islahat.
    Səhiyyənin beynəlxalq əlaqələrində yeni mərhələ

    Hələ 90-cı illərdə müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycan dövlətinin bütün sahələri kimi, milli səhiyyəmiz və tibb elmimiz də yalnız ölkəmizin çərçivəsində qalaraq inkişaf edə bilməzdi. Günün tələbi Azərbaycan səhiyyəsini dünyaya və həmçinin dünya səhiyyəsini Azərbaycana bir daha təqdim etmək idi.

    Bu səbəbdən 1994-cü ildə Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə xüsusi şöbə yaradıldı.Şöbənin prioritet vəzifələrinə xarici ölkələrlərin səhiyyə sistemində olan yeniliklər, Azərbaycan səhiyyəsində islahatlar, Azərbaycanda fəaliyyət göstərən donor gurumları ilə səhiyyəyə aid layihələrin hazırlanması, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, BMT Uşaq Fondu, USAİD, Sərhədsiz həkimlər, Qızıl Xaç Federasiyası və nüfüzlu qeyri-hökumət təşkiltları ilə əməkdaşlıq daxil idi. Bundan başqa şöbənin qarşısında ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, Azərbaycanda olan digər nazirliklərin beynəlxalq əlaqələr idarələri ilə görülən birgə vəzifələr dururdu.

    Azərbaycanda “ Yoxsulluğun azaldılması və iqtisadi inkişaf” dövlət proqramının həyata keçirilməsində iqtisadi və sosial məsələlərlə yanaşi səhiyyədə islahatlar əhəmiyyətli yer tutur. Səhiyyəyə aid islahatların həyata keçirilməsində və bu layihələrin dünya standartlarına uyğun səviyyədə olmasının tənzimi beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsinə daxildir.

    Səhiyyənin prioritet vəzifələrinə daxil olan hədəflər və bunlara uyğun tədbirlərin keçirilməsinin koordinasiyasında Beynəlxalq Əlaqələr Şöbəsi əhəmiyyətli rol oynayır.

    Azərbaycan Respublikası hökuməti ilə ÜST Avropa bürosunun birgə fəaliyyətini özündə əks etdirən Medium Text Programme (MTP) adlanan əsas sənədin tərtib edilməsi və onun bütün hükumət və beynəlxalq səviyyələrdə təsdiq olunmasında, sənədin irəliləməsində Beynəlxalq Əlaqələr Şöbəsi fəal iştirak etmişdir.Bu proqram çərçivəsində hər bir layihənin fəaliyyəti, milli mütəxəssislərin beynəlxalq konfrans və seminarlarda iştirakı tədbirləri şöbə tərəfindən əlaqələndirilir.

    Vərəmlə, QİÇS, malariya, infeksion xəstəliklərlə mübarizə, ailə təbabəti, uşaqların xilası, təhlükəsiz analıq, ailə planlaşdırılması və reproduktiv sağlamlıq, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, demoqrafik sorğu, rayonlarda uşaqların sağlamlığının qorunması, kütləvi immunizasiya və profilaktika kimi layihələr Səhiyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin və Milli Koordinatorların bilavasitə iştirakı ilə həyata keçirilir.

    Xatırlatmaq istəyirik ki, görülən işlər və böyük səylər nəticəsində artıq bu gün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) tərəfindən poliomielitdən azad bölgə elan edilmişdir.

    Səhiyyəmizin statistik və məlumat xidməti basasının təkmilləşdirilməsi sahəsində aparılan

    BMT Uşaq və Əhali Fondunun, UNİCEF, Dünya Bankı,USAİD, ÜST və digər beynəlxalq qurumların yardımını xüsusilə qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, Azərbaycan Səhiyyəsində İnformasiya sisteminin təkmilləşdirilməsi və inkişafı sahəsi 3 dövlət proqramında öz əksini tapmışdır. Xəstəliklərin, nozoloji vahidlərin beynəlxalq təsnifatının Azərbaycan dilinə tərcümə olunması, müxtəlif regionlarda həkimlərin informasiya sistemi peşə təkmilləşməsi üzrə geniş miqyaslı treyninqlərin aparılması, ümumi hesabat və qeydiyyat sisteminin inkişafı son illərdə görülmüş işlərin yalnız bir hissəsidir.

    Müasir səhiyyə aləmində müxtəlif xəstəliklərin diagnostikası və müalicəsində kompüter və digər instrumental müayinə metodlarının geniş tətbiqi, xəstəliklərin müasir müalicə üsulları, müalicə alqoritmləri, fövqəladə hallara qarşı hazırlıq, həkimlərin Azərbaycanda və xaricdəki nüfuzlu tibb mərkəzlərində mütəmadi peşə təkmilləşməsi layihələri də həyata keçməkdədir.

    Müstəqil respublikamız dirçəldikcə, ölkələr arasındakı sərhədlər şəffaflaşdıqca, elmi və iqtisadi münasibətlər inkişaf etdikcə Azərbaycan Səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artir və əlaqələri genişlənir. XXİ əsrdə səhiyyənin globallaşması qaçılmazdır. Biz dunya səhiyyəsindən çox şeyləri öyrənməklə bərabər, Azərbaycanda apardığımız islahatları beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik.

    2005-ci ilin sonundan başlayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsi Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq qurumlarla, donor təşkilatları ilə, diplomatik missiyalarla, habelə Azərbaycan səhiyyəsinin hüdudlarımızdan xaricdə təmsil olunması üçün dövlətimizin digər nazirlikləri ilə əlaqələrin bərpası başlanmışdır.

    Bu Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin 01 dekabr 2005-ci il 146 saylı “ BMT-nin Uşaq Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatla aparılan proqramlar barədə” əmrində öz əksini tapmışdır.

    Azərbaycanda “ Yoxsulluğun azaldılması və iqtisadi inkişaf” dövlət proqramının həyata keçirilməsində iqtisadi və sosial məsələlərlə yanaşi səhiyyədə islahatlar əhəmiyyətli yer tutur. Səhiyyəyə aid islahatların həyata keçirilməsində və bu layihələrin dünya standartlarına uyğun səviyyədə olmasının tənzimi beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsinə daxildir.

    Azərbaycanda Səhiyyə sahəsində fəaliyyət göstərən BMT Uşaq və Əhali Fondunun, UNİCEF, Dünya Bankı, USAİD, ÜST və digər beynəlxalq qurumların yardımını xüsusilə qeyd etmək lazımdır.

    Bu təşkilatların Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr aşçidakılardır:
    USAİD
    İlkin Səhiyyə xidmətlərinin inkişafı layihəsi
    Reproduktiv Sağlamlıq və ailə Təbabəti layihəsi
    Azərbaycanda Demoqrafiya və Sağlamlıq Xülasəsi layihəsi
    Qizilca və Məxmərəyə Qarşı Mübarizə layihəsi
    Təcili Yardımın İnkişafı layihəsi
    Uşaqların Xilası layihəsi
    UNİCEF
    Uşaqların Xilası layihəsi
    Reproduktiv Sağlamlıq və ailə Təbabəti layihəsi
    Azərbaycanda Demoqrafiya və Sağlamlıq Xülasəsi layihəsi
    Azərbaycanın regionlarında tibbi xidmətin gücləndirilməsi
    5 yaşına qədər uşaq ölümü statistikası
    Ümumdünya Səhiyyə Təşkilatı
    Səhiyyə Siyasəti layihəsi
    Yeni İCD 10 nozoloji kodların təyini
    Tütünə qarşı mübarizə layihəsi
    Vərəmlə mübarizə layihəsi
    Malariya ilə mübarizə layihəsi
    QİÇS ilə mübarizə layihəsi
    Dünya Bankı
    Səhiyyədə İlhatlar Tədris İnnovasiya layihəsi
    Səhiyyədə İslahatlar üzrə PHRD layihəsi

    Bundan başqa BMT-nin Qida Proqramı Fondu, Sərhədsiz həkimlər, Beynəlxalq Tibb Korpusu, Qızıl Xaç Federasiyası və nüfuzlu qeyri-hökumət müxtəlif qurum və fondların layihələrin davam edir. Bu proqram layihələri çərçivəsində hər bir layihənin fəaliyyəti, milli mütəxəssislərin beynəlxalq konfrans və seminarlarda iştirakı tədbirləri şöbə tərəfindən əlaqələndirilir.

    Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin və Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəsi ilə digər ölkələrin səhiyyə təşkilatları ilə əlaqələr gücləndirilmişdir.

    Bunlara misal olaraq Türkiyə, Rusiya, Misir, İran, Ukrayna, Böyuk Britaniya, ABŞ və sairlərini göstərmək olar.


    Səhiyyə Nazirliyinin ünvanı

    Azərbaycan Respublikası
    Bakı şəhəri, AZ 1014
    Kiçik Dəniz küçəsi, 4
    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

    Telefon: + 99412 498-50-54
    Faks: + 99412 498-85-59
    Email: [email protected]
    İnternet ünvanı:
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanda Səhiyyə tarixi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1435

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş