Kullanıcı Tag Listesi

Fərda Əsədov Fərda Əsədov 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsini fəxri diplomla bitirmişdir. 1978-1980-ci illərdə İraq Respublikasında tərcüməçi kimi çalışmışdır.

Bu konu 576 kez görüntülendi 0 yorum aldı ...
Fərda Əsədov 576 Reviews

    Konuyu değerlendir: Fərda Əsədov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 576 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fərda Əsədov

    Fərda Əsədov



    Fərda Əsədov 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.

    1979-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsini fəxri diplomla bitirmişdir.

    1978-1980-ci illərdə İraq Respublikasında tərcüməçi kimi çalışmışdır.

    1980-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əvvəl Moskva, sonra isə Sankt-Peterburq bölməsində aspiranturada oxumuş, və 1987-ci ildə “Abbasilər xilafətinin sosial-iqtisadi sistemində ordu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

    1986-cı ildən indiyə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi, böyük elmi işçi və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Tarix elmlər namizədidir.

    Çapdan çıxmış əsas elmi əsərlərin ümumi sayı - 21.

    Məqalələr rus, ingilis və azərbaycan dillərində Azərbaycanda, Rusiyada, İsveçrədə, Türkiyədə, İngiltərədə, İsraildə və Qazaxıstanda nəşr edilmişdir.

    1991-ci ildə 11 ç.v. həcmində «Eski ərəb mənbələrinə görə Türklər» monoqrafiya əsəri Elm nəşriyyatında çapdan çıxmışdır.

    Noyabr 1998 - Fevral 1999 müddətində Oksford Universitetinin İslam Araşdırmaları Mərkəzinin İmam Tirmizi adına təqaüd təminatı ilə İngiltərədə Müsəlman maliyyə sisteminin tədqiqatını aparmışdır.

    1999-cu ilin Aprel-Avqust aylarında YUNESKO-nun Hirayama İpək Yolu araşdırmaları mükafatının təminatı ilə İngiltərədə, Oksford şəhərində, 2000-ci ilin Aprel ayında isə, Qazaxıstanın Almatı şəhərində “Ərəb fəthləri dövrində Mərkəzi Asiya türkləri və müsəlman-ərəbləri arasında mədəni-mənəvi dəyərlər mübadiləsi və ümumi müsəlman dəyərləri sistemin formalaşması” mövzusunda araşdırmalar aparmışdır.

    2001-ci ildən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İcraçı Direktor vəzifəsində çalışır.

    Fond Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, açıq cəmiyyət dəyərləri əsasında vacib islahatların aparılması üçün vətəndaş cəmiyyəti, dövlət və biznes institutları arasında dialoqun aparılması proqramlarına yardım edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fərda Əsədov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 576


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş