Kullanıcı Tag Listesi

Gültəkin Əsgərova Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1989-cu ildə təhsilini başa vurmuşdur.

Bu konu 747 kez görüntülendi 0 yorum aldı ...
Gültəkin Əsgərova 747 Reviews

    Konuyu değerlendir: Gültəkin Əsgərova

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 747 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Gültəkin Əsgərova


    Gültəkin Əsgərova


    Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.

    1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.

    1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1989-cu ildə təhsilini başa vurmuşdur.

    1992-ci il 4 apreldə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın, Qubadlıda gedən döyüşlərdə iştirak edir.

    Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.

    Ailəli idi. Bir qızı yadigar qalıb.

    Bakı şəhərinin şəhidlər xiyabanında dəfn edilmişdir. Təhsil aldığı 200 saylı orta məktəbə onun adı verilmişdir, büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb.

    Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.

    Mənbə: mlliqahraman.az



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gültəkin Əsgərova

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 747


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş