Kullanıcı Tag Listesi

Fuad Əfəndiyev Fuad Əlaəddin oğlu Əfəndiyev 1909-cu il fevralın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Fuad Əfəndiyevin valideynləri Gürcüstanın Axalsıx bölgəsinin Azğur kəndindən olmuşdur. Orta təhsilini Bakıda almışdır. 1927-1932-ci illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1934-cü ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi, 1943-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Fuad Əfəndiyev pedaqoji sahə ilə yanaşı elmi

Bu konu 620 kez görüntülendi 0 yorum aldı ...
Fuad Əfəndiyev 620 Reviews

    Konuyu değerlendir: Fuad Əfəndiyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 620 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fuad Əfəndiyev

    Fuad Əfəndiyev



    Fuad Əlaəddin oğlu Əfəndiyev 1909-cu il fevralın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

    Fuad Əfəndiyevin valideynləri Gürcüstanın Axalsıx bölgəsinin Azğur kəndindən olmuşdur.

    Orta təhsilini Bakıda almışdır. 1927-1932-ci illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1934-cü ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi, 1943-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Fuad Əfəndiyev pedaqoji sahə ilə yanaşı elmi işlə də məşğul olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində 2-ci fakültə cərrahlığı kafedrasının müdiri işləmişdir. O, hematologiya və qanköçürmə sahəsində də tədqiqat işləri aparmış, 1957-ci ildə onun təşəbbüsü ilə 4 saylı klinikada köks cərrahlığı şöbəsi yaradılmışdır. 1961-ci ildə Azərbaycan Ekspertimental və Klinik Tibb İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur.

    Fuad Əfəndiyev 1942-ci ildən Azərbaycan SSR əməkdar həkimi, 1943-cü ildən professor olmuş, 1956-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüş, 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Fuad Əfəndiyevin tədqiqatı əsasən, köks cərrahlığı, hematologiya, qankörçümə, qanın laxtalanması və s. həsr edilmişdir, Plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla tə’yin etməyə imkan verən orijinal üsül təklif etmiş ("Əfendiyev sınağı"), ağçiyər operasiyalarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hemotoks və hesartrozların ekspress üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir. N.N. Burdenko adına mükafata layiq görülmüş, Azərbaycan SSR Ali Sovetinin (3-6-cı çağırış) deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir. 4 saylı Bakı şəhər xəstəxanası Fuad Əfəndiyevin adını daşıyır. Fuad Əfəndiyevin elmi və pedaqoji fəaliyyəti 100-ə yaxın elmi məqaldə, 3 monoqrafiyada öz əksini tapmışdır.

    Fuad Əfəndiyev 1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fuad Əfəndiyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 620


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş