Kullanıcı Tag Listesi

AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ http://www.azerbaijan.az/_Culture/_Cinema/images/cinema_03_1.jpg 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki

Bu konu 1225 kez görüntülendi 0 yorum aldı ...
AzƏrbaycan kinosu müstƏqillik dövründƏ 1225 Reviews

    Konuyu değerlendir: AzƏrbaycan kinosu müstƏqillik dövründƏ

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1225 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart AzƏrbaycan kinosu müstƏqillik dövründƏ

    AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ



    1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.

    1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər ("Yarasa" (rejissor A.Salayev), "Özgə vaxtı" (rejissor H.Mehdiyev), Vaqif Mustafayevin filmləri).

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.



    Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir.

    Xalqımız Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlərə maraqla baxır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmidir.

    MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısna məqsəd qoymuş A.Karpov birinci olaraq Azərbaycan Prezidenti Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər.

    Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.

    Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.



    Son illərdə ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "H.Əliyev" filminin 9-nu çəkib. Bunlar aşağıdakılardır:

    1. "General"
    2. "Birinci"
    3. "Moskva. Kreml"
    4. "Lider"
    5. "Tale"
    6. "Əsl məhəbbət haqqında"
    7. "Bir həsədin tarixi"
    8. "Professional"
    9. "Patriot"
    Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

    Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

    Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehtiyevin, Cavanşir Mehtiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏrbaycan kinosu müstƏqillik dövründƏ

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1225

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş