Kullanıcı Tag Listesi

Fikrət Əmirov Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində tanınmış bəstəkar, müğənni və tarzən, Mir Möhsün Nəvvabın (1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış Məşədi Cəmilin (1875-1928) ailəsində anadan olmuşdur. Məşədi Cəmil Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək

Bu konu 653 kez görüntülendi 0 yorum aldı ...
Fikrət Əmirov 653 Reviews

    Konuyu değerlendir: Fikrət Əmirov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 653 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fikrət Əmirov


    Fikrət Əmirov


    Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində tanınmış bəstəkar, müğənni və tarzən, Mir Möhsün Nəvvabın (1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış Məşədi Cəmilin (1875-1928) ailəsində anadan olmuşdur. Məşədi Cəmil Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək bəstəkarın tərbiyəsinə və musiqi qabiliyyətinin inkişafına böyük təsir göstərmişdir.
    O, musiqini, ədəbiyyatı, tarixi çox sevirdi. Artıq 10 yaşında olarkən tarda gözəl ifa edirdi, konsertlər verirdi. Xalq mahnılarına məhəbbət onun şəxsiyyət və dahi bəstəkar kimi yetişməsinə böyük təsir göstərib.
    Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (Gəncə) musiqi məktəbində almışdır. Oranı bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində oxuyub. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ. Zeydmanın bəstəkarlıq sinfinə daxil olmuşdur.

    Konservatoriyadakı təhsil illərində professor Zeydmanın rəhbərliyi ilə musiqinin incəliklərinə yiyələnir. Eyni zamanda ölməz Üzeyir Hacıbəyovun yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri olmuşdur.

    Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını, onun insani xüsusiyyətlərini, Çaykovskinin yaradıcılığını dərindən dərk edərək mən öz operamda (söhbət "Sevil" operasından gedir) bu iki başlanğıcın qovuşmasına nail oldum".

    Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; "Ürək çalanlar" (M.S. Ordubadi), və "Gözün aydın" (M. Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazmışdı.

    Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur; bir çox incəsənət xadimləri kimi o da döyüşən orduya gedir. O, Varonej cəbhəsində vuruşur.
    1943-cü ildə müharibədə kontuziya aldığı üçün ordudan tərxis olunub Bakıya qayıdır, 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə oranı bitirir. Fikrət Əmirovun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr olunur.
    Fikrət Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C. Cabbarlının, M. Hüseynin, S. Vurğunun, İ. Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazmışdır.

    Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülmüşdür bunlardan SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR EA müxbir üzvü.
    O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, SSRİ Ali Sovetinin deputatı olmuşdur. F. Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik etmişdir. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə ona Lenin ordeni kimi yüksək mükafat verilmişdir.

    Fikrət Əmirov 1947-ci ildə "Nizami" simfoniyasını, 1948-ci ildə "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarını yazır. Bu simfonik muğamlara görə o, SSRİ Dövlət mükafatına layiq görülür.

    Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fikrət Əmirov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 653


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş