XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbaycan» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı);

Bu konu 1286 kez görüntülendi 1 yorum aldı ...
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? 1286 Reviews

    Konuyu değerlendir: Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1286 kez incelendi.

  1. #1
    ATSIZ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    05.08.2011
    Mesajlar
    585
    Konular
    107
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    647
    @ATSIZ

    Standart Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?

    XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbaycan» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı); «Azərbaycan türklərinin ədəbiyyatı» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də «türk milləti», «azərbaycanlı» («Kəşkül»-Ünsizadələr), «Azərbaycan türkləri» (Ə.Hüseynzadə), «Azərbaycan sadə türkcəsilə» (Ü.Hacıbəyli), «Azərbaycan (türk) arvadları» (Y.V.Çəmənzəminli), «türk Azərbaycan qəzeti», «azərbaycanlı-türk», «Azərbaycan türk muxtariyyəti» (M.Ə.Rəsulzadə) və b. istilah*lar gündəmə gətirildi.

    XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaziya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı».

    «Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən «Azərbaycan» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.

    Ancaq «Azərbaycan» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi Qaf*qazda qurulan yeni tipli dövlətlərdən birinin «Azərbaycan Cümhuriyyəti» adlanması olmuşdur. Halbuki, Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: «Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan Azərbaycan hazırda Azərbaycanın şimalın*da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər». Deməli, «Azərbaycan» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» anlamdan kənara çıxaraq siyasi-ideoloji məna kəsb etmişdir. «Tarixi-coğrafi Azərbaycan» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də «Azərbaycan türk milləti», «Azərbaycan türk xalqı», «Azərbaycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilahlar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi status qazanmağa başlamışdır.

    Bütün bunlarla yanaşı, qeyd etmək lazımıdır ki, 1918-ci ildə yeni dövlətin «Azərbaycan» adlandırılması istər ölkə, istərsə də ondan kənarda etirazlara səbəb olmuş, xüsusilə Azərbaycan türk burjuaziyasını təmsil edənlər buna qarşı çıxmışdılar. Türk burjuaziyası hesab edirdi ki, gürcülər və ermənilər millətlərinin adlarına uyğun olaraq ölkələrinə Gürcüs*tan və Ermənistan ismi verdikləri halda, türklərin dövlətlərinə «Azərbaycan» adı verilməsi doğru deyil. Onlara görə, «Azərbaycan» ismi türk mənsubiyyətini ifadə etmirdi. Türk ziyalıları, türk burjuaziyası yeni dövlətin Cənubi Qafqaz Türk Cümhuriyyəti adlandırılmasını təklif edirdilər. Hətta xalq arasında belə bir fikir də yayılmışdı ki, yeni dövlətə «Azərbaycan» adını verənlər bəlkə özlərini İrana bağlamaq istəyirlər. Buna səbəb isə, o zamana qədər «Azərbaycan» adının daha çox İranın siyasi-inzibati vilayətlə*rindən biri kimi çəkilməsi idi.

    Azərbaycan Cumhuriyyətinin ideoloqları, başda M.Ə.Rəsulzadə olmaqla yeni dövlətə «Azərbaycan» adının verilməsini isə üç səbəblə izah etmişlər:

    Sənubi-şərqi Qafqaz və İranın şimal-qərbi tarixən “Azərbaycan” adlandırılmışdır;

    Sənubi-şərqi Qafqazda və İranın şimal-qərbində, yəni Azərbaycanda yaşayan türklər dil, din, etnik, mədəni-sosial baxımdan birdirlər;

    «Azərbaycan» adı yalnız türkləri deyil, başqa azsaylı etnik qrupları da özündə birləşdirir.

    Buradan da belə bir nəticəyə gəlmək olur ki, cümhuriyyət ideoloqları, o cümlədən M.Ə.Rəsulzadə yeni dövlətə «Azərbaycan» adı verməklə ilk növbədə «tarixi-coğrafi», «siyasi-inzibati» və türkülük amillərini gözə almışlar. Yəni onlar dövlətlərinə həm qədim tarixi-coğrafi, həm də böyük bir siyasi-inzibati coğrafiyanı əhatə edən ad veriblər. Ancaq bu, məsələnin görünən tərəfi idi.

    Əslində, bu üç səbəbə uyğun olaraq cümhuriyyət ideoloqlarının qarşısında üç hədəf dayanmalı idi. Əsas hədəflərdən biri, bəlkə də birincisi Qacarlar dövlətinin (İranın) ən böyük siyasi-inzibati vilayətlərindən biri Azərbaycan olmuşdur. Cümhuriyyət ideoloqlarının cənubi Azərbaycan türkləri ilə Qafqaz türklərinin eyni kökə, dilə, mədəniyyətə və s. ilə bağlı olduqlarını da açıq şəkildə söyləməsi bunu bir daha ortaya qoyur. Deməli, Cümhuriy*yət ideoloqları tərəfindən yeni dövlətə «Azərbaycan» adının verilməsi, nə zamansa İran türkləri ilə Qafqaz türklərinin Azərbaycan adlı dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı olmuşdur.

    Bunu, o zaman Qacarlar (İran) dövlətinin nümayəndələri anlamaqda çətinlik çəkməmiş və rəsmi Bakıya etiraz notası göndərmişdir. 1918-ci ilin sentyabrında Azərbaycan Cümhuriyyətinin İstanbulda olan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə «İstiqlal bəyannaməsi»ni İranın buradakı konsulluğuna təqdim etmiş, konsulluq isə bütün kağızları, ayrıca bir qeydlə geri qaytarmış və bildirmişlər ki, Azərbaycan İranın ayrılmaz bir hissəsidir. Hətta İran tərəfi təklif etmişdir ki, yeni dövlət Aran Xalq Cümhuriyyəti adlansın. Azərbaycan türk hökuməti isə İranın etiraz*ının bir hissəsini nəzərə alaraq rəsmi sənədlərdə ölkəni bir çox hallarda «Qafqaz Azərbaycanı» kimi qələmə alsalar da, «Azərbaycan» adından imtina olunmamışdır.

    Fikrimizcə, Cümhuriyyət ideoloqlarının yeni dövlətə «Azərbaycan» adını vermələrində ikinci hədəfləri türk dövlətçilik ənənələrinin bərpası və milli (türk) dövlətçilik ideologiyasının yaradılması ilə bağlı olmuşdur. Belə ki, «Azərbaycan» ismi milli mənsubiyyəti bildirməsə də, türk dövlətçilik ənənəsi baxımından çox vacib sayılmışdır. Bir sözlə, «Azərbaycan» adı bu ərazilərdə - İranın şimal-qərbi və Qafqazın cənubunda vaxtilə mövcud olmuş türk dövlətlərlə (Albaniya, Sacilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) yeni dövlət arasında bir bağlılıq olmalı idi. Deməli, «Azərbaycan» adı qədim dövlətçilik ənənələrini ifadə etmək, eyni zamanda milli (türk) dövlətçilik ideologiyasını yaratmaq naminə yeni dövlətə verilmişdir. Bununla da, milli mən*subiyyəti ifadə edən «türkçülük» və milli dövlətçiliyi ifadə edən «Azərbaycan»ın vəhdəti kimi «milli (türk) və müstəqil Azərbaycan» ideyası yaranmışdır. Çox keçmədən «milli (türk) və müstəqil Azərbaycan» ideyası türkçülüyün rəsmi təbliğinin əsas hissəsinə çevrilmişdir.

    Deməli, milli ideoloqların istiqlal ərəfəsində «Azərbaycan» adına müraciət etməsi, «türkçülüy»ün yaxın (Azərbaycan türk muxtariyyəti) və uzaq (Azərbaycan türk istiqlalı) milli hədəfi olan türk dövlətinin yaranması ilə bağlı olmuşdur. Fikrimizcə, bu məsələni ən doğru və obyektiv şəkildə M.Ə.Rəsulzadə şərh etmişdir. O hesab etmişdir ki, «milli və müstəqil Azərbaycan» ideyası yalnız türkçülük uğrunda savaş aparan müsavatçıları deyil, sosialistləri, islamçıları və başqalarını da öz ətrafında birləşdirə bilər. Əslində son hədəfi müstəqil türk dövləti yaratmaq olan türkçülərin ölkənin «Azərbaycan» adlandırılması bir tərəfdən türklüyün ifadəsi, digər tərəfdən isə siyasi-ideoloji gediş idi. Rəsulzadə yazır: «Cənu*bi-Şərqi Qafqaz topaqlarının bütünlüklə Azərbaycan adı altında yaranan siyasi quruluşlarda olması sübutundan başqa Azərbaycan türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir. Bu adın yeni Türk Cümhuriyyətinə verilməsində ən böyük tutalqa sözsüz bu türklük olmuşdur». Deməli, bu dövlətin bir türk dövləti olması, onun dilinin və millətinin türk adı daşıması kimi, «Azərbaycan» sözünün də türklüyü ifadə etməsi heç kəsdə şübhə doğurmamış və xalq tərəfindən birmənalı şəkildə qəbul edilmişdir. Sadəcə olaraq, siyasi-ideoloji mənada «Azərbaycan», «Azərbaycan Cümhuriyyəti» anlayışları yalnız türklüyü ifadə etməklə məhdudlaşmamış, Azərbaycanda yaşayan bütün vətəndaşların (türk və türk olmayan) vətəni və dövləti kimi daha geniş məna daşımışdır.

    Deməli, Türk Cümhuriyyətin «Azərbaycan» adının verilməsində üçüncü hədəf Azərbaycanın sayca üstün milləti olan türklərlə azsaylı xalqları bir ideya altında birləşdirmək və onların bir ideologiyaya - milli dövlətçiliyə xidmət etməsinə nail olmaq idi. Çünki «Azərbaycan» adı yalnız türklərin deyil, başqa azsaylı etnik qrupların da qəbul etdiyi bir anlayış idi. Bunu, 1918-1920-ci illərdə ilk Azərbaycan Parlamentinin millət vəkili, «Sosoialistlər Fraksiyasının» nümayəndəsi Aslan bəy Səfkürdlü də etiraf etmişdir. O, Parlamentin iclaslarının birində demişdir: «Bu gün kiçik bir türk parlamenti açılıbdır. Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, bütün vətəndaşlara ümumi bir vətən olsun».

    Bizə elə gəlir ki, məhz bu mənada Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsulzadə və onun silah*daşları türk dövlətinə «Azərbaycan» adı verməklə, onu türklüklə məhdudlaşdırmaq istəməmiş, türkçülük və dövlətçiliyi uzlaşdırmağa çalışmışlar. Bu artıq Azərbaycan türkçülüyünün bir dövlətin rəsmi milli ideyasına çevrilməsi və öz mənasını daha da genişləndirməsi demək idi. Yəni Azərbaycan Cümhuriyyəti yaranana qədər başlıca ideya etnik (türk dünyasının bir hissəsi olan Azərbaycan ərazisində) türkçülük idisi, milli dövlət qurulduqdan və «türk» anlayışı millətin rəsmi şəkildə dilinə və adını çevrildikdən sonra, Azərbaycan və türklüyün bütövləşməsi ilə «milli (türk) və müstəqil Azərbaycan» ideyası yaranmışdır. Bu məsələ ilə bağlı M.Ə.Rəsulzadə doğru qeyd edirdi ki, bu Cümhuriyyət Azərbaycan adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Yəni ölkənin hansı adla adlandırılmasından asılı olmayaraq əslində bu dövlət türk dövləti, türk hökumətidir. Görünür, M.Ə.Rəsulzadə «Azərbaycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss olunur ki, Cümhuriyyət ideoloqları milli mənsubiyyəti, milli dili, milli mədəniyyəti, dövlətçiliyi və s. «Azərbaycan» və «türk» ideyalarının vəhdəti şəklində təbliğ ediblər. Fikrimizcə, bundan çıxış edərək M.Ə.Rəsulzadə yazır ki, Rusiyada yaşayan Qafqaz müsəlmanlarını «türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdirmək qaza*nılmış bir dava idi.

    Göründüyü kimi, bütün hallarda, milli dövlətçiliyin əsas prinsipi türkçülük əsasında qurulmuş, sadəcə türk dövlətinə, Türk Cümhuriyyətinə yuxarıda qeyd etdiyimiz səbəblərə görə Azərbaycan Cümhuriyyəti adı verilmişdir. Bu mənada, hazırda bəzi «azərbaycançı» ideoloqların hər cür vasitə ilə XX əsrin əvvəllərindəki türkçülüyü «azərbaycançılıq» kimi yozmalarının heç bir əsası yoxdur. Ona görə də, o dövrlə bağlı «azərbaycançılıq»dan deyil, ən yaxşı halda türkçülük əsasında meydana çıxmış və türklüyü ifadə edən «azərbaycanlılılq» və «milli (türk) və müstəqil Azərbaycan» ideyasından bəhs etmək olar. Yəni mövcud olmayan «azərbaycançılıq» türkçülüyü deyil, türkçülük «milli (türk) və müstəqil Azərbaycan» ideyasını və ən yaxşı halda «azərbaycanlılığ»ı («azərbaycançılığ»ı deyil) doğurmuşdur. Bu «azərbaycanlılıq» isə Azərbaycanda yaşayan bütün vətəndaşlara (türk və türk olmayan) verilmiş siyasi millət anlamını ifadə etmişdir.

    Belə ki, «azərbaycanlı» «türkiyəli», «gürcüstanlı», «rusiyalı», «iranlı» və b. kimi əslində konkret bir milləti, məsələn türkləri nəzərdə tuta bilməzdi. Əslində «azərbaycanlı» başda türklər olmaqla, Azərbaycanda yaşayan bütün etnosları ifadə etmişdir. Ancaq o başqa məsələdir ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti həmişə türklərdən ibarət olduğu üçün, «azərbaycanlı» anlayışı, ilk növbədə onlara şamil edilmişdir. Eyni zamanda türkləri azlıq təşkil edən etnik xalqlardan fərqli olaraq, «müsəlman» məfhumu kimi «azərbaycanlı» anlayışını da daha çox mənimsəmiş, özlərini «azərbaycanlı» adlandırmaqda elə bir zorluq çəkməmişlər. Bunu, bugünkü vəziyyət də bir daha ortaya qoyur. Bu günün özündə də Azərbaycan türkləri etnik mənsubiyyət kimi «azərbaycanlı» anlayışından çox istifadə edirlər, nəinki milli azlıq təşkil edən etnoslar.

    Faiq Ələkbərov (Qəzənfəroğlu)

    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
    böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: ATSIZ

          Cevaplar: 1

          Görüntüleme: 1286


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?

    Tskler paylasim icin sayin Atsiz..
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş