Kullanıcı Tag Listesi

Fərhad Bədəlbəyli Fərhəd Şəmsi oğlu Bədəlbəyli 1947-ci il dekabrın 27-də Bakıda görkəmli rejissor, Azərbaycan xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında professor M. R. Brennerin sinfində təhsilini davam etdirmişdir. 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında dosent B. Davidoviçin sinfində oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana

Bu konu 524 kez görüntülendi 0 yorum aldı ...
Fərhad Bədəlbəyli 524 Reviews

    Konuyu değerlendir: Fərhad Bədəlbəyli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 524 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fərhad Bədəlbəyli

    Fərhad Bədəlbəyli



    Fərhəd Şəmsi oğlu Bədəlbəyli 1947-ci il dekabrın 27-də Bakıda görkəmli rejissor, Azərbaycan xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

    1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında professor M. R. Brennerin sinfində təhsilini davam etdirmişdir.

    1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında dosent B. Davidoviçin sinfində oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur.

    Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Daniya, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslavakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir.

    1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə hey'əti sədrinin I müavini olmuşdur.

    1987-1996-cı illərdə F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi açılır və o, buranını rəhbəri olmuşdur. 1989-cu ildən Azərbaycan Musiqi Xadimləri Cəmiyyətinin sədridir.

    1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir.

    1976-cı ildən dosent, 1983-cü ildən professor adını almışdır. 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş Azərbaycan Dövlət Konservatoriyasının rektorudur.

    Bir çox mükafatlara layiq görülüb – 1972-ci ildə Azərbaycanın əməkdar artisti 1978-də Azərbaycanın xalq artisti, 1990-cı ildə isə SSRİ xalq artisti, 1996-cı ildə Fransada mükafata layiq görülmüşdür.

    Evlidir, 1 övladı var.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fərhad Bədəlbəyli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 524


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş