Kullanıcı Tag Listesi

Tarix.info-çulara Müraciət Müasir dövrdə tarix mövzusu haqqında kitablara və məqalələrə münasibət ötən əsrdən fərqli yanaşılır. Tarixlə geniş maraqlar dövrü artıq keçmişdə qalmışdır. Cəmiyyət neqativ informasiyalardan yorulmuş, çoxsaylı qiymətləndirmə və nəticələr insanları bir istiqamətdə formalaşdırmağa vadar etmişdir. Btün bunlarla yanaşı bir çoxları həmin dövrdən ötrü “darıxmış”, o dövrü bütləşdirmişlər. Onların fikrincə, o zamanlar tarix sadə və birtərəfli idi, anlaşıqlı və möhkəm

Bu konu 1026 kez görüntülendi 0 yorum aldı ...
Tarix.info-çulara Müraciət 1026 Reviews

    Konuyu değerlendir: Tarix.info-çulara Müraciət

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1026 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Tarix.info-çulara Müraciət

    Tarix.info-çulara Müraciət


    Müasir dövrdə tarix mövzusu haqqında kitablara və məqalələrə münasibət ötən əsrdən fərqli yanaşılır. Tarixlə geniş maraqlar dövrü artıq keçmişdə qalmışdır. Cəmiyyət neqativ informasiyalardan yorulmuş, çoxsaylı qiymətləndirmə və nəticələr insanları bir istiqamətdə formalaşdırmağa vadar etmişdir. Btün bunlarla yanaşı bir çoxları həmin dövrdən ötrü “darıxmış”, o dövrü bütləşdirmişlər. Onların fikrincə, o zamanlar tarix sadə və birtərəfli idi, anlaşıqlı və möhkəm idi, insanda vətənə məhəbbət və qürur formalaşdırırdı. Məhz buna görə çoxsaylı düşmən əhatəsində olmasına baxmyaraq ölkə sosial inkişafın zirvəsinə qalxırdı. Bunun məntiqi nəticəsi insanların heç də vətən tarixinə olan bağlılığı ilə ölçürmürdü, komminizmə olan yanaşma, mütləq düzgünlüq istəyi, total düşüncə və xalqımızın milli xarakterinə uyğun olmayan təriqətçiliklə ölçülürdü. Əsl tarixçi daha çox fakt bilən hesab olunurdu. Onun faktları heç analiz edə bilməsi, müqayisə apara bilməsi və s. izahata ehtiyac duyulmurdu. Belə “tarixçilər”in bilikləri rəsmi mənbələrdən alınan informasiyadan kənara çıxmırdı.

    Təbii ki, illuziyalardan ayrılmaq həmişə çətindir. Əgər ayrılmasan - demək yenə süni yaşamalısan, nağıllar aləmində qalmalısan, gözlərini yumub qulaqların tutub müasir dünyada gedən həqiqətlərdən kənarda qalmalısan.

    İlluziyalarla vidalaşmaq da çətin mərhələdir. Uzun illər marksizm-leninizm ideyalarına məhkum olanlar yeni konsepsiyada vətən tarixinə yeni yanaşmada özlərində güc tapa bilmir. 1985-1991-ci illər tarixin demifologizasiyası kommunizmin məhfinə gətirib çıxardı. Azərbaycan tarixi sosialist ünsürlərdən yaxa qurtararaq minlərlə maraqlı süjetlərə dağıldı. Digər tərəfdən insanlarda bir-birlərinə anlaşılmayan fikirlər peyda oldu. Dünən ağ görünən bu gün qara idi, qürurçuluq indi biabırçılıq idi. Bəs onda nə ilə indi qürurlanaq? Niyə tarix bu cür dəyişir? Və ümumiyyətlə tarix nə deməkdir?

    Son onilliyik dövrü bir qanunauyğunluğu anlamağa imkan verdi: ictimai inkişafın döngələrində Azərbaycan tarixinə maraq yüksəlmişdir. Bu cür Azərbaycan Xalq Cumhuriyyəti dövründə, Stalin represiyaları dövründə, II Dünya müharibəsi dövründə, Qorbaçov yenidənqurmaları dövründə də olmuşdur. Bu vaxtlar az qala hər kəs tarixçilərə çevrilmişdir. Bu fenomenin səbəbi nədir? Cəmiyyət tarixdə nə axtarır?

    İlk baxışdan bu sualların cavablarını çoxsaylı misallar və tarixi mülahizələrlə izah oluna bilər. Misal kimi Yeni İqtisadi Siyasəti, Sənayeləşdirməni, Kollektivləşdirməni göstərmək olar. Tarixi dönəmlərdə ciddi yeniliklər Türkmənçay müqaviləsi ilə başladı, Fevral inqilabı və Oktyabr çevrilişi buna yeni aspektlərdən yanaşdırdı, Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra isə vətəndaş tarixi inqlab-partiya tarixi ilə əvəz olundu. Sonra bu partiya tarixi də parçalanmağa başladı: əvvəl Stalin az qala Tanrıya çevrilmişdir, onu bütləşdirmişdilər. Xruşşov isə “Tanrı”nı tənqid etdi. Qorbaçov isə heç onun adını belə unutdurdu. Senzura ləğv olundu, demokratik fikirlər ortaya çıxırdı. Sosializm ideyaları sosializmi məhvə aparan yolda gunahlandırıldı. Belə çıxdı ki, yenidənqurmadan bu günə kimi tarixçilər hər biri öz düşüncəsi ilə tarixi yazmağa çalışmışdılar, siyasi dönəmləri araşdırmayaraq, onu analiz etməyərək. Belə nəticə olur ki, tarix heç də yalnız ideologiya deyil? Bəs tarix nədir axı?

    Tarix ictimaiyyəti özünüdenfikasiya etmək üçün vacib üsuldur. Çox çətin dönəmlərdə aydın oldu ki, bizim Azərbaycan zəngin var-dövlətə malikdir, tarix bizi özümüzü yenidəndərk etməyə kömək etdi, bizə anlatdı, biz kimik, hara gedirik. Biz dəyişiklərə hazır olduq, bütün bunlara uyğunlaşdıq.

    Cəmiyyət bütün sistem kimi daima informasiya mənbəyində ehtiyac duyur. Bu informasiya uzunmüddətli olmalıdır. Bax budur informasiya. Cəmiyyətin üç vacib proyeksiyası burada özünü əks etdirməlidir: genezis (nəsli keçmişi), müasir duruşu və ehtimal gələcəyi. Tarixi hadisə baş verərkən ona ən doğru yanaşma yalnız 30-50 ildən sonra verilə bilər. Tarixi hadisə dərhal analiz olunmur. Beləliklə tarix-insanın sosial yaddaşıdır. Yaddaş məntiqdir, düşüncədir, analitikdir. Bunlardan məhrum olan insan “canı ölüyə” taydır. Yaddaşdan məhrum olan cəmiyyət asanlıqla istənilən manipulyasiyaların qurbanı olur.

    Tarix yalnız keçmişi öyrənən elm deyil, o bu günü də öyrənir. Tarix bizim özümüzdə yaşayır. Tarix kitabını, eləcədə bu məqaləni oxuyan 17-25 yaşlı oxucular üçün, oxumağa sərf etdikləri vaxt çox görünə bilər. Bu zamanda insan yeni iş yeri tapa bilər və ya itirə bilər, dostluqu itirər, məhəbbət qazanar və s. Lakin bir gün insan həyatı təxminən 8 min günlük insan həyatı ilə müqayisədə çox görünməyə bilər. Məhz bu günlər Sizi indiki kimi etmişlər, olduğunuz kimi, intellektli, vərdişkar. Həyatınızda nə qədər çətin məqamlar yaransa belə, Siz yenə də başqa insan olmayacaqsınız. Bu cür cəmiyyət də olur - onun adər ən-ənələri, milli xüsusiyyətləri, iqtisadiyyat dərhal dəyişilməyə vadar edilə bilməz. Sovet ateizmi islama kölgə salsa da, milli bayramlarımızı, milli musiqi alətlərimizi qara kölgə ilə bağlasa da , xalqımız dəyişilməz qaldı. Biz bu sahədə möhkəmlik nümayiş etdirdik. Doğrudur bir çoxlarına hələ də bir sıra suallar qaranlıq olaraq qalmışdır: Niyə bizim kimi varlı ölkədə insanlar arkı kasıb yaşayır? Nə edək? Kimdir taxsırkar? Bizə Qərb lazımdıır, yoxsa Rusiya? Bu sualların cavablanmasını analiz etmirəm, onu Sizlərin düşüncəsinə buraxıram. Lakin SSRİ-nı çox tərifləyən “ağsaqqallar” bir maqamı unutmamalıdırlar ki, SSRİ-nin ilk 20 ili və Azərbaycan Respublikasının ilk 20 ili. Bu iki tarixi dövrü istərsəniz iqtisadi həyatını, istərsəniz sosial həyatını, mədəniyyətini və s. müqayisə edin. Bu gün yazılan bu gün qurulan tarix gələcəyimizə işıqfordur. İstərsəniz qırmızıda qalın-dayanın, istərsəniz yaşılda keçin-davam edin. Ölkəmizdə aparılan islahatlar göstərir ki, keçmişdən bir başa qopmaq çətindir. Bunula belə biz dayanmırıq, var gələcəyimizə ümid!

    Lakin bir sualda yaranır? əgər XX əsrin 20-80-cı illərində tarix saxtalaşdırılıbsa, qarantiya varmı ki, yeni tarix saxtalaşdırılmayacaq?

    Zaman, çox təəssüf ki dönməzdir, biz fantast olub dünənə baxa bilmirik, hələ sabahı demirəm. Tarix tam dərkolunmazdır-əgər güzgü kimi ona yanaşarsansa. Hətta tarixi mənbələr: şəkil, alətlər və s. keçmiş həyatı canlı göstərmir, onu təsəvvür etdirir. Mənbələr onlara verilmiş suallara cavab verə bilir, əlavə məlumat əlçatmaz olaraq qalır.

    Beləliklə ictimaiyyətdə gedən dəyişikliklərlə tarixdə də dəyişikliklər müşaiyyət olunur. Tarixi olduğu kimi oxumaq, görmək, qulaq asmaq bir işdir, analiz aparmaq, nəticə çıxarmaq bir işdir.

    Əziz tarixsevərlər ! Əziz tarix.info-çular !

    Sayt vasitəsilə Sizlərə çatdırmaq istədiyim tarixi məlumatların ən doğrusu olmasını isbat etməyə çalışmıram. Mən sadəcə tarixə yanaşılan arqumentləri təqdim etməyə çalışıram. Analiz etmək və onu dərk etmək Sizlərin ixtiyarındadır.





    Vaxt tapıb bu məqaləni oxuduğunuza görə Sizlərə minnətdaram !

    Allah yolunuzu açıq etsin !



    Tarix.infoda qalın

    Tarixi birgə yaşadın!



    Hörmətlə Hamlet Əliyev


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Tarix.info-çulara Müraciət

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1026

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş