Fikrət Məmmədov -Nesimi_Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq

Bu konu 1106 kez görüntülendi 0 yorum aldı ...
Fikrət Məmmədov 1106 Reviews

    Konuyu değerlendir: Fikrət Məmmədov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1106 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fikrət Məmmədov


    Fikrət Məmmədov


    -Nesimi_Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmişdir. 2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilmişdir. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbayjan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

    Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

    I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib.

    Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır.

    Evlidir, 3 uşağı var.

    Mənbə: Ədliyyə nazirliyi rəsmi internet saytı



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fikrət Məmmədov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1106


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş