Kullanıcı Tag Listesi

Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI http://www.nakhchivan.az/portal-1/xerite/Nax-MR.gif Rəsmi adı: Naxçıvan Muxtar Respublikası Yarandığı tarix: 9 fevral 1924-cü il Paytaxtı: Naxçıvan şəhəri

Bu konu 2915 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI 2915 Reviews

    Konuyu değerlendir: Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2915 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI

    Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI




    Rəsmi adı: Naxçıvan Muxtar Respublikası
    Yarandığı tarix:
    9 fevral 1924-cü il

    Paytaxtı: Naxçıvan şəhəri
    Ərazisi: 5500 km2
    Dövlət dili: Azərbaycan dili
    Pul vahidi: Manat
    Əhalisi (1000 nəfərlə): 418,5 (01.01.2012-ci il)
    Milli tərkibi: 99,6% azərbaycanlı
    1 km2 düşən əhali (nəfərlə): 78
    Kənd əhalisi (min nəfər):
    296,8

    Şəhər əhalisi (min nəfər):
    121,7



    Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbəsi, 207 kəndi vardır.

    Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya komissiyası tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ilə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu alıb.

    Ali qanunverici hakimiyyət orqanı Naxçıvan Muxtar Respublikası Ali Məclisidir (45 deputatdan ibarətdir). Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına görə muxtar respublika Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.

    İcra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirirlər.

    Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarılmış, qanunverici hakimiyyət orqanının adı dəyişilərək Ali Məclis qoyulmuş, ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və Iranla (204 km) həmsərhəddir.

    Moskva (1921-ci il, 16 mart) və Qars (1921-ci il, 13 oktyabr) müqavilələri imzalanarkən 6 min kvadrat kilometrdən artıq ərazisi olan Naxçıvan Muxtar Respublikasının torpaqları əsassız ərazi iddiası irəli sürən Ermənistan tərəfindən Moskvadakı güclü erməni lobbisinin himayəsi ilə, qanunsuz şəkildə və hissə-hissə ilhaq olunaraq (1924,1928, fevral 1929, may 1969) 5,3 min kvadrat kilometrə endirilmişdir.

    Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayan Ermənistan Respublikası tərəfindən 1991-ci ildən tam iqtisadi blokadaya alınan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi 1990-cı il yanvarın 19-da ermənilər tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində muxtar respublikadakı bir qəsəbə və 3 kəndin əhalisi ata-baba yurdundan didərgin düşmüşdür.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan NAXÇIVAN MUXTAR RESPUBLİKASI

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2915

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş