Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1919) əks etdirən şəkil http://a1301.hizliresim.com/15/l/j2krv.jpg Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1919) əks etdirən şəkil Azərbaycan əlifbasındakı islahatların nəticələri - ARAŞDIRMA Aydın Balayev

Bu konu 1983 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1 1983 Reviews

    Konuyu değerlendir: Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1983 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1

    Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1919) əks etdirən şəkil




    Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1919) əks etdirən şəkil

    Azərbaycan əlifbasındakı islahatların nəticələri - ARAŞDIRMA

    Aydın Balayev
    Tarix elmləri doktoru

    Azərbaycan əlifbasındakı islahatlar yolunda ilk praktik addımlar 1918-1920-ci illərdə - Azərbaycanın dövlət müstəqilliyi elan olunduqdan sonra atılıb.

    Amma milli hökumət bu ideyanı reallaşdıra bilmədi, çünki 1920-ci il aprelin 20-də xarici müdaxilə nəticəsində bu dövləti devirdilər. Özü də hakimiyyətə gələn bolşeviklər bu ideyanı öz siyasi maraqları naminə istifadə etməyi qərara aldılar və 1 yanvar 1929-cu ildə respublika bütünlükdə yeni əlifbaya keçdi.

    İlk baxışdan, iki barışmaz siyasi qüvvənin - müsavatçıların və bolşeviklərin ərəb qrafikasını latınla əvəzləmə məsələsində eyni mövqe tutmaları həddən artıq ziddiyyətli görünür. Məsələ burasındadır ki, onlar bir-birlərinə tamamən zidd olan siyasi məqsədlər güdürdülər. Müsavatçılar üçün latın qrafikasına keçid Azərbaycan türklərinin dünyanın sivil xalqlarına inteqrasiyası prosesini tezləşdirmək və asanlaşdırmaq üçün atılan addım idi.

    Bolşeviklərə gəlincə, onlar əlifba islahatlarına sosialist cəmiyyətinin keyfiyyətcə yeni insanın formalaşdırılması kimi sərsəm planlarının kontekstində baxırdılar. Onların məntiqincə, irəli getmək üçün xalqlar öz keçmişləri ilə əlaqələri qırmalı idilər.

    Bu baxımdan ərəb qrafikasının dəyişməsi nəsillərin varisliyini qıraraq, bolşeviklərin ən böyük arzularına çatmaq məqsədlərini asanlaşdırırdı.

    Təəccüblü deyil ki, bolşeviklər Azərbaycan əlifbasında islahatlar prosesini maksimal dərəcədə sürətləndirməyi arzulayırdılar. Azərbaycan Kommunist Partiyasının o zamankı birinci katibi S.M.Kirovun Moskvaya, Rusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə göndərdiyi 6 sentyabr 1922-ci il tairxli teleqramı da buna sübutdur. Orada qeyd olunurdu ki, əlifba islahatlarını “Moskvanın köməyi olmadan həyata keçirmək mümkün deyil”, çünki 200 milyard rubl tələb olunur. Bununla yanaşı, S.M.Kirov xüsusi qeyd edirdi ki, bu yardım barədə “burada heç kəs, xüsusən də islahat əleyhdarları məlumatlı olmamalıdır…”. Mərkəz bu məsələni operativ həll etdi və artıq 1922-ci il sentyabrın 22-də RKP MK-nın “Azərbaycan MİK-in müsəlman əlifbası üçün latın şriftinin tətbiqi ilə bağlı işlərə başlanmasına dəstək barədə” qərarı qəbul olundu.

    Ərəb qrafikasının ləğvinin fəal təbliğatçılarından biri olan İ.Xansuvarov yazırdı: “Ərəb qrafikası - öz ağacının - Şərqin ictimai quruluşunun meyvəsidir, bu ağacın yaşıl yarpaqları isə, din və mənəviyyat - təkcə forma deyil, məzmun baxımından da quruluşun mahiyyəti ilə birbaşa əlaqəlidir”. Onun sözlərinə görə, “ərəb əlifbası mürəkkəb, qollu-budaqlı, mənimsənilməsinin çətinliyi ilə” zəhmətkeşlərə qarşı sinfi mübarizədə istilaçıların əlində silaha çevrilmişdi. İ.Xansuvarov bildirirdi ki, “islam və hərbi-feodal quruluşu ilə yaxınlığı sayəsində” ərəb əlifbası müsəlman xalqlarının, o cümlədən azərbaycanlıların gələcək inkişafında əngəl idi.

    Bolşevik partiyasının ideoloqları sübut etməyə çalışırdılar ki, Azərbaycan türklərinin mədəni və hətta iqtisadi geriliyinin, az qala, ən əsas səbəbi ərəb əlifbasının mürəkkəbliyi və çətinliyidir. Əlifba islahatlarının ideoloji atası S.Ağamalıoğlu bütün ciddiyyəti ilə əmin edirdi ki, ərəb əlifbası sovet cəmiyyətinin inkişafı üçün tamamilə yararsızdır, texniki və istehsalat qüvvələrinin tərəqqisi üçün böyük əngəldir. Hətta S.Ağamalıoğlu Azərbaycan dövlət qurumlarında işlərin rus dilində aparılmasını ərəb əlifbasının texniki qüsurları ilə bağlayırdı. Onun fikrincə, əkinçilikdə inkişafa nail olmaq üçün xışı traktorla əvəzləmək lazım gəldiyi kimi, maariflənmənin dərindən və geniş yayılması üçün ərəb qrafikasını daha mükəmməl olan latına dəyidirmək zəruridir.

    Bu cür mövqe heç bir təniqdə duruş gətirmir, çünki əslində, Azərbaycan türklərinin mədəni və iqtisadi geriliyinin səbəbi ərəb qrafikası deyil, rus çarizminin və sovet liderlərinin diskriminasiya siyasəti idi, bu siyasət müsəlman xalqlarının öz dillərini, mədəniyyət və iqtisadiyyatlarını azad şəkildə inkişaf etdirməsinə imkan vermirdi. Maraqlıdır ki, Azərbaycan əlifbasındakı islahatlarla bağlı müzakirənin gedişində ərəb qrafikasını əvəz edə biləcək üç əlifba nəzərdən keçirlirdi: qədim türk əlifbası, rus əlifbası və latın əlifbası. Və XX əsrin 20-ci illərində ərəb əlifbasının latınla əvəzlənməsi seçimi sırf siyasi motivlərlə diqtə olunurdu. Halbuki qədim türk əlifbasının qrafik imkanları, rus və latın əlifbası ilə müqayisədə Azərbaycan dilinin fonemlər sisteminə daha çox uyğun gəlirdi. Amma bu variant hətta ciddi müzakirə edilmədən rədd olundu. Bəhanə edildi ki, qədim türk əlifbası “göz qavrayışının əlverişli tələblərinə və bizim bugünkü yeni mədəniyyətimizin şərtlərinə cavab vermir, bu səbəbdən də, ərəb əlifbasını onunla əvəzləmək məqsədəuyğun deyil”.

    Qədim türk əlifbasının əsas Azərbaycan əlifbası qismində qəbul olunması tarixi yaddaşın bərpasına gətirib çıxara bilərdi, bu isə, kommunist ideoloqlarının hər vəchlə Azərbaycan türklərini onların milli şüurunu qidalandıran tarixi köklərindən qoparmaq kimi strateji vəzifələrinə tamamilə zidd idi. Bu baxımdan, bolşeviklər üçün, şübhəsiz ki, ən əlverişlisi Azərbaycan əlifbasının kirilə köçürülməsi idi. Bu variant da eyni zamanda müzakirə predmeti idi. Amma bolşevik liderləri anlayırdılar ki, qeyri-rus xalqlarının şüurunda kiril əlifbası ruslaşdırma siyasəti ilə birbaşa assosiasiya olunacaq və bu, xalq kütlələrinin narazılığına səbəb ola bilər. Həmin vaxt yetərincə möhkəmlənməmiş sovet hökuməti hələ əhalinin geniş təbəqələrinin dəstəyinə ehtiyac duyurdu. Bu səbəbdən qərara alındı ki, qeyri-rus xalqlarının tamamən kiril əlifbasına keçməsi üçün aralıq mərhələsində bu xalqlar müvəqqəti olaraq latın əlifbasından istifadə etməlidirlər.

    Şübhəsiz ki, ərəb əlifbası, dünyada mövcud olan hər bir əlifba kimi, mükəməllikdən uzaq idi. Məsələn, diakretik işarələrin mövcudluğu (hərflər bir-birindən nöqtələrin sayı və onların necə yerləşməsi ilə fərqlənir), saitlərin olmaması və əksinə, bir səsin müxtəlif çalarlarının fərqləndirilməsi üçün müxtəlif hərflərdən istifadə (bu, ərəblər üçün praktik əhəmiyyət daşısa da, Azərbaycan fonetikası üçün əhəmiyyətə malik deyil) qarışıqlıq yaradırdı. Bu qüsurlar əlifbanın mənimsənilməsini çətinləşdirirdi. Guya istisnasız olaraq buna görə azərbaycanlılar illərlə əlifba öyrənəcəkdilər, latın əlifbasında yazıb-oxumağa isə, bir-iki ay sərf olunacaqdı.

    Ümumiyyətlə, qeyd etmək lazımdır ki, mənimsəmənin asanlığı və ya çətinliyi bu və ya digər əlifbanın keyfiyyətini müəyyənləşdirəcək yeganə kriteriya deyil. Qeyri-əlifba yazılarında, məsələn, Çin yazısında cəmi onlarla işarədən minlərlə heqorlif yaranır ki, bu da uzun zaman alır. Amma zəruri bilgilər əldə olunduqdan sonra piktoqrafik tanıma əsasında oxunun sürəti artır və bu, nəticədə öyrənməyə sərf olunan uzun zamana bəraət qazandırır. Bundan başqa, yapon və cənubi koreyalıların da müasir yazılarını misal gətirə bilərik, onlarda da yazı həmin çin heqorliflərinin əsasında formalaşıb. Bu nümunə açıq-aydın göstərir ki, latın əlifbasına nisbətən az təkmilləşmiş yazılara malik xalqlar belə, nəinki Avropa xalqlarının səviyyəsinə çata, hətta onları onları keçə də bilərlər. İstək olan yerdə ərəb əlifbasının bəzi qüsurlarını qəbul olunmuş əlifba sistemini dəyişmədən aradan qaldırmaq olardı.

    Əgər əlifbaya yazı aləti kimi baxsaq, etiraf etməliyik ki, bütün mövcud əlifbaların öz texniki üstünlükləri və qüsurları var. Təbiətdə tamamilə yararsız və ya əksinə, tam mükəmməl alət yoxdur.

    Azərbaycan yazısının ərəb qarfikasından latına keçməsi ciddi problemlər yaratdı. Əlifbanın dəyişməsi nəticəsində on minlərlə savadlı azərbaycanlı bir andaca savadsıza çevrildi və onlar yenidən oxumalı oldular. Problemi azaltmaq üçün ərəb qrafikasının ləğvinin tərəfdarları iddia edirdilər ki, o zaman azərbaycanlıların yalnız 1 faizi ərəb əlifbasını bilirdi. Amma bu, həqiqətə uyğun deyildi, çünki ən minimal hesablamalara görə, XX əsrin 20-ci illərində azərbaycanlıların 15-20 faizi savadlı idilər.

    Azərbaycanda əlifba islahatları bütünlükdə ərəb qrafikasında olan Azərbaycan ədəbiyyatının yenidən nəşri problemini yaratdı. Bu məqsdələ xüsusi komissiya yaradıldı, amma bu komissiya faktiki olaraq heç bir iş görmürdü. Ərəb əlifbasında olan kitabların böyük əksəriyyəti itirildi və ya XX əsrin 30-cu illərində dini ədəbiyyat adı ilə məhv edildi.

    XX əsrin 20-ci illərindəki bolşevik ideoloqları özlərinə məxsus milli nihilizm ruhunda iddia edirdilər ki, “Azərbaycan ədəbiyyatında çox məhdud” sayda kitabın latın əlifbası ilə yenidən nəşrinə ehtiyac var. Məsələn, S.Ağamalıoğlu bildirirdi ki, ərəb əlifbasında olan Azərbaycan kitablarının əksəriyyətini artıq tarix özü arxivə atıb və onlar indi yalnız alimlər üçün maraq kəsb edirlər. Onun fikrincə, alimlər üçün bu materialların hansı əlifbada olmasının heç bir əhəmiyyəti yoxdur - “onları aşkar edəcək və öyrənəcəklər”.

    Nəticədə, əsrlər boyu yaranan yazılı mənbələr Azərbaycan xalqının müasir nəsilləri üçün əlçatmaz oldu. Bu, nəsillər arasında mədəni-tarixi əlaqələrin və varisliyin qırılmasına gətirib çıxardı ki, fəsadları bu gün də aradan qaldırılmayıb.

    20-ci illərdəki əlifba islahatlarının daha bir neqativ məqamı o idi ki, bu islahatlar Rusiya-İran sərhəddinin məkanca ayırdığı Azərbaycan türklərinin mədəni-etnik birliyi üçün ciddi porblemlər yaradırdı. Axı şimaldakı azərbaycanlılardan fərqli olaraq, İranın tərkibində yaşayan Cənubi Azərbaycandakılar ərəb əlifbasından istifadə etməyə davam edirdilər. Bu, Azərbaycanın iki hissəsi arasında ən müxtəlif sahələrdəki əlaqələr üçün çətinlik yaradır, eyni zamanda vahid ədəbi dilin formalaşma prosesini xeyli dərəcədə ləngidirdi.

    Bununla belə, bütün neqativ məqamlara baxmayaraq, Azərbaycan xalqının dünyanın sivil dünya xalqlarına inteqrasiyasına cəhdlərini nəzərə almaqla, ərəb əlifbasından latına keçid özünü doğrultdu. Üstəlik, ərəb qrafikası ilə müqayisədə latın əlifbasının xeyli üstünlükləri vardı: hərflər yaxşı ayrıd edilir, mürəkkəb deyil, hərfləri müxtəlif qrafik üslublarda işləmək olar və bu əlifba beynəlxalq miqyasda qəbul olunub. Amma problem burasında idi ki, bolşeviklər bununla kifayətlənmədilər və artıq o zaman kiril əlifbasına keçməyi düşünürdülər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Cümhuriyyətinin dövründə Türk dünyasında ilk əlifba dəyişikliyi cəhdini (1

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1983

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş