Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır Filip Qordon: “Azərbaycan regional təhlükəsizlik, terrorizmə qarşı mübarizədə və Avropadakı müttəfiqlərimizin qaz təhcizatına yardımda önəmli rol oynayır” http://azerbaycanli.org/photos/Image/filip-qordon-abs.jpg -17.06.2009- ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Filip Qordon iyunun 16-da ABŞ Konqresinin Xarici İşlər Komitəsinin Avropa üzrə Alt Komitəsində “Transatlantik Alyansı gücləndirmək: Obama

Bu konu 900 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır 900 Reviews

    Konuyu değerlendir: Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 900 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır

    Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır


    Filip Qordon: “Azərbaycan regional təhlükəsizlik, terrorizmə qarşı mübarizədə və Avropadakı müttəfiqlərimizin qaz təhcizatına yardımda önəmli rol oynayır”



    -17.06.2009-
    ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Filip Qordon iyunun 16-da ABŞ Konqresinin Xarici İşlər Komitəsinin Avropa üzrə Alt Komitəsində “Transatlantik Alyansı gücləndirmək: Obama Administrasiyasının Avropa siyasətinə baxışı” mövzusunda çıxış etmişdir.
    Obama Administrasiyasının Avropa regionuna dair siyasətindən və Transatlantik münasibətlərin daha da gücləndirilməsinə dair prioritetlərindən danışan Qordon ABŞ-ın bütün region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.
    Dövlət katibinin müavini çıxışının Azərbaycana aid hissəsində ölkəmizin regional təhlükəsizlik və enerji təminatında mühüm rol oynadığını vurğulamışdır.
    Filip Qordon demişdir: “Azərbaycan Birləşmiş Ştatların regional təhlükəsizlik, xüsusilə terrorizmə qarşı mübarizə sahəsində və Avropadakı müttəfiqlərimizin təbii qaz təhcizatının şaxələndirilməsinə yardım baxımından önəmli tərəfdaşıdır. Azərbaycan, həmçinin geosiyasi baxımdan böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir”.
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan F.Qordon demişdir ki, ABŞ problemin həllində irəliləyişin əldə olunmasına yardım göstərməkdədir. Keçən il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə rusiyalı və fransalı həmkarları ilə birlikdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla beş dəfə görüşmüşdür.
    Qordon nəzərə çatdırıb ki, dövlət katibi Hillari Klinton münaqişə ilə bağlı şəxsən Azərbaycan və Ermənistan liderləri ilə bir neçə dəfə müzakirələr aparmış, habelə xarici işlər nazirləri Məmmədyarov və Nalbandyanla mayın 5-də Vaşinqtonda görüşmüşdür.
    Bu yaxınlarda Azərbaycan, Gürcüstan və Ermənistana etdiyi səfərlərə toxunan ABŞ diplomatı səmərəli görüşlər keçirdiyini bildirmişdir. Qeyd edək ki, ABŞ dövlət katibinin müşaviri iyunun 11-də Bakıda səfərdə olub.
    Ermənistanla bağlı danışarkən, dövlət katibinin müavini ölkədə demokratiyaya və bazar iqtisadiyyatına dair islahatların aparılmasının vacibliyini vurğulamışdır.
    Avropa üzrə Alt Komitənin sədri Robert Vekslerin “Türkiyə-Ermənistan yaxınlaşması fonunda Azərbaycanla bağlı məqamlar nə qədər diqqətdə saxlanılır” sualına cənab F. Qordon Türkiyə-Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ nizamlamasının paralel proses olduğunu qeyd edib.
    Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan dövlət katibinin müşaviri iki ölkənin sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa olunması, vacib sahələr, həmçinin, tarixlə bağlı birgə komissiyanın yaradılması barədə razılığa gəldiyini söyləyib.
    F. Qordon bu prosesi dəstəklədiyini və ruhlandırdığını da deyib: “Biz demişik ki, bu müstəqil prosesdir və Avropanın digər ölkələrində nə baş verməsindən asılı olmayaraq, bu proses irəli getməlidir. Çünki bundan hər iki ölkə faydalanacaq”.
    Dövlət katibinin müşaviri çıxışında Rusiya mövzusuna da toxunub. F. Qordon deyib ki, ABŞ Rusiyanın Avropa üzərində xüsusi təsir dairəsini tanımır, onun qonşuluğunda olan dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir.
    AzərTAc, APA.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Birləşmiş Ştatların önəmli tərəfdaşıdır

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 900

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş