Kullanıcı Tag Listesi

Gülçöhrə Məmmədova Azərbaycan Memarlar İttifaqının katibi Gülçöhrə Hüseyn qızı Məmmədova 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakültəsinə daxil olmuşdur. 1975-ci ilin sentyabr ayında G. H. Məmmədova yeni yaranmış Azərbaycan İnşaat mühəndisləri institutunun komsomol komitəsinin katibi seçilmiş, 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1976-cı ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunun

Bu konu 777 kez görüntülendi 0 yorum aldı ...
Gülçöhrə Məmmədova 777 Reviews

    Konuyu değerlendir: Gülçöhrə Məmmədova

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 777 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Gülçöhrə Məmmədova


    Gülçöhrə Məmmədova


    Azərbaycan Memarlar İttifaqının katibi Gülçöhrə Hüseyn qızı Məmmədova 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur.

    1971-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakültəsinə daxil olmuşdur.

    1975-ci ilin sentyabr ayında G. H. Məmmədova yeni yaranmış Azərbaycan İnşaat mühəndisləri institutunun komsomol komitəsinin katibi seçilmiş, 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir.

    1976-cı ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib, 1979-cu ildə həmin institutun "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasında assistent vəzifəsində işə başlamışdır.

    1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildən dosenti, 2000-ci ildən isə professorudur.

    2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır. G. H. Məmmədovanın elmi fəaliyyəti Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır.

    Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir. 1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

    Bir çox beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş və bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.

    II çağırış 2000-2005-ci illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

    Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa bölməsinin və Şərq ölkələri Beynəlxalq memarlıq Akademiyasının həqiqi üzvüdür. 1985-ci ildən Memarlar İttifaqının üzvü, 2007-ci ildən Memarlar İttifaqı İdarə heyətinin katibidir. 2006-cı ildə "Respublikanın Əməkdar memarı" fəxri adına layiq görülmüşdür.

    70-dən çox elmi əsərin, о cümlədən 2 monoqrafiyanın, 5 kitabın və 60-dan çox məqalələrin müəllifidir. Şəki rayonunda Kiş məbədinin, Qəbələ rayonunda Nic məbədinin, Qax rayonunda Qum bazilikasının bərpası, Bakıda "Şərq" MTK-nın 16 mərtəbəli yaşayış binası G. H. Məmmədovanın layihələri əsasında həyata keçirilmişdir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gülçöhrə Məmmədova

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 777


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş