Kullanıcı Tag Listesi

Azerbaycan ŞƏFA BULAQLARI Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından biri də onun şəfa bulaqları, mineral sularıdır. Muxtar respublika ərazisində 250-dən çox şəfalı mineral su bulağı vardır ki, bunların bir çoxundan müalicə məqsədi və süfrə suyu kimi istifadə olunur. Sirab mineral su yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Sirab kəndindən 3 kilometr şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdədir. Sirab (sirli

Bu konu 845 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan ŞƏFA BULAQLARI 845 Reviews

    Konuyu değerlendir: Azerbaycan ŞƏFA BULAQLARI

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 845 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan ŞƏFA BULAQLARI

    Azerbaycan ŞƏFA BULAQLARI


    Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından biri də onun şəfa bulaqları, mineral sularıdır. Muxtar respublika ərazisində 250-dən çox şəfalı mineral su bulağı vardır ki, bunların bir çoxundan müalicə məqsədi və süfrə suyu kimi istifadə olunur.

    Sirab mineral su yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Sirab kəndindən 3 kilometr şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdədir. Sirab (sirli su), yaxud Sərab (baş su) suyu qədim zamanlardan məşhur olmuş, mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən 3 tip su aşkar edilmişdir.

    I tip kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. «Narzan» (Kislovodsk) tipli sulara yaxındır.

    II tip kimyəvi tərkibinə görə karbonqazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. «Borjomi» (Gürcüstan) tipli sulara yaxındır.

    III tip kimyəvi tərkibinə görə karbon qazlı, mərgümüşlü, yüksək dərəcədə minerallaşmış, hidrokarbonatlı-xlorlu, natriumludur. Saxalindəki «Sineqorsk» və Culfadakı «Darıdağ» tipli sulara uyğundur.

    Sirab mineral suyundan mədə-bağırsaq, qaraciyər və sair xəstəliklərin müalicəsində istifadə olunur.

    Badamlı mineral su yatağı Şahbuz rayonu ərazisində, Badamlı kəndindən 3 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşir. Badamlı mineral su yatağı bir neçə bulaqdan ibarət qrup təşkil edir. Suyun kimyəvi tərkibi karbon qazlı, hidrokarbonatlı-xlorlu natriumlu-kalsiumludur. «Narzan» (Kislovodsk), «Saqveri» (Gürcüstan) suları tiplidir.

    Vayxır mineral su yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimalda, Vayxır kəndinin şimal-qərbində, dəniz səviyyəsindən 1100 metr hündürlükdədir. Bir neçə bulaqdan ibarət qrup təşkil edir. Mərkəzi hissədəki quyularda 2 tip su aşkar edilmişdir.

    I tip «Yesentuki» tipli, orta dərəcədə minerallaşmış karbon qazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumludur.

    II tip «Sirab» və «Soymi» tipli, karbon qazlı, az minerallaşmış hidrokarbonatlı-kalsiumlu-natriumludur.

    Mineral sudan qaraciyər (hepatit), öd kisəsi yolları iltihabı, xroniki qastrit, xroniki kolit və sair xəstəliklərin müalicəsində istifadə oluna bilər.

    Gülüstan mineral suyu Culfa rayonunun ərazisində, Gülüstan kəndindən 2,5 kilometr aralı, Əlincəçay məcrasındadır. Mineral su 1962-ci ildə qazılmış və dərinliyi 135 metr olan quyudan çıxır. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı - natriumlu - kalsiumlu - maqneziumludur. «Kislovodsk» (Rusiya) və Babək rayonundakı «Sirab» suları tiplidir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.

    Darıdağ mineral su yatağı Culfa rayonu ərazisində, Culfa şəhərindən 8 kilometr şimal-şərqdə Darıdağın ətəyində, dəniz səviyyəsindən 800-900 metr hündürlükdədir. 5 bulaq 32 kəşfiyyat quyusundan ibarətdir. Yatağın suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur; «Kudova» (Polşa), «Lya-Burbul» (Fransa), «Dürkgeym» (Almaniya), «Sineqorsk» (Rusiya) sularının analoqudur.

    Əshabi-Kəhf mineral su yatağı Babək rayonu ərazisində, Qahab kəndindən 6 kilometr cənub-şərqdə, Naxçıvan şəhərindən 12 kilometr aralı, Əshabi-Kəhf dağının ətəyindədir. Hər 15 dəqiqədən bir qaynayıb köpüklənir. Su radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı - xlorlu - sulfatlı, natriumlu - kalsiumludur. Rusiya Federasiyasındakı «Pyatiqorsk» suyunun analoqudur. Revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur.

    Nəhəcir mineral suyu Culfa rayonunun ərazisində, Nəhəcir kəndi yaxınlığında, Naxçıvan şəhərindən 17 kilometr aralı, dəniz səviyyəsindən 1700 metr hündürlükdədir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumludur. Kimyəvi tərkibinə görə «Yessentuki» tipli olub, mədə-bağırsaq xəstəliklərində əvəzolunmaz vasitədir.

    Tivi mineral su bulağı Ordubad rayonu ərazisində, Tivi kəndinin ətrafındadır. Bir neçə çıxışdan ibarətdir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, kalsiumlu, maqneziumludur. «Narzan» tiplidir. Daxili xəstəliklərin müalicəsində istifadə etmək məsləhətdir.

    Sirab, Badamlı, Gülüstan mineral suları eyni zamanda sufrə suyu kimi istehsal edilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan ŞƏFA BULAQLARI

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 845

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş